«Əziz sevgilim» sərgisi Fidan xanım Baxışlının şərhində

«Əziz sevgilim». Yarat müasir incəsənət məkanında istedadlı rəssam Orxan Hüseynovun fərdi sərgisi

Orxan Hüseynov 1995-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Şüşə və keramika” ixtisası üzrə bitirib. 2000-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. Rəssam instalyasiya, rəngkarlıq və video sahəsində çalışır. Orxan Hüseynov eyni dərəcədə rəsm, rəngkarlıq və bir çox digər növlərdə bərabər dərəcədə məhsuldar olan rəssamdır. O, müxtəlif bədii vasitələr və materiallardan geniş istifadə edərək, Azərbaycan cəmiyyətində mövcud olan mədəni quruluşlar stereotipləri haqqında insanı düşünməyə vadar edən, eyni zamanda istehza ilə dolu əsərlər yaradır. Orxan Hüseynovun yaradıcılığının əsas istiqaməti onun konseptual əsərləridir. O, yaradıcılıq prosesini tədqiqatlarla birləşdirir. Bu, öz ifadə dilinin analizi ilə məşğul olan incəsənətdir, daha doğrusu, intellektual təcrübədir.

Rəssamın fərdi sərgiləri:

  • “OFİS”, Kiçik QalArt qalereyası, Bakı, Azərbaycan, 2013;
  • Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan, 1999, 2003;
  • “KÖHNƏ BAKI”, Tropenmuseum, Amsterdam, Niderland, 2003;
  • “ORXAN HÜSEYNOV – QRAFİKA”, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya, 2000.

Orxan Hüseynov bir çox yerli və beynəlxalq qrup sərgilərin iştirakçısı olub, o cümlədən: “Görüş yeri”, Cuadro Gallery, Dubay, BƏƏ, 2015; VIENNA ART FAIR, Vyana, Avstriya, 2014; “LOVE ME, LOVE ME NOT — Azərbaycan və qonşu ölkələrinin müasir incəsənəti”, 55-ci Venesiya Biennalesi, YARAT Müasir İncəsənət Məkanının pavilyonu, Venesiya, İtaliya; Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan, 2014; “FLY TO BAKU”, İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya; Spazio D – MAXXI Muzeyi, Roma, İtaliya; Multimedia İncəsənət Muzeyi, Moskva, Rusiya; ME Collectors Room, Berlin, Almaniya; Hotel Salomon de Rothschild, Paris, Fransa; Phillips de Pury & Company, London, Böyük Britaniya, 2012-2013; “AKTUAL AZƏRBAYCAN İNCƏSƏNƏTİ”, Aidan Gallery, Moskva, Rusiya, 2010; “Omnia Mea”, 52-ci Venesiya Biennalesi, Azərbaycan pavilyonu, Venesiya, İtaliya; “ALÜMİNİUM II”, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Muzey Mərkəzi, Bakı, Azərbaycan, 2005 (Biennalenin 2-ci mükafatına layiq görülüb).[1]

Sənətkar “Əziz sevgilim” sərgisi üçün 5 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın bir hissəsi, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də “Doğru” və “Yalan” anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq “İmkan” və “Etimad” anlayışları təqdim edilir.[2]

 

[1] http://www.yarat.az/en

[2] http://www.yarat.az/en

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *