Muxtar Dadaşov

_azpressaz_esger_ismayilov_muxtar_dadashovMuxtar Dadaşov
1913 — 7.05. 1998
«Muxtar Dadaşov Azərbaycan kinematoqrafiyasının fəxri və şöhrətidir»
A. Moldavski (Leninqrad)
Onun iş otağı bu gün də rejissorun sağlığında olduğu kimimdir. Qovluqların birində saxlanılan şəkillər onun istedadlı sənədli film ustası olmasından xəbər verir. Digər qovluqdakı sənədlərsə onun bədii filmlərdə (həm operator, həm də rejissor) çalışdığı illərlə bağlı idi.
Onun rəssamlıq qabiliyyəti çəkdiyi dostluq şarjlarından özünü büruzə verirdi. M. Dadaşov ömrünün 72 ilini Azərbaycan mədəniyyətinə həsr etdi: bunun 65 ili kinomuzun payına düşür.
İlk dəfə səhnəyə çıxanda cəmi 11 yaşı vardı. Azərbaycan Dövlət Akademik Dram teatrında uşaq rollarını ifa edirdi. 1928-ci ildə C. Cabbarlının «Sevil» pyesinin ilk tamaşasında Gündüz obrazını yaratdı. 1929-cu ildə isə türk uşaq teatrının aparıcı aktyoru olmuşdur. Sonradan həmin teatr Gənc tamaşaçılar teatrına çevrildi.
Kinematoqrafiyada yaradıcılıq fəaliyyəti 1931-ci ildən başlanan M. Dadaşov deyirdi: «Kinoya məhəbbətim o qədər güclü idi ki, teatrdan çıxıb həmişəlik kino sənətinə bağlandım. 18 yaşımda əvvəlcə operator Fyodr Novitskinin şagirdi, sonra operator Boris Pumpyanskinin assistenti oldum. «Lökbatan», «Neft simfoniyası», «Köçərilər» filmlərinin çəkilişlərində iştirak etdim. «Elə çək ki, elə bil sonuncu işindir» deyən dahi Eyzenşteynin sözlərini unutmadım. Sonra Moskvada, «Mejrabpomfilm» studiyasında böyük təcrübə keçdim.
1939 — cu ildə o, rejissor — operator kimi «Samur — Dəvəçi kanalı» kinooçerkini çəkirdi. Bir gün Səməd Vurğunla Rəsul Rzanı lentə alarkən Vurğun ona həvəslə çalışan ləzgi qızını göstərib tez çəkiliş etməsini təklif etdi və sonra dedi: «Belə gözəli görəndən sonra necə şair olmayasan?»Amma deyəsən vəcdə gələn Səməd Vurğun olsa da» Muxtar Dadaşov şair «oldu»:
«Gözəl ləzgi qızı, sən dinlə məni,
İlhama gəlmişəm səni görəni,
Coşqun Samur çayı, odlar vətəni,
Dinləsin tərifin, a ləzgi qızı…
(«Gənc işçi» qəzetində dərc olunmuş şeirdən bir parça)
M. Dadaşov müxtəlif illərdə görkəmli adamların — ulu öndər Heydər Əliyevin, dünya şöhrətli bəstəkarlarımızdan dahi Üzeyir bəyin, Qara Qarayev və Fikrət Əmirovun, ölməz Bülbülün, məşhur pambıq ustaları Bəsti Bağırova və Şamama Həsənovanın, xalq şairi Səməd Vurğunun, neftçi Qurbanın, planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazovun, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun və bir çoxlarının kinoportretini yaratmışdır.
Rejissorun 1950-ci ildə çəkdiyi «Sovet Azərbaycanı» filmində isə məşhur neftçi Gülbala Əliyevin, Ağa Nemətullanın, Mixail Kaveroçkinin, pambıqçı Manya Kərimovanın, məşhur inşaatçı — energetik Sarvan Salmanovu canlandırır, respublikanın iqtisadi — mədəni quruculuğu, zəngin tarixi keçmişini əks etdirir.
Bu film 1951-ci ildə Kannda (Fransa) keçirilən IV Beynəlxalq kino festivalında nümayiş etdirilən və kinolentə «elmi-kütləvi və pedaqoji filmlərə görə «münsiflər heyətinin xüsusi mükafatı verilmişdir. Rejissorun 1966-cı ildə çəkdiyi «Nəriman Nərimanov» sənədli filmi rejissorun gərgin axtarışlarının bəhrəsi olan Moskvada əldə etdiyi nadir arxiv sənədləri əsasında çəkilmişdir. Görkəmli ictimai xadim, dramaturq, yazıçı, həkim Nərimanovun Genuya konfransında iştirakını əks etdirən kinoxronika son dərəcə qiymətlidir. Filmdə Çiçerinin Nərimanov haqqında Leninə verdiyi xasiyyətnaməni və Azərbaycanın fəxri, dahi şəxsiyyət Nərimanovun Moskvada dəfnini əks etdirən kinokadrlar əvəzsiz material kimi rejissorun gərgin əməyindən xəbər verir.
Filmdən məlum olur ki, Suxanovlar soyadlı ata-oğul uzaq Yakutiyadan Nərimanovun qəbrini ziyarət etmək üçün gəlmişlər. Azərbaycan oğlunu 20-ci illərdən tanıyan ata onun şərəfinə oğluna Nəriman adını qoymuşdu.
«Əbədi qardaşlıq» tammetrajlı sənədli filmi də nadir kadrlarla zəngindir. Bu filmdə cəbhə dostları — Azərbaycanlı Məmmədovla ukraynalı qadın Xovanskayanın 20 ildən sonra Lvovda, sonra isə Füzulinin Horadiz kəndindəki görüşləri tamaşaçı tərəfindən həyəcanla izlənir.
Onun S. Bədəlovla birgə operator kimi çalışdığı «Arazın o tayında» sənədli filmi II Dünya müharibəsi illərində İran Azərbaycanındakı mövcud vəziyyət, 40-cı illərin ikinci yarısından sonra baş verən siyasi hadisələr, tarixə çevrilmiş anlar öz əksini tapmışdır. Ən başlıcası, onu qeyd etmək lazımdır ki, burada heç bir şey «süzgəcdən» keçirilməmişdir.
İkinci dünya müharibəsinin ilk günlərindən Muxtar Dadaşov neft mədənlərini, zavod və fabrikləri gəzir, gecəni gündüzə qataraq əmək adamlarının içində olurdu. Bakı ətrafında düşmən tanklarının qurulmasını, cəbhəni neft və başqa məhsullarla təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiə olunmasını lentə alır və bu xronikal lentlər montaj olunub ekranlarda operativ nümayiş etdirilirdi.
Məlumdur ki, 1942-ci ilin sentyabrında hitlerçilər Bakını tutmağa hazırlaşırdılar. Onun «Bakı 42» sənədli filminə 10 ildən sonra ictimai baxış keçirilərkən müharibə veteranları ekran əsərinin son dərəcə əhəmiyyətli olduğunu təsdiqlədilər. Filmdə böyük rus şairi V. V. Mayakovskinin Bakı nefti haqqında yazdığı şeirdən bir parça görkəmli sərkərdə K. Cukovun dilindən səslənir: «Sovet qırıcı təyyarələri, sovet tankları faşist Almaniyasının səmasına və torpağına Bakı benzininin vasitəsilə hücuma keçirlər»… O, 1943-cü ildə «Bakı döyüşür» sənədli filmini çəkir. Həmin filmdə dahi Üzeyir bəyi, şair Səməd Vurğunu, kimyaçı-alim Yusif Məmmədəliyevi, neftçilər — Gülbala Əliyevi, Ağa Nemətullanı, Rüstəm Rüstəmovu da görmək olar. Elə həmin ildə faşist işğalçıları Mineralnı Vodı şəhərindən qovulub çıxarılanda hitlerçilərin vəhşi cinayətlərini təhqiq edən sovet komissiyasına rus yazıçısı A. Tolstoy rəhbərlik edirdi. M. Dadaşov operator köməkçisi İsmayıl Əfəndiyev komissiyanın sərəncamına göndərilmişdilər. Geri çəkilən almanların partlatdığı binalar hələ də alovlanır, düşmən təyyarələri bombardmanı davam etdirirdi. Göz önündə xarabalıqlar və insan əzabının xaosu, möcüzə nəticəsində sağ qalmış adamların şok vəziyyəti və hitlerçilərin törətdiyi digər cinayətlər canlanırdı. Kamera isə çəkirdi. Komissiya da artıq öz işinə başlamışdı.
Amma Muxtar çox gənc idi və yaşarmış gözləri, qurumuş boğazı onun əl-qolunu yanına salırdı. Aleksey Tolstoy gənci qucaqlayıb ürəkləndirirdi: «Özünü ələ al, oğlum, Bu sənədlər komissiyaya, insanlara lazım olacaq, bu kadrlara görə gələcək nəsillər Sizə minnətdarlıq edəcəklər. Cinayətkarlarsa mütləq cəzalarını alacaqlar. Bu belə də oldu. Nürnberq prosesində həmin kadrlar nümayiş etdirildi. «Onlar qisasdan qaça bilməyəcəklər» sənədli filmi Stavropol məhkəməsində nümayiş etdirildi.
Bundan əlavə bu xronikadan «Ordenli Azərbaycan» kinojurnalında və «Almanların Şimali Qafqazda vəhşilikləri» xüsusi buraxılışında da istifadə olundu.
1965-ci ildə «Arşın mal alan» filminin yenidən ekranlaşdırılması məsələsi ortaya çıxanda T. Tağızadə və M. Dadaşov ssenarini birlikdə yazmışdılar və quruluş vermək də onların ikisinə tapşırılmışdı. Amma nədənsə Dadaşov filmə quruluş verməkdən imtina etdi.
«Qanun naminə» filmi onun quruluş verdiyi ilk iri ekran əsəridir. Bu film barəsində məşhur kino tənqidçisi M. Belyavski Moskvada nəşr olunan «Sputnik kinozritelya» dərgisində yazmışdı: «Kino sənəti ötən günləri canlandırmaq iqtidarındadır. Lakin bu film yaxın keçmişin hadisələrini nəql etməklə belə bir fikir irəli sürür ki, bütün qüvvə və zəkaların böyük ideyalar uğrunda mübarizəyə sərf etməyə hazır olan Mehman kimi adamlar bu gün də, sabah da həmişə bizə lazımdır».
Bu filmin ilk baxışı Qazan şəhərində keçirilirdi. Tədbirdə Dadaşov özü də iştirak edirdi. Film sona çatdıqdan sonra yaşlı tatar qadını ayağa qalxıb qəzəblə rejissordan soruşdu: «Cavab verin, Mehmanı kim öldürüb?». Tamaşaçılar dağılışmaq fikrində deyildi. Zalda olan komsomolçular ayağa qalxıb bir dəqiqəlik sükutla Mehmanın xatirəsini yad etdilər. Həmin an rejissorun ürəyi köksünə sığmırdı.
Amma «qatil» qadına cavab verməli idi: «Mən Mehmanı cismən öldürmüşəm. Amma zala baxsanız, oradakı gənclərin simasında Mehmanları görəcəksiniz».
Müəllif Süleyman Rəhimov da bu fikirdə idi: «Sən Mehmanımızın ömrünü min il də uzatdın» deyib onun ölümü ilə «barışmışdı».
Film o qədər həyati və canlı idi ki, proses ərəfəsində çəkilişdə olduğunu bilən Flora xanım sınıq şüşədən görünən aktyor Rza Təhmasibdən — Qaloşdan əməlli başlı qorxub vahiməyə düşmüşdü.
«Bakıda küləklər əsir» filmi 1942-ci ilin yayından bəhs edir. Hitler ordusunun Qafqaza hücumu başlanmışdı. Neft Bakısına təyyarə vasitəsilə iri desant dəstəsi göndərmək fikrində olan Hitlerin planları mövzusu, Bakı neftinə susayan faşist kəşfiyyatçılarının əməlləri ustalıqla ekranlaşdırılmışdı.
Rza Təhmasib tez-tez Leyla Bədirbəylidən soruşardı: «Nəyə görə Muxtar Dadaşovla çalışmağa üstünlük verirsən, Nəyə görə sənin iri planlarını ona etibar edirsən?» Leyla xanımsa cavabında bildirərdi ki, istedadlı kino ustası Əlisəttar Atakişiyev təbiət vurğunu olduğu üçün ceyranların duruşu, yarpaqların pıçıltısı onu daha çox cəlb edir. Muxtar müəllim isə insanların daxili aləminə nüfuz etməyi sevir və bacarır…
Rejissoru olduğu bədii filmlər:
1. «Qanun naminə» (həm də ssenari müəllifi) — 1968
2. «Bakıda küləklər əsir» (həm də ssenari müəllifi) — 1974
Operatoru olduğu bədii filmlər:
1. «26 komissar» — (operator assistenti) — 1932
2. «Rəqs edən bağalar» — 1935
3. «Kəndlilər» — (Feldmanla birgə — operator qrupu) — 1939
4. «Yeni horizont» (F. Novitski ilə birgə) — 1940
5. «Vətən oğlu»1941
6. «Sualtı qayıq T — 9» — (N. Renkovla birgə) — 1943
7. «Arşın mal alan» (Ə. Atakişiyevlə birgə) — 1945
Rejissoru olduğu sənədli filmlər:
1. «Budyonnı Bakıda» («Ordenli Azərbaycan» k/c — nın xüsusi buraxılışı) — 1952
2. «Ağ qızıl ustaları» — 1958
3. «Sabir» — 1962
4. «Əbədi qardaşıq» — 1965
5. «Nəriman Nərimanov» — 1966 (1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna respublikaları kinofilmlərinin zona festivalında tarixi-inqilabi mövzunun ən yaxşı təsvirinə görə priz almışdır)
6. «Respublikam haqqında həqiqət» (həm də ssenari müəllifi) — 1972
7. «Azərbaycan kinosunun 60 illiyi» (həm də ssenari müəllifi) — 1976
8. «L. İ. Brejney Bakıda» — (həm də ssenari müəllifi) — 1979
9. «Respublikaya 3-cü Lenin ordeni» — 1983
10. «Bakı — 42» (həm də ssenari müəllifi) — 1985.
Operator olduğu sənədli filmlər:
1. «Qaz» operator köməkçisi — 1931
2. «Pambıq koluna qulluq edilməsi» (operator köməkçisi) — 1931
3. «Azərbaycan diviziyasının düşərgələrində» (operator köməkçisi) — 1932
4. «Köçərilər» (operator assistenti) — 1933
5. «Lökbatan» — 1933
6. «Neft simfoniyası» (B. Pumiyanski ilə birgə) — 1933
7. «Ordenli Azərbaycan » (operator qrupu) — 1938
8. «Stalin adına Samur — Dəvəçi kanalı — 1939
9. «20-ci bahar» — (C. İsmixanovla birgə) — 1940
10. «Bakı hazırdır» (operator) — 1940
11. «Arazın o tayında» — (S. Bədəlovla birgə) — 1947
Rejissor — operatoru olduğu sənədli filmlər:
1. «Samur — Dəvəçi» kanalı — (həm də operator) — 1940
2. «Almanların Şimali Qafqazda vəhşilikləri» — 1943
3. «Bakı döyüşür» — (həm də ssenari müəllifi) — 1944
4. «Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı» — (həm də ssenari müəllifi) — 1944
5. «Axşam konserti» — 1948
6. «Azərbaycan qurur» — 1948
7. «Mingəçevir» — 1949
8. «Səhər nəğməsi» — 1950
9. «Sovet Azərbaycanı» (F. Kiselyovla birgə) — 1950
10. «Arazın sahillərində» — 1953
11. «Həyata keçmiş arzular» (həm də ssenari müəllifi) — 1954
12. «Səadət yolu ilə» — 1956 (Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin qızıl medalına layiq görülmüşdür)
13. «Bizim Azərbaycan» (operator qrupu) — 1959
14. «Doğma torpaq, Azərbaycan» — 1960
15. «Kür» — 1963
16. «Sovet Azərbaycanının 50 illiyi» (operator qrupu) — 1970
Ssenarisini yazdığı bədii film:
1. «Arşın mal alan» — (T. Tağızadə ilə birgə) — 1965
Çəkildiyi film:
1. «Canlı Allah» (komsomolçu — Tacikistan) — 1934.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

Üçölçülü məkanda kompüter qrafikası

IMG_20160426_113449Üçölçülü məkanda kompüter qrafikası[1]

Kompüter qrafikası qrafik təsvirlərin yaradılması və emalında kompüter texnikasının xüsusi üsul və vasitələrinin tətbiq edildiyi təsviri sənət sahəsidir. Kompüter qrafikasında işləmək üçün küllü sayda proqram təminatı mövcuddur. Kompüter qrafikasının rastr qrafikası, vektor qrafikası, fraktal qrafika və üçölçülü qrafika kimi dörd növünü fərqləndirirlər. Onlar təsvirin monitorun ekranında və ya kağızda çapında formalaşması prinsiplərinə görə seçilir.

Rəngli, adətən düzbucaqlı nöqtələr, yəni piksel toru vasitəsi ilə monitorda, kağızda və s. qurğularda əks olunan təsvir rastr təsviri adlanır. Rastr qrafikası elektron (multimedia) və poliqrafik nəşrlərin hazırlanmasında tətbiq edilir.

Rastr təsvirlərlə iş üçün nəzərdə tutulmuş qrafik redaktorların əksəriyyəti ilk növbədə Rastr illüstrasiyaların yaradılmasına deyil, onların emalına hesablanmışdır. İnternetdə rəngli təsvirin boya çalarlarının tam qammasını çatdırmaq lazım gəldikdə Rastr illüstrasiyalarını tətbiq edirlər.

Vektor qrafikası ilə işləmək üçün isə proqram vasitələri, əksinə, ilk növbədə illüstrasiyaların yaradılması və az dərəcədə onların emalı üçün nəzərdə tutulub. Belə vasitələrdən reklam agentliklərində və dizayn bürosu, redaksiyalarda, nəşriyyatlarda geniş istifadə edirlər. Şriftlərin və sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri vektor qrafikası vasitəsi ilə asanlıqla həll olunur. Vektor qrafikası vasitəsi ilə yaradılmış bədii əsər nümunələri mövcuddur, lakin vektor qrafikasında bədii illüstrasiyaların hazırlanması olduqca mürəkkəbdir. Üçölçülü qrafika texniki proqramlaşdırmasında, fiziki obyektlərin və proseslərin kompüter modelləşdirilməsində, cizgi filmlərinin yaradılmasında, kinematoqrafiyada və kompüter oyunlarında geniş istifadə olunur.

Fraktal qrafika ilə işləmək üçün proqram vasitələri təsvirlərin riyazi hesablamalar yolu ilə avtomatik generasiyası üçün nəzərdə tutulub. Fraktal bədii kompozisiyaların yaradılması rəsm və ya tərtibat nəticəsində deyil, proqramlaşdırma hesabına ərsəyə gəlir. Fraktal qrafika çap və ya elektron sənədlərin yaradılmasında nadir hallarda işlədilir, onu yalnız əyləncəli proqramlarda tez-tez istifadə edirlər.

Rastr qrafikası

Rastr təsvirin əsas, ən xırda elementi nöqtədir. Ekranda təsviri yaradan nöqtələr piksellər adlanır. Rastr təsvirinin hər pikseli məkanda yerləşdirildiyi yeri və rəngi kimi xüsusiyyətləri ilə fərqlənir. Piksellərin sayı çox, ölçüləri az olduqca təsvir daha keyfiyyətli görünür. Rastr təsvirlərin istifadəsində məlumatların böyük həcmi başlıca problemə çevrilir. Jurnal səhifəsi tipli iriölçülü illüstrasiyalarla iş üçün bir neçə Gbayt operativ yaddaşa, sürətli prosessora malik müasir kompüterlər tələb olunur. Rastr təsvirlərdə ayrı-ayrı detalları nəzərdən keçirmək üçün onların böyüdülməsi mümkün deyil. Təsvir nöqtələrdən ibarət olduğundan, onun böyüdülməsi yalnız ona gətirib çıxarır ki, nöqtələr böyüyür və mozaikanı xatırladır. Rastr təsvirin böyüdülməsində heç bir əlavə detalları nəzərdən keçirmək mümkün olmur. Üstəlik, rastr təsvirin nöqtələrinin böyüdülməsi illüstrasiyanı vizual təhrif edir və onu kobudlaşdırır. Bu effekt pikselləşmə adlanır.

Vektor qrafikası

Rastr təsvirinin əsas elementi nöqtə olduğu halda, vektor qrafikasının əsas elementi xətdir (düz və ya əyri). Əlbəttə, rastr qrafikasında da xətlər vardır, lakin bu xətlər nöqtələrin kombinasiyaları kimi nəzərdən keçirilir. Rastr qrafikasında xəttin hər nöqtəsi üçün bir və ya bir neçə yaddaş özəyi ayrılır (nöqtəni yaradan rənglərin sayı artdıqca, ona ayrılan yaddaş özəklərinin sayı da artır). Yəni rastr xətti uzandıqca, ona ayrılan yaddaşın həcmi də artır. Vektor qrafikasında xəttə ayrılan yaddaş həcmi xəttin ölçülərindən asılı deyildir, çünki xətt düsturlar şəklində, verilən parametrlər əsasında yaranır. Bu xətti hər hansı formada dəyişdirmək üçün yalnız yaddaş özəklərində saxlanan parametrləri dəyişdirmək lazım gəlir. İstənilən xəttə ayrılan yaddaş özəklərinin sayı isə dəyişməz qalır.

Xətt vektor qrafikasının elementar obyektidir. Vektor illüstrasiyası məhz xətlərdən ibarətdir. Sadə obyektlər mürəkkəb obyektlər şəklində birləşir, məsələn, dördbucaqlını dörd xəttin birləşməsindən yaranan obyekt kimi, kubu isə on iki əlaqəli xəttin, və ya altı dördbucaqlının birləşməsindən yaranan obyekt kimi nəzərdən keçirmək olar. Odur ki, vektor qrafikasını bəzən obyektə hesablanan qrafika adlandırırlar. Vektor qrafikasının obyektləri yaddaşda parametrlər sırası halında saxlansa da, ekranda təsvirlər nöqtələr şəklində canlanır, çünki ekran belə qurulub. Hər bir obyektin ekrana çıxarılması ərəfəsində kompüter proqramı həmin obyektin təsvirində ekran nöqtələrinin koordinatlarını hesablayır, odur ki. vektor qrafikasını bəzən hesablama qrafikası adlandırırlar. Obyektlərin printerdə çapında da analoji hesablamalar aparılır. Bütün obyektlər kimi xəttin müəyyən xüsusiyyətləri vardır. Buraya onun qalınlığı, forması, rəngi, növü (bütöv, qırıq-qırıq və s.) kimi xüsusiyyətləri daxildir. Qapalı xəttin daxili sahəsi tekstura, boya, xəritə və s. ilə doldurula bilər. Sadə, qapanmayan xəttin düyünlər adlanan iki zirvəsi var. Xəttin zirvələrinin görünüşü və iki xəttin uzlaşması düyünlərin öz xassələrindən asılıdır.

Fraktal qrafika

Fraktal təsvir eyni elementlərin birləşməsinin yaratdığı təsvirdir. Serpinski üçbucağı, Kox qar dənəciyi, Harter-Hetuey əjdahası, Mandelbrot çoxluğu kimi külli sayda fraktal qrafik təsvirlər vardır. Fraktal rəsm hər hansı alqoritm və ya təsvirlərin konkret düsturlar üzrə hesablamalara əsaslanan avtomatik generasiyası sayəsində qurulur. Alqoritmlərdə verilənlərin və ya düsturlarda əmsalın dəyişməsi nəticəsində həmin təsvirlər şəkildəyişməyə uğrayır. Fraktal qrafikanın əsas üstünlüyü ondadır ki, fraktal təsvirin faylında yalnız alqoritmlər və düsturlar saxlanır.

Üçölçülü qrafika

Üçölçülü qrafika (3d qrafika) real obyektlərin onları ifrat dərəcədə təkrarlayan üçölçülü həcmli modellərinin yaradılmasının üsul və fəndlərini öyrənir. Belə həcmli təsvirləri hərləmək və hər tərəfdən baxmaq olar. Həcmli təsvirlərin yaradılması üçün müxtəlif qrafik fiqurlardan və hamar səthdən istifadə edirlər. Onların köməyi ilə əvvəlcə obyektin karkası qurulur, sonra onun səthi real səthini təkrarlayan materiallarla örtülür. Sonra obyektin yerləşdiyi məkanın işıqlılığı, qravitasiyası, atmosferin xüsusiyyətləri və digər parametrləri təkrarlanır. Hərəkət edən obyektin sürəti, hərəkət trayektoriyası göstərilir.

Kompüter qrafikasının əsas anlayışları

Kompüter qrafikasında bəzən həll anlayışı ilə bağlı anlaşılmazlıq baş verir, çünki adətən müxtəlif obyektlərin eyni vaxtda bir neçə xüsusiyyəti ilə işləmək lazım gəlir. Ekran həlli, çap qurğusunun həlli və təsvir həlli kimi anlayışları dəqiq fərqləndirmək lazımdır. Bütün bu anlayışlar müxtəlif obyektlərə aid edilir. Əgər təsvirin monitorun ekranında, surətin kağız üzərində və ya faylın sərt diskdə fiziki ölçüsü müəyyən edilməyibsə, bu həll növlərinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Ekran həlli kompüter sisteminin və əməliyyat sisteminin xüsusiyyətlərindəndir, monitor və videokartdan asılıdır. Ekran həlli piksellər, nöqtələrlə ölçülür və ekranda təsvirin bütövlükdə yerləşə biləcəyi ölçünü müəyyənləşdirir.

Printer həlli printerin uzunluq vahidində çap oluna bilən ayrı-ayrı nöqtələrinin sayını ifadə edən xüsusiyyətidir. O, dpi vahidlərində (1 düym-ə düşən nöqtələrinin sayı) ölçülür və təsvirin verilmiş keyfiyyət meyarlarına uyğun ölçüsünü, yaxud, əksinə, verilmiş ölçüsünə uyğun keyfiyyətini müəyyənləşdirir.

Təsvir həlli təsvirin özünün xüsusiyyətidir. O, həmçinin dpi (1 düym-ə düşən nöqtələrinin sayı) ilə ölçülür, meyarları isə qrafik redaktorda yaradıldıqda və ya təsvirin faylı skaner vasitəsilə yaradıldıqda verilir. Məsələn, təsvirə ekranda baxmaq üçün 72 dpi ölçüdə həll kifayət edir, printer çapı vasitəsilə isə ən azı 600 dpi müəyyən etmək lazım gəlir. Təsvir həllinin parametrləri təsvirin faylında saxlanır.

Təsvirin hündürlüyünü və enini müəyyənləşdirən fiziki ölçüsü həm piksellər, həm də uzunluq (mm, sm, düym) vahidləri ilə ölçülə bilər. Ölçülər təsvir yaradılanda verilir və onun faylında saxlanır. Təsviri ekranda nümayiş etdirmək üçün hazırlayanda, onun eni və hündürlüyü piksellərdə verirlər, bu, onun ekranın hansı hissəsini tutacağını müəyyənləşdirir. Təsviri çapa hazırlayanda onun ölçüsünü ölçü vahidlərində verirlər, bu, onun kağız vərəqinin hansı hissəsini tutacağını müəyyənləşdirir.

Təsvirin fiziki ölçüsü və təsvir həlli bir-biri ilə sıx bağlıdır. Təsvir həlli dəyişdikdə fiziki ölçü avtomatik dəyişir.

Boya ilə işlədikdə rəngin dərinliyi (boya həlli) və boya modeli anlayışlarına müraciət edirlər.

Piksel boyasının kodlaşdırılması üçün müxtəlif sayda bit ayrıla bilər. Ekrana eyni zamanda hansı sayda boya çıxarılacağı məhz bundan asılıdır. Boyanın binar kodunun həcmi artdıqca, təsvirdə işlədilən boya çalarlarının sayı bir o qədər artır. Boyanın dərinliyi bir pikselin rənginin kodlaşdırılmasına ayrılan bit miqdarıdır. İkirəngli (ağ-qara) təsvirin kodlaşdırılması üçün hər pikselin rənginə bir bit ayırmaq kifayət edir. Hər ayrılan bayt 256 müxtəlif rəng çalarını kodlaşdırmaq imkanı verir. İki bayt (16 bit) 65536 müxtəlif boya çalarını müəyyənləşdirməyə imkan verir. Bu rejim High Color adlanır. Boya kodlaşdırılması üçün üç bayt (24 bit) istifadə olunduqda eyni vaxtda 16,5 mln boya çalarının əks olunmasına imkan yaranır. Bu rejim True Color adlanır. Boya dərinliyi təsvirin saxlandığı faylın ölçüsünü müəyyən edir.

Təbiətdə bəsit boyalar nadir hallarda olur. Rəng çalarlarının əksəriyyəti əsas rənglərin qatışığından yaranır. Rəng çalarının onu təşkil edən tərkib hissələrinə ayrılması üsulu boya modeli adlanır. Boya modellərinin müxtəlif növləri məlumdur, lakin kompüter qrafikasında, bir qayda olaraq, RGB, CMYK, НSB kimi 3 model tətbiq edilir.

RGB boya modeli

RGB boya modeli olduqca anlaşıqlı modeldir.  Televizor və məişət monitorları bu modeldə işləyir. İstənilən rəng qırmızı (Red), yaşıl (Green) və göy (Blue) kimi üç əsas komponentdən ibarət sayılır. Bu rənglər əsas rənglər adlanır. Hesab olunur ki,  bir boya komponenti digərini örtdükdə ümumi rəng parlaqlığı artır. Üç komponentin vəhdəti neytral — boz rəng yaradır. Boz rəngin işıqlılığı artdıqca, o, ağ rəngə çevrilməyə meyl edir. Bu effekti monitorun ekranında müşahidə etmək olar. Boya çalarını təşkil edən komponentlərin parlaqlıqları cəmindən yeni çaların əldə edilməsi üsulunu additiv üsul adlandırırlar. Bu üsul rəngli təsvirin işıq axarı vasitəsi ilə canlandırıldığı bütün qurğularda – monitorlarda, proyektorlarda və s. tətbiq olunur. Bu halda parlaqlıq azaldıqca təsvir də qaralır. Odur ki, additiv modeldə komponentlərin sıfıra bərabər mərkəzi nöqtəsi (0,0,0) qara rəngdə (monitor ekranında işığın yoxluğu) olur. Komponentlərin maksimum yüksək həddi ağ rəngə (255, 255, 255) uyğun gəlir. Additiv model olan RGB modelinin qırmızı (255,0,0), yaşıl (0,255,0) və mavi (0,0,255) rəngləri əsas rənglər adlanır.

CMYK boya modeli

Bu modeldən təsvirin çapa hazırlanmasında istifadə edirlər. Belə təsvirlər işıq axınında deyil, əks olunan işıqda canlanır. Kağıza hopan boyanın miqdarı artdıqca, o, işığı daha çox  udur və daha az əks etdirir. Üç əsas boyanın vəhdəti, demək olar ki, düşən işığı tamamilə udur, nəticədə təsvir, demək olar ki, qara görünür. RGB modelindən fərqli olaraq, CMYK boya modelində boyanın miqdarının artması rənglərin vizual parlaqlığının artmasına səbəb olmur, əksinə, onun azalmasına gətirib çıxarır.

Odur ki, təsvirlərin çapa hazırlanması üçün də additiv (cəmləyən) modeldən deyil, subtraktiv (çıxan) modeldən istifadə olunur. Bu modelin boya komponentləri əsas boyalar deyil, əsas boyaların ağ boyadan çıxılması nəticəsində alınan boyalardır. Bu üç boya əlavə rənglər adlanır, çünki onlar əsas boyaları ağ boyaya qədər tamamlayır.

Qrafik formatlar

İstənilən qrafik təsvir faylda saxlanır. Qrafik məlumatların faylda yerləşdirilməsi üsulu qrafik faylın formatını müəyyənləşdirir. Rastr təsvirlərin və vektor təsvirlərin fayllarının formatları fərqlənir.

Rastr təsvirlər faylda düzbucaqlı cədvəl şəklində saxlanır, həmin cədvəlin hər damasına müvafiq piksel boyasının binar kodu yazılır. Belə fayla qrafik təsvirin digər xassələri, habelə onun sıxılma alqoritmi barədə məlumatlar daxil edilir.

Vektor təsvirlər faylda obyektlərin və onların xassələrinin koordinatları, boyaları, ölçüləri və s. kimi parametrlərinin siyahısı şəklində saxlanır.

Qrafik fayllarının həm rastr, həm də vektor formatları kifayət qədərdir. Təsvirin bu və ya digər formatda saxlamaq seçimi təsvirlə işin məqsəd və vəzifələrindən asılıdır. Təsvirin foto dəqiqliyi tələb olunursa rastr formatların birinə üstünlük verirlər. Loqotipləri, sxemləri, tərtibat elementlərini vektor formatda saxlamaq məqsədəuyğundur. Faylın formatı həmin faylın yaddaşda tutduğu yerin həcminə təsir göstərir. Qrafik redaktorlar təsvirlərin saxlanması üçün istifadəçiyə müstəqil şəkildə format seçmək imkanı verir. Eyni zamanda həm rastr, həm də vektor təsvirləri dəstəkləyən universal qrafik fayl formatları da mövcuddur.

PDF formatı (ingiliscə Portable Document Format — portativ sənəd formatı) Acrobat proqramlar paketi ilə işləmək üçün hazırlanıb. Bu formatda həm rastr və vektor formatlı təsvirlər, böyük sayda şriftlərdə mətnlər, linklər, hətta printerin iş parametrləri saxlana bilər. Fayllarının tutumukifayət qədər kiçikdir.

Rastr qrafikası fayl formatları

Rəngli təsvirlərin saxlanılması üçün JPEG (Joint Photographic Expert Group — foto sahəsində birləşmiş ekspert qrupu) formatından istifadə edirlər. Fayllar .jpeg və ya .jpg növü kimi işarələnir. Təsvirin tutumunu yüzlər və minlər dəfə kiçiltməyə imkan verir, bu halda təsvirin keyfiyyəti xeyli zəifləyir. GIF (Graphics Interchange Format — mübadilə qrafik formatı) formatında faylın ölçüsünü bir neçə dəfə kiçiltməyək olur. Bu format animasiya və fonun şəffaflığı kimi maraqlı effektləri saxlamaq imkanı verir.

PNG qrafik formatı (Graphic portable Network — mobil şəbəkə qrafiki) GIF formatını xatırladır, lakin daha çox sayda boya çaları dəstəkləyir.

Sənədlərin internet şəbəkəsi ilə ötürülməsində faylın ölçü yığcamlığı çox vacibdir, çünki informasiyanın göndərilməsi və alınması sürəti bundan asılıdır. Odur ki, internet səhifələrinin tərtibatında JPEQ, GIF, PNG kimi sıxılma əmsalı yüksək olan formatlara üstünlük verirlər.

Vektor qrafika formatları

CGM (Computer Graphic Metafile — kompüter qrafikası metafaylı) İnternet şəbəkəsində vektor qrafik məlumatların standart formatından geniş istifadə edir. CDR (Coreldraw files — Corel Draw faylı) Coreldraw vektor qrafik redaktorunda istifadə edilən fayl formatıdır. AI — Adobe Illustrator vektor redaktorunun dəstəklədiyi fayl formatıdır.

3d ixtisarı ingiliscə 3 Dimensions, yəni üç ölçü ifadəsindən gəlir. Kağız üzərində və ya kompüterdə qrafik redaktorda hündürlüyü və eni olan ikiölçülü obyektlər yaratmaq olur. Yastı təsviri çevirmək, müxtəlif tərəflərdən baxmaq, döndərmək olmur.

Lakin daha bir parametri, dərinliyi əlavə etdikdə virtual, həcmli obyektlər yaratmaq mümkün olur. Məsələn, kürə, ev, avtomobil, insan fiqurları, demək olar ki, hər şey. Sonra bunları istənilən kimi hərləmək, fırlamaq, lap baş-ayaq etmək, hətta sərbəst hərəkətə gətirmək, yəni animasiya filmi elementlərini yaratmaq olur.

Lakin əşyanı kompüter monitorunda müxtəlif tərəflərdən əks etdirmək, quruluşunu və şəklini dəyişmək, hərəkətə gətirmək üçün əvvəlcə obyektin virtual modelini hazırlamaq lazımdır.

Modelləşdirmə uzun-uzadı, ağır və olduqca yorucu prosesdir. Əvvəlcə obyektin həndəsi strukturu qurulur. Məsələn, virtual bina quruculuğunda onu həcmli düzbucaqlı bloklardan yığmaq lazım gəlir. Planetlərin təsviri üçün kürələr yaratmaq lazımdır.

Həndəsi obyektləri bir-birinə yapışdırmaq, bir-birinə qismən keçirmək, aralarında rəvan keçidlər düzəltmək olar, əslində, istənilən əşya və ya varlığın üçölçülü modelini yaratmaq olar.

Üçölçülü konturlar hazır olan kimi, yəni ekranda tor halında canlanan kimi onları materialla doldurmaq vaxtı gəlib çatır. Seçim böyükdür. Evin divarlarını kərpicdən hörmək, döşəməni mərmərlə, mebeli taxta panellərlə örtmək olar. Materialın ənənəvi rəngindən savayı fakturası da ola bilər. Məsələn, nahamar beton və ya asfalt. Yaxud güzgü kimi cilalanmış mərmər.

Üçölçülü modelin yaradıcısı əsl animasiya təqdimatı rejissoru kimi çıxış edir. Məsələn, yeni avtomobili nümayiş etdirmək lazım gəlirsə, onu tamaşaçıya müxtəlif rakurslarda göstərmək olar, tamaşaçı kapotun altındakıları, salonu seyr edə bilər, avtomobili hərəkətdə  seyr edə bilər. Təqdimatda qar, yağış, duman modelləri nəzərdə tutulubsa avtomobili müxtəlif hava şəraitində görə bilər.

Havada canlanan holoqramlar fantastik filmlərdən hamıya məlumdur. Məhz üçölçülü təsvirlərin yaradıldığı üçölçülü qrafika fantaziyanın gerçəkləşməsinə zəmin yaradır.

Üçölçülü qrafika xüsusi kompüter proqramları vasitəsilə həcmli modelin yaradılması prosesidir. Kompüter qrafikasının bu növü həm vektor qrafikasının, həm də rastr qrafikasının bir çox elementlərini özündə birləşdirmişdir. 3d dizayneri çertyojlar, rəsmlər, müfəssəl məlumatlar, qrafik və ya mətnli informasiya əsasında istənilən irihəcmli təsvir yaradır.

Modelə xüsusi proqramda istənilən müstəvidə, istənilən rakursda, hər tərəfdən (yuxarıdan, aşağıdan, yandan) baxmaq olar. Üçölçülü kompüter qrafikası vektor qrafikası kimi obyektə səmtləşdirilmiş olduğundan burada üçölçülü səhnənin bütün elementlərini, həm də ayrı-ayrılıqda hər bir obyektini dəyişmək imkanı verir. Kompüter qrafikasının bu növü texniki rəsmxətin dəstəklənməsi üçün böyük imkanlar yaradır.

Üçölçülü modelləşdirmənin vəzifəsi obyektlərin həndəsi şəkildəyişmələrin köməyi ilə gələcək təsvirə qoyulan tələblərə uyğun qaydada məkanda yerləşdirilməsindən ibarətdir.[2]

Bu gün üçölçülü modelləşdirmə çox bir çox sahələrdə, ilk növbədə tikintidə tətbiq edilir. Bu, gələcək özəl və ya çoxmənzilli evlərin və ya ofis binasının, hər hansı sənaye obyektinin modeli, habelə elə həmin tikililərin interyerlərinin modeli ola bilər.

3d modelləri internet saytları quruculuğunda əvəzsizdir. Bəzi sayt mühəndisləri xüsusi effekt yaratmaq üçün saytların dizaynına qrafik elementlərlə yanaşı üçölçülü modellər, çox vaxt animasiya elementləri əlavə edirlər. Üçölçülü modelləşdirilmə proqramları və texnologiyaları istehsalatda və tikintidə geniş tətbiq olunur. Mühəndislərin əksəriyyəti artıq çoxdan karandaş və xətkeşdən vaz keçərək müasir üçölçülü kompüter proqramlarına müraciət etmişlər. İstehsal və ticarət sahəsi fəal surətdə yeni texnologiyalara üz tutur. Təqdimatlarda, sərgilərdə əvəzsiz olan üçölçülü modellər, əsasən, nümayiş zamanı istifadə olunur.

Üçölçülü texnologiyalar haqqında danışanda, üçölçülü obyektləri çap edən 3d printerləri də qeyd etmək lazımdır.

Bu gün printerdən istifadə istehsalatda, məişətdə, insan fəaliyyətinin müxtəlif sahələrində adi hala çevrilmişdir. Kompüter istifadəçilərinin əksəriyyəti informasiyanın kağızda çapı üçün printer işlədir. Lakin İKT sahəsinin durmadan sürətli inkişafı 3d texnologiyaları, 3d printerləri, 3d çapı kimi fantastik təzahürləri meydana çıxarmışdır.

3d çapı nədir? Ənənəvi olaraq bu istilah altında hər hansı obyektin kompüterdə işlənmiş üçölçülü modeli üzrə hazırlanması kimi başa düşülür.

Bu gün 3d çapı texnologiyaları artıq insan həyatının bir çox sahələrinə müəyyən təsir göstərir. Hazırda 3d çapı uşaq oyuncaqlarından tutmuş cərrahiyə alətlərinin istehsalı ilə bağlı sahələrə qədər sürətlə müdaxilə edir. Bir neçə il əvvəl alimlər, genetiklər, texnoloqlar yaxın gələcəkdə 3d çapı vasitəsi ilə tam dəqiqliklə və tez bir zamanda bioloji aktiv, canlı materiallar istehsal etmək, hətta insan orqanizminin orqanlarını çap etmək mümkün olacağını proqnozlaşdırırlar. V.A. Mironov insan orqanlarının çapı texnologiyasını kəşf etmiş, ABŞ-da patent almış, artıq bioprinterin üç modifikasiyasının hazırlanmasında iştirak etmişdir.[3]

Üçölçülü çap texnologiyası obyektin laybalay artımı prinsipinə əsaslanır. İlk növbədə obyektin xüsusi proqramda dəqiq üçölçülü modeli yaradılır. Bundan sonra modelləşdirilmə zamanı əldə olunan məlumatlar 3d printerə yüklənir. Obyektin virtual surətinə əsaslanan 3d printer onu çap edir. 3d printerin çap etdiyi istənilən obyektin əsasını bir-birinin üzərinə oturan (yapışan, hopan) ayrı-ayrı təbəqələr (laylar) təşkil edir. Detalın yaradılması prosesi alt təbəqədən başlayır, printer növbəti qatın çapından qabaq əvvəlki qatın bərkiməyini (qurumağını) gözləyir. 3d printer bu sadə alqoritmə uyğun hərəkət edərək ilkin materialdan lazımi obyekti bir növ böyüdə-böyüdə tədricən yaradır.

Çap texnologiyasına, bütün verilmiş parametrlərə düzgün riayət edildiyi halda çapdan çıxan obyekt nəzərdə tutulan xüsusiyyətlərə malik olur. Obyektin çapı prosesi, demək olar ki, insanın heç bir iştirakı olmadan keçirilir. İnsan yalnız obyektin virtual modelini hazırlayıb onu 3d printerə yükləyir. 3d printer obyektin yaradılması prosesinə daim nəzarət edir. Bu, yararsız məmulatın meydana çıxmasının qarşısını almağa imkan verir. 3d çapında plastik, şüşə, polikarbonat, titan və s. kimi müxtəlif materiallar istifadə oluna bilər. Konkret materialın seçilməsi çapda tətbiq edilən texnologiya ilə şərtlənir.

Üçölçülü çap texnologiyasının elementləri sənayedə artıq 30 ildir ki, tətbiq edilir. 3d printerin ilk nümunələri zahirən nəhəng sənaye dəzgahlarını xatırladırdı, qiyməti də əlçatmaz idi. Lakin üçölçülü çap texnologiyası qısa müddətdə sürətlə inkişaf etdi, bu da 3d printerlərin həm ölçülərinin, həm də qiymətinin azalmasına səbəb oldu. Hazırda evdə istifadəsi üçün nəzərdə tutulan 3d printerlərin çeşidi daim genişlənir.

Üçölçülü çap texnologiyasının sələfi olan texnologiyalar ötən əsrin 80-ci illərdə yaranır. Onların arasında stereolitoqrafiya (SLA), laminasiya (LOM), lazerlə selektiv qızdırıb bitişdirmə (SLS), laybalay sıxlaşdırma (SGC), ərintinin laybalay basılması (FDM) kimi texnologiyaların adlarını çəkmək olar.

Stereolitoqrafiya ilk dəfə 1984-cü ildə amerikalı Çarlz Hall nümayiş etdirilmişdir. 1986-cı ildə isə onun təsis etdiyi 3d System şirkəti tarixdə ilk üçölçülü printer buraxmışdır.

Bu texnologiya hərəkətdə olan özülün üzərinə 0,2 mm qalınlığında ayrı-ayrı təbəqələr oturtmaqla üçölçülü obyektlər yaratmağa imkan verirdi. Sonra həmin özül ilkin materialla — maye fotopolimerlə dolu olan çənə batırılırdı.

1988-ci ildə üçölçülü printerlərin sənaye istehsalına start verildi.

Laminasiya (LOM)

Ötən əsrin 80-ci illərinin ortalarında Mixaylo Feygen təbəqə materialdan, məsələn plastik və ya kağızdan istənilən həcmli modellərin hazırlanması üsulu təklif edir. Materialın ayrı-ayrı təbəqələrinin yapışması üçün müəyyən temperatura qədər qızan xüsusi mütəkkədən (valik) istifadə olunur.

Lazerlə selektiv qızdırıb bitişdirmə (SLS). Ötən əsrin 80-ci illərinin ikinci yarısında amerikalı Karl Dekart lazerlə selektiv qızdırıb bitişdirmə texnologiyasını yaratmışdır. Bu texnologiya lazerlə ilkin materialın laybalay qızdırıb bitişdirmə yolu ilə həcmli modelin yaradılmasını nəzərdə tutur. Bu zaman materialın özü ərimə temperaturuna yaxın temperatura qədər qızır. Bundan sonra lazer şüasının köməyi ilə onun üzərində  lazımi kontur çəkilir. Lazer şüası materialın üzərinə düşür, onu qızdırıb əridir. Sonra materialın növbəti təbəqəsi çəkilir və bütün proses yenidən təkrarlanır. Həcmli modelin tam hazır olması üçün bu hərəkətlər ardıcıllığını dəfələrlə təkrarlamaq lazım gəlir. Bu texnologiya ilkin material kimi termoplastik, keramika və metaldan istifadə etməyə imkan verir.

1987-ci ildə laybalay sıxlaşdırma (SGC) texnologiyası meydana gəlir. Bu texnologiya bir növ fotosurətçıxarma prosesini xatırladır. Xüsusi özül üzərinə fotohəssas toner çəkilir, bunun sayəsində foto şablonu yaranır. Bu şablon nazik polimer təbəqə üzərində yerləşdirilir, sonra isə onun ultrabənövşəyi şüalanması aparılır. Bu, ilkin materialın bitişib yapışması ilə nəticələnir. Növbəti mərhələdə vakuum vasitəsi ilə qatranın maye qalıqları kənarlaşdırılır, həcmli strukturda yaranan boşluqlar əridilmiş mum ilə doldurulur.

Ərintinin laybalay basılması (FDM) texnologiyası

80-ci illərin sonunda Skott Kramp əridilmiş polimer tellərin laybalay üst-üstə qoyulmasını nəzərdə tutan üçölçülü çap texnologiyasını meydana çıxarır. Bu texnologiyada termoplastikdən hazırlanmış nazik tellərin tətbiqi nəzərdə tutulurdu. Tellər yüksək hərarətə qədər qızdırılır və işçi zonaya xüsusi ucluq vasitəsi ilə ötürülürdü. Tellər ucluqdan hərəkətli özül üzərinə oturdulurdu. Cüzi qalınlığı olan hər bir təbəqə bərkiyərək qonşu lay ilə birləşirdi.

Texnologiyalar kifayət qədərdir, konkret variantın seçimi isə adətən iqtisadi və texnoloji tələblərlə şərtləndirilir.

Üçölçülü çapın köməyi ilə cəmi bir neçə dəqiqə ərzində praktiki olaraq istənilən məmulatı yaratmaq olar. Bu texnologiya mühəndislərin, tərtibatçıların əməyini xeyli asanlaşdırmaqla yanaşı geniş kütlələrə də yaxınlaşması uzaq deyil.

Bu gün üçölçülü çap artıq fantastik görünmür. Gündən-günə bu texnologiya sadə insanlara daha yaxın olur, daha yığcam və ucuz 3d printerlərin meydana çıxması isə bu prosesi daha da sürətləndirir.

T.Çernetskaya yazır ki, təbiət bizim varlığımız üçün üçölçülü məkan seçmişdir, halbuki bəzi fiziklər hesab edirlər ki, bizim məkan onbirölçülüdür. Onlardan 8-i “bükülü” olduğundan biz onları sezmirik.[4] Onbirölçülü aləmin sirlərini dərk etməyə, bəlkə də,  bir neçə nəslin ömrü bəs etməz. Lakin bəşəriyyətin gələcəyi olan gənclik onu ağuşuna almış üçölçülü aləmin bəxş etdiyi nemətlərə sahib olmaq, verdiyi biliklərə yiyələnmək, yeni kəşflər etmək, müasir dövrlə ayaqlaşmaq iqtidarındadır.

açar sözlər: üçölçülü çap texnologiyası, kompüter qrafikası, 3d model, piksel, boyahəlli, printer həlli

Резюме

Компьютерная графика — это область изобразительного искусства, где для создания и обработки графических изображений применяются специальные методы и средства компьютерной техники. Трехмерная графика — это процесс создания объемной  трехмерной модели посредством применения специальных компьютерных программ. Сегодня трехмерная печать уже не кажется фантастическим. Эта технология с каждым днем становится все ближе к простым людям, а появление  более  компактных и недорогих 3d принтеров значительно ускоряют этот процесс. Некоторые учёные утверждают, что на самом деле мы живем в одиннадцатимерной  вселенной. Для осмысления тайн одиннадцатимерного мира, безусловно, не хватит всей жизни многих поколений. Однако будущность человечества  в силах освоить дары приютившего его трехмерного мира, овладеть его знаниями, делать новые открытия, идти в ногу с современностью.

Summary

The computer graphics is the field of the fine arts where ad hoc methods and means of the computer equipment are applied to creation and processing of graphics images. The three-dimensional graphics is a process of creation of volume three-dimensional model by means of application of special computer programs. Today the three-dimensional printing doesn’t seem fantastic any more. This technology every day becomes closer to simple people, and appearance of more compact and inexpensive 3d printers considerably accelerate this process. Some scientists claim that actually we live in the eleven-measured Universe. For judgment of mysteries of the eleven-measured world, certainly, there won’t be enough all life of many generations. However we will have enough forces to master gifts of the three-dimensional world surrounding us, to seize its knowledge, to make new discoveries, to go in step with the present.

Pərviz Rzaquliyev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

[1] Müsabiqədənkənar

[2] //dic.academic.ru/dic.nsf/ruwiki/12207

[3] //habrahabr.ru/company/invitro/blog/194064/

[4] //www.chernetskaya.ru/blog/1637

Bakının cinayətkar aləmi_2

Bakının cinayətkar aləmi_2001

Bakıda ağalıq etmək iddiasında olanlar da özünü qoçu adlandırardı. Bunların bir qismi tacirlərin, varlıların cangüdənləri idi. Onların bir çoxu qorxaq, acgöz, pulgir və nadan idi. Piştonsuz (tapança) qorxudan səsini çıxara bilməyən, bazarlarda, küçələrdə, hara gəldi atəş açan adamlar idi. Bəzən yeni alınmış silahın gücünü yoxlamaq üçün küçədən keçən hambalı və ya üst-başı cındır olan bir adama da atəş açılırdı. Can verən adamın harayına çatan olmazdı. Hər kəsin öz dərdi özünə bəs idi. Bir də ki, haraya çatmağa da imkan tələb olunardı. Bu biganəliyə ən başlıca səbəb qorxu idi. Həmin meyitin yerində olmaq qorxusu. Yıxılanı qan aparar, bəzən yiyəsi də gəlib çıxmazdı. Belə hal adətən İrandan Bakıya quru çörək dalınca gələnlər — neft daşlarında qeyri-insani şəraitdə cüzi əmək haqqı qazanaraq ailəsinə, İrana göndərənlər idi. Onların ölümündən ailələri xəbər tutmazdı. Çünki sağ ikən azsavadlı mirzələrə pulla məktub yazdıran adamın ölüm xəbərini çatdıran nadir hallarda tapılardı. Hər kəsin dərdi özünə bəs edirdi! Qoçulara nifrət edən əhali onlarla rastlaşmaqdan çəkinirdi. Əsil qoçular nahaq qan tökməz, əksinə, millətin namusunu qoruyar, heç kimə baş əyməzdilər, ehtiyacı olanlara əl tutar, müxtəlif adamların mübahisələrini araşdıraraq həqiqəti üzə çıxarmağa çalışardılar. Bu qoçular içərisində bəzən çar məmurları ilə mübarizə aparmağa cəsarət edənlər də tapılardı…

Neft vulkanlarının püskürməsi Qərbin milyonçularını Bakıya cəlb edir, bunun məntiqi davamı kimi milyonçuların, şirkət və maliyyə idarələrinin, bankların sayı çoxalırdı. Ç. Şeydayevin sözləri ilə desək, sanki neft yerin dayaz və dərinlik zülmətindən gün işığına özü ilə birgə oğruları, cibgirləri, farmazon və macərabazları da çıxarırdı.

Dövlətlilərlə kasıblar arasında yaranan uçurum cinayətlərin sayının artmasına şərait yaradırdı. «Cəvahir», «Naz-nazı», «Hacı, bəri bax» mağazaları sanki soyulmaq üçün «yaranmışdı». «İstanbul», «Tehran», «Çikaqo» kimi mehmanxanalarda kef çəkən dövlətlilər bəzən ağlasığmaz məbləğdə mərcə girərdilər ki, məsələn, Fransadan gəlmiş firəng müğənnisi, deyək ki, mənim salamımı alanda gülümsəyəcək, və ya bir gecəlik qonağım olacaq. Udan da, uduzan da olurdu. Lakin başqa cür də olurdu. Varlıları soyan xarici «madamlar» bəzən vədinə əməl etmir, aldığı pullar və daş-qaşın əvəzini verməyi unudurdular. Belə olan təqdirdə uduzan tərəf vədinə əməl edərək uduzduğunu verməli idi (Mərcə qoyulan məbləğ bəzən uduzan tərəfin əmlakının 90 faizi həcmində olurdu. «Bakı ensiklopediyası» kitabının «İçərişəhərim mənim» fəslində Yusif ağa Dadaşovla Lalayanın mərc əhvalatını buna nümunə gətirmək olar. Yusif ağa Dadaşova məxsus «Metropol» mehmanxanası istisna olmaqla demək olar ki, bütün mehmanxanalarda kazino və bu sayaq qumarxanalar vardı. Mərc, qumar, əyyaşlıq və bu kimi ehtiraslar zəminində  artıb təcrübə toplayan oğrular və cibgirlər restoranlarda səpələnən pullardan vaz keçmək fikrində deyildilər. Təbii ki, sovet dalğası çox şeyi dəyişdi. Artıq bahalı geyinənlərə burjuy adı qoyurdular. Əslində var-yoxu əllərindən alınmış varlıların yaxşı geyinmək imkanı da qalmamışdı. “37” hələ qabaqda idi. «Xalq düşməni» damğası hələ dillərə, qulaqlara, şüurlara və sənədlərə hopmamışdı. Ancaq küçələrdə, meydanlarda, tramvaylarda, bulvarda, ümumiyyətlə insanların gur olduğu yerlərdə yalnız oğurluqlar baş vermirdi. İndi köhnə geyimli, «fəhlə-kəndli» «imici» dəbdə idi, çünki məhz həmin zümrədən olan «qırmızılar» bununla fəxr edirdilər. «Bəy», «xan», «xanım», «cənab» sözlərini işlədənlər ən yaxşı halda tərs baxışla qarşılaşardılar. Camaat qulluq sahiblərinin, yeni-yeni yaradılmış rəhbər qurumlarda çalışanların adının qarşısında yalnız «yoldaş» müraciət forması olmalı idi.

Bolşevik çevrilişindən əvvəl hamı bir-birini tanıyardı. Şəxsən tanımasan də özündən razı taciri heç kəslə qarışdırmaq olmazdı. «Hövsələsiz dövlət məmurunu oturuşunu-duruşunu bilən bəydən uşaq da ayıra bilirdi. Dördatlı, zərli-zibalı parçalarla bəzədilmiş faytonda oturub, ayağını ayağının üstünə aşırıb, əllərini başı gümüşü əsaya söykəmiş neftxudanı tanımamaq olmazdı. Zavod mühəndisi ilə baqqal dükanının sahibini qarışıq salmaq mümkün deyildi… Ancaq həmşəri hamballarını dilənçilərdən ayırmaq mümkün deyildi».[1]  Qorodovoyun (girdovoy) adı dəyişdiyi kimi (milis) geyimi də dəyişmişdi. Onların üst-başı Məhərrəmliyin qətl sınan günlərində və ya Qurban bayramı vaxtı Təzəpir məscidinin yanında dilənən yolçuların əyin-başından seçilmirdi. Amma bir şeyi yaddan çıxarmaq olmazdı: inqilab Dağlıq məhəllənin bəzi qanunlarına dəyə bilməmişdi: yazılmamış qanunlardan biri bu idi ki, qonşunu «tutdurmamalısan»: hətta sən sahə müvəkkili, qonşunsa əsil cinayətkar olsa belə… Əgər vəzifə borcunu yerinə yetirmək, və ya hökumətə sədaqətini göstərərək yerini möhkəmlətmək istəyirsənsə… onda ya oğlun «quyuya düşəcək» ya da damda quş uçurdan zaman qardaşının «ayağı sürüşəcək». (bu intiqam üsulu heç vəchlə qadınlara və qızlara aid olmazdı, bu istisna idi.  Olarsa, həmin adamın cəzasını elə öz «cur»ları verərdi, bəzən hətta həbsxanaya çatmamış.

Bu aləmin öz qanunları olduğu hamıya bəllidir. «Oğru» adını fəxrlə daşıyan peşəkar cibgir və ya iri həcmli əmlakın mənimsənilməsində səriştəsi olan cinayətkar heç vaxt namusa sataşmaz, girdiyi-yardığı evin qadın nümayəndələrinə xətər yetirməzdi. Namusa sataşmaq, ümumiyyətlə müsəlman aləmində, o cümlədən, özünü kişi hesab edən, kasıbçılığı səbəb göstərərək haram yeməyi, kiminsə əmlakını mənimsəməyi obyektiv hal hesab edənlər içərisində qəbuledilməz və bağışlanılmaz hal idi. Elələri qazamata düşəndən sonra onların oradan sağ çıxması ehtimalı az idi. Onlar cinayətkar aləmin yazılmamış qanunları ilə kameradaca xüsusi ssenari üzrə cəzalandırılar və rəhbərlik özünü görməzliyə vururdu. Namusa sataşmaq hətta cinayətkar aləmdə də qeyrətsizlik və nakişilik hesab olunurdu. Bu aləmin başqa «qaydaları» da vardı: qonşunun evini soymaq olmaz. Əgər kənardan evi yarmaq istəyirlərsə həmin qonşunun evi elə qonşu oğru tərəfindən müdafiə olunmalı idi. Axı onların arasında da əlaqə vardı.

«Bakının rus cinayətkarları arasında bu barədə iki anlayış vardı: «domuşnik» və «domaşniy vor». Domuşnik ev oğrularına deyirdilər. Lotular onlara hörmət edirdilər. «Domaşniy vor» isə qonşusunun özünü və ya qonşusunun evini soyanlara deyirdilər. Bunlar lotular tərəfindən müxtəlif cəzaya məhkum edilirdilər».[2]  Bəzən qonşunun özünün öz evinin yarılmasını təşkil etdiyini düşünən başçılar oğruya cəza verməyə tələsmir, məsələni «havalananlar» (yəni azadlıqda olanlar, və ya keçmiş oğrulardan) «ağız-qulaq» poçtu vasitəsilə aydınlaşdırardılar.

Hansı səbəbdənsə (bəzən də hökumət işçilərinin əli ilə) həbsdən yaxa qurtarmağa nail olan «qanun pozucularının» başçılar, və ya onların tapşırığı ilə digərləri cəzalarını türmədən azad olunandan sonra verərdilər.

Həbsdən yaxa qurtara bilənlər adətən Bakının kasıblar yaşayan Aşağı Dağlıq və Yuxarı Dağlıq hissələrindəki pul hərisi olan acgöz və qorxaq polislərə «işləyənlər» olardı. Milis işçiləri — sahə müvəkkili və s. asayiş «nəzarətçiləri» (bu günahsız adamın qanının yerdə qalmasına, cinayətkarın qaçıb gizlənərək növbəti təhlükələr yaratmasına, o cümlədən insanların var-yoxunun əlindən çıxmasına heç vəchlə yol verməyən, vəzifəsinə vicdanla yanaşan orqan işçilərinə şamil edilmir) həmin adamların tutulmasına bəzən qarşılıqlı razılaşma əsasında şərait yaradır, onlarsa kameradakı sirləri onlara çatdırırdılar. Belə xəbərçilərə «siçovul» deyirdilər. Kameraya daxil olmuş növbəti dustağınsa «siçovul» olub-olmadığını «şamşap» vaxtı, yəni dustaqların açıq havada gəzişdiyi vaxt üzə çıxarılırdı.

İnqilabaqədərki və ondan sonrakı dövrdə yeşikbazlar var idi. İri bir yeşiyin göndərildiyini deyərək ya hərifin öz əli ilə, ya da nökərinin vasitəsilə içəri soxulur, sonra ev sahibinin və ya nökərin-qulluqçunun əl-ayağını bağlayıb həmin yeşiyə qoyduqdan sonra, evini və cibini soyurdular.

Qızılpərəstlər də vardı. Onlar günün-günorta çağı «Koloniya malları», «Əliyev qardaşları» adlı zərgər dükanlarını, «Cəvahir», «Yaqut», «Zərxara», «Bəradərən Ağasiyev», «Antikvar» mağazalarını soyur, lombardı qarət edirdilər. Zərgərpalana da bir neçə dəfə soxulmağa cəhd göstərmişdilər.

Sanka Zver, daha doğrusu Cabir Pəncəli oğlu.

Kinto ləqəbli Əlihüseyn kişinin söylədikləri:

Məlumdur ki, XX əsrin əvvəllərində Bakıda kintolar meydana çıxmışdı ki, bu da şəhərdə sayca o qədər də çox olmayan gürcülərin ləqəbi idi. Lakin hər gürcüyə kinto demirdilər. Kinto ləqəbi gələcəkdə Bakı lotularının yaranmasına səbəb olan «asıb-kəsən» gürcülərin ləqəbi idi. Bakıda kintoların meydan sulaması Bakıda neft milyonçularının müdafiə olunmaq üçün öz ətrafında silahlı qoçu saxlamasına səbəb olmuşdu. Sonralar, təqribən erməni-müsəlman qırğını başlanandan sonra, yəni 1905-ci ildən başlayaraq kintolar aradın çıxdı və Bakıda daha onları görən olmadı.

«Mən onun «pul kisəsi» idim. Ucu zəncirli zamoku olan pul dağarcığını mən saxlayırdım. Haqq-hesabın düzgün aparılmasına isə söz ola bilməzdi. O, əzrayıl sifətli, yekəpər bir adam idi. Amma çiyinləri ensiz idi. Mərdimazarlıq etməzdi. Kim nə deyirsə, desin, özü kimisi yox idi. Oğrular arasında onun kimi nüfuz sahibi olan adam tapmaq olmazdı. Yəqin heç kim inanmaz. Amma həm Sanka, həm də başqa oğrular, məsələn göygöz Sabir, meymun Sabir, o birilərinin adlarını unutmuşam, oğurluqla əldə etdiklərini kasıblara, yetimlərə xərcləyər, az hissəsini özlərinə götürərdilər. Cabir təkcə oğurluqla varlanmamışdı. Bakıdakı bazarlar — Təzə Bazar, Kömürçü meydanı, Yaşıl bazar, pasaj və adını unutduğum başqa obyektlər ona «dolya» verirdi. Pulu isə özü yox, göygöz Sabir toplayardı.

Ümumiyyətlə, ondan hamı qorxurdu. Əvvəlcə, yəni təqribən 1950-ci illərin sonlarında onun qardaşı Ağakərimi öldürdülər. İndiki metronun Nizami stansiyasının yanındakı 4-cü bölmənin rəisi onu İçərişəhərdə tapança ilə vurmuşdu. Qorxudan heç kim onun ölüsünə yaxınlaşa bilmirdi. Onun meyitini götürmək üçün əsgərlər ezam olundu ki, onlar içərisində də naməlum istiqamətdən açılan güllələrdən ölənlər oldu. İndiyə qədər (indi 80-dən yuxarı yaşım var) başa düşə bilmədim ki, həmin mayor nə cəsarətlə Ağakərimi öldürdü.

Amma su qabı suda çatlayar. Biz tutulandan sonra bizi Qorki şəhərindən 1600 km şimalda yerləşən vilayətə sürgün etdilər. Cabirə 20 il iş vermişdilər. Belə düşünürəm ki, Bakıdan, ümumiyyətlə hakim dairələrin sifarişi əsasında Cabiri dəvət edib ondan peşman olması barədə izahat almaq istəmişdilər. Cabir isə cavab vermişdi ki, mən oğlu doğulmuşam, oğru kimi də öləcəyəm, bu mənim seçdiyim yoldur. yalnız 11 il yatandan sonra onu sındıra bildilər. Alınan izahat əsasında onu Bakıya göndərdilər.

Bakıya qayıdandan sonra onu Bakı Dövlət Sirkinə direktor təyin etdilər. Cabir orada uzun müddət işlədi. Amma onu yaxın dostunun əli ilə aradan götürdülər. Görünür şimalda bu mümkün deyildi. Adını unutduğum yaxın dostu onun maşınında arxada əyləşib Cabirin peysərinə 3-4 güllə vurmaqla onu qətlə yetirmişdi. Bu olub təqribən 60-cı illərin ortalarında.

Bizim dəstədə Edik adlı bir erməni də vardı ki, onu da oğru dəstəmizdən olan bir gözəl qız öldürmüşdü.

Edikin meyitinin cibindən qırmızı kitabça çıxmışdı. Görünür, onun hökumət tərəfindən oğruların içərisinə salınmasını bilənlər həmin gözəlin vasitəsilə onu öldürmüşdülər. Bir şey də yadıma düşdü. Orada 1600 nəfər azərbaycanlı cəza çəkirdi. Bizi orada, şimalda havaya çıxaranda Cabirin əlində həmişə qənd torbası olardı. Sobolevskinin «Yerə qoy» əmrini icra etmək istəyənlərə Uşakov adlı birisi «ona dəyməyin» demiş, Cabirə qahmar çıxmışdı… Həmin cəzaçəkmə təcridxanası Qorkovskaya oblast, stansiya Sxobizvodnaya adlanırdı.

Bu mənim xatırladıqlarım.

[1] Şeydayev Ç. «Bakının tacirləri, lotuları, düşmənləri» «ULU» İKF. B. 2005.

[2] Şeydayev Ç.  «Bakının tacirləri, lotuları, düşmənləri» «Ulu» İKF, B. 2005, s. 16.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

Bakının cinayətkar aləmi

Bakının cinayətkar aləmi və ya oğrunun milliyyəti olmur

İçərişəhərdə oğurluq hadisəsi nadir hallarda baş verərdi, əvvəla ona görə ki, evlər demək olar ki, bir-birinin içinə girirdi, bir evin mətbəxində (adətən mətbəx elə girəcəkdə-dəhlizdə olurdu) bişən xörəyin ətrindən hamı hali olurdu və bu səbəbdən də balaca, əyri və dar dalanlarda yerləşən bitişik evlərdə nəinki oğurluq etmək, heç gizlin bir iş də görmək mümkün deyildi. Özü də İçərişəhərin sakinlərindən əgər bu yola düşən olurdusa da, o, «işini» bayır şəhərdə görür, qonşularının evindən oğurluq etmirdi. Bu aksioma idi. Tində, bacada quş uçuranlar, həyətdə, dalanda nərd atanlar, sadəcə durub söhbət edən yeniyetmələr, oynayan uşaqlar və hər dəqiqə «Falçı Zeynəbin evi hansıdır?» sualına eyni cavabı həyətdə yun çırpan və ya didən qadınlar və ya ağsaqqal kişilər də oğurluğa müəyyən «maneə» yaradırdı. Heç kənardan buraya oğurluğa gəlmək istəyənlərin də sayı çox deyildi. Əvvəla yuxarıda göstərilən səbəblərə görə, ikincisi də içərişəhərlinin nəyi vardı axı? Amma bir dəfə İçərişəhərdə evlərdən birinə birtəhər daxil olan oğrular komodun içini, dolabları axtarmağa başlayanda başçının sərt səsi gəlir: «Getdik, qayıdın geriyə». Heç nə anlamayan icraçılar sözü çevirmədən başçının arxasınca düşüb evi, sonra da İçərişəhəri tərk edirlər. Bayıra çıxandan sonra başçı izah edir: «Orada bir ana, o biri tərəfdə də körpəsi yatmışdı». Oğrular deyir ki, nə olsun, onlarda ki, işimiz yox idi. Başçı izah edir: «Yatmış ana ayılıb bizi görəndə qorxacaqdı, qorxanda onun südü çəkiləcəkdi, uşaq ac qalacaqdı. Ona görə də oradan uzaqlaşmaq lazım idi». Yəni: oğru başqa, qatil başqa, nakişi isə tamam başqa-başqa şeylərdir, nə olsun ki, üçünün də eyni adı var: «Cinayətkar»! Onların yazılmamış qanunu var: oğurluq edən əlini qana batırmaz — yəni cibgir baş kəsməz. Düşmənçilik edən və bu zəmində qan tökən insan hadisə yerində olan dünya malına gözünün ucu ilə baxmaz və s. Bu qanunları pozanlarsa həmin aləmin qəzəbinə tuş gəlir, cəzalarını ikiqat alırdılar: yəni dövlətin qanunları ilə mühakimə olunub həbsxanada cəza çəkməklə yanaşı türmə qanunları da işə düşürdü. Necə? O baxır sən hansı pozuntuya yol vermisən. Bir sözlə, dövlətin qanunları ilə «yatan» türmədə bəzən elə ağır cəzaya məruz qalırdı ki, oradan çıxmırdı. Buna heç nə mane ola bilmirdi.

Amma oğrular (və başqa cinayətkarlar) bizim danışdığımız dildə-dialektik və ya bədii üslubda danışmırdı. Onların öz «dialekti» və öz «lüğət»i vardı. Niyə? Əvvəla ona görə ki, həmin kobud sözlər və jarqon ifadələr onların əməlləri və həyat tərzi ilə düz gəlirdi, ikincisi də onlar başqalarının bilmədiyi dildə danışanda, özlərini «təhlükəsiz» zonada hiss edir və «özü» olurdular.

Beləliklə:

Xorlama — nəşə (anaşa),

Xorlamaxana — nəşəxana

tərləmək — dustaqxanada olmaq

Siçovullar — dustaqlardan söz almaq üçün kameralara qəsdən salınan «dustaqlar» (bəzən onlar əsil dustaqların içindən də ola bilərdi)

İtbaşı — həbsxananın işçiləri

Dartma — kart oyunu

Tuxta — böhtan, yalan

Hərif — boynuna istənilən cinayəti götürən qorxaq

Bayırda havalananlar-yəni cəzasını çəkib qurtarmış, və ya hər hansı səbəbdən azadlıqda gəzən cinayətkarlar.

«ağız-qulaq» poçtu münasibəti — havalananlarla yaradılması mümkün olan əlaqə. Bu işdə polis işçilərinin iştirakı əlaqəni mümkün edirdi. Lakin səbəb təkcə rüşvət deyildi: Yuxarı və Dağlıq məhəllələrin sakinləri olan həbsxana işçiləri onları bəzi yazılmamış «qanunlar»a tabe edirdi.

Şapşap — dustaqların havaya çıxarılması üçün fasilə: siçovulun kimliyi bəzən belə fasilələrdə aydınlaşırdı.

Domuşnik — ev oğrusu

Domaşniy vor — öz valideynlərinin və ya qonşusunun evini yaran oğru: elələrinə cinayətkar aləmdə, eləcə də kamerada hörmət etmirdilər.

Xuda — kamerada başçı

Tərləmək — həbsxanada cəza çəkmək

Təzəbala — kameraya yeni gətirilmiş dustaq.

Fırfıra — cibgirin köməkçisi kimi hədəfin başını qarışdırar, ya itələməklə onu nəqliyyatda küncə sıxar, ya da sorğu-suala tutmaqla başını qarışdırardı. Fırfırasız işləmək çətin idi. Ruslarda bu «tırşik» (sürtüşən) adlanırdı.

Daxıl — hədəfin cibi.

Çardağ — hədəfin yuxarı cibi.

Maşa — oğurluq üçün cibə salınan iki barmaq.

İt — milis işçisi

Vanya — araq

Qum — nəşə

Farsovşik — valyuta alverçisi

«Bakı lotuları İslam dininə Aid mərasimlərdə iştirak edər, özlərini məsciddən ayırmazdılar. Onlar haram yolla qazanılmış pulu dükan, mağazada təmiz pula dəyişib, sonra məscidin daxılına atardılar ki, Allahın evinə haram pul daxil olmasın. Bu özünü aldatmaq hərəkəti olsa da, Bakı lotularının insani xüsusiyyətlərini göstərirdi. Məşhur, hörmətli oğru, cibgir və Farmazonlar Bakının Çəmbərəkənd, Dağlı məhəllələri, Dərə, İçərişəhər, Qanlı Təpə ərazilərində yaşayırdılar.

Bu ərazilərdə insanlar əzab-əziyyət içərisində yaşayırdılar. Küçə, dalan və döngələrdə çala-çuxur, peyin, çirkab suları əlindən yerimək mümkün deyildi. Üfunətdən nəfəs almaq olmur, milçəklər, ağcaqanadlar insanlara divan tuturdular. Bu ərazilərin sakinləri heç də anadangəlmə cinayətkar deyildi. Onlar Bakının uçuq-sökük, darısqal daxmalarının pul, çörəyə möhtac qalan, kasıb, çoxuşaqlı ailələrinin üzvləri idi. Bu küçə və dalanlarda yayda istidən, tozdan, qışda isə soyuqdan, palçıqdan və küləkdən can qurtarmaq mümkün deyildi. Dövlət heç bir yardım etməz, bu əhalinin yaşayış şəraiti ilə maraqlanmaz, beləliklə də bir çox kasıbları cinayətə sürükləyərdi. Bu sakinlər arasında oğurluq yolla pul qazanan olmasaydı, onlara bəzi insanpərvər, müsəlmançılığa sadiq qalan adamlar kömək etməsəydilər, onların çoxu acından ölərdi. Həkim Məhəmməd Rza Vəkilov (milyonçu Musa Nağıyevin oğlu İsmayılın İsveçrədə müalicə olunmasının zəruriliyini ataya ilk dəfə deyən, 50 min manat vəsait tələb olunduğunu bildirərkən Musadan imtina cavabı alan həkim) hər cümə axşamı Çəmbərəkənd əhalisinə pulsuz baxar, onları dava-dərmanla təmin edərdi. H. Z. Tağıyev Dağlı məhəlləsinin uşaqlarına pal-paltar, bayramlarda ət, yağ, un, düyü göndərərdi. (milyonçu-mesenat H, Z, A. Tağıyevin (Milli Arxiv İdarəsinin Çar Rusiyası dövründən qalan sənədlərdə milyonçunun tam Adı məhz bu şəkildə göstərilir-S. R.) həyat və fəaliyyəti barədə ayrıca fəsildə söhbət açılacaqdır.)

Tacirlər … dərə əhalisinə əllərindən gələn köməyi edərdilər. Lakin bunlar kasıbların gündəlik tələbatını ödəyə bilməzdi. Bu səbəbdən də adları çəkilən ərazilərin sakinləri arasında cinayət törədənlərin sayı azalmaq bilmirdi.[1]

[1] Şeydayev Ç. «Bakının tacirləri, lotuları, düşmənləri. «Ulu» İKF, B. 2005. s. 10.

Sevda Rəsulova

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bölmə müdiri

ÇİNGİZ XAN

Kurt David

ÇİNGİZ XAN

Alman dilindən tərcümə edəni — Munisə Dadaşqızı

 

cingiz

 

QARA  QURDUN  OĞLU TENGERİ

 SƏMƏND AYĞIR

On min nəfər qara başlı turqaud1 böyük xanın yuxusunu qoruyurdu. Onlar Onon çayı üzərindəki qayalar kimi lal və yenilməz idilər. Baş köçəbənin ortasında əzəmətli saray — yurta ucalırdı. Ətrafına səpələnmiş otxan-xatunların2 çoxlu çadırları, saysız-hesabsız qul-qaravaşların keçə alaçıqları sanki bu əzəmətin qarşısında baş əyərək dayanmışdı.

Erkən payız gecəsinin sazağı qılınc kimi kəsirdi. Bu səbəbdən yüz minlərlə bacadan tüstü qalxırdı.

Sükut hakim kəsilmişdi.

Külək də əsmirdi.

Quşların civiltisi kəsilmişdi.

Yalnız ay gur işıq saçırdı. Sarayın damının tən or­­­ta­sın­dakı qı­­zıl paya ulduz kimi bərq vururdu.

Ən əvvəl atlar nədənsə təşvişə düşdülər, ardınca qo­­yun­la­rın arasında vəlvələ qopdu. Axırda çobanlar hö­vlnak ayağa sıç­radılar. Ten­geri uzaqdakı bitib-tü­kən­­­­məyən, sol­ğun gecə işı­ğında nəhayət­siz göl kimi say­­rışan baş kö­çə­bə­yə baxdı. Ay­ğırın belinə sıç­ra­ya­raq üzəngilərin üstündə yu­xarı dartınıb boy­landı. Qəflə­­tən buzlu hava­nın nəfəsini hiss edib qışqırdı: «Bo­ran! Boran! Boran!» O biri ço­ban­­lar da səsləri gəl­dik­cə ba­ğırdılar: «Boran!» Çobanlar özlərini baş köçə­bə­yə çat­dır­maq istəyirdilər. Çovğun onları yarı yolda haq­­­ladı. Adamları da, heyvanları da otların, daş-kə­sə­­yin üstünə çırpdı. Dolu tök­məyə başladı. Ordanın gi­rə­cə­­yin­dəki yurtalar od tutub ya­­­nır­dı. Şölələnən keçə di­var­­lar ağ­zından od püskürən əjdahalar ki­mi zəbanə çə­kirdi. Ten­ge­ri yerə yıxılmış atının arxasında uza­­na­raq cilovunu bi­lə­yi­nə sarımışdı. Bir anlığa fikrindən ke­çirt­di: «Xan bü­tün dö­yüşlərdə zəfər çalır, düş­mən­lə­ri diz çök­dü­rür, amma al­lah­­ların göndərdiyi müdhiş çov­­ğunun qar­şı­sın­da aciz­dir. Heç olmazsa, əbədi göy­lə­r­in bizi hansı günaha gö­rə cə­za­lan­dırdığını bilirmi?»

Dolu bir az səngimişdi, boran da yavaşıyırdı. Ten­­geri yə­hə­rə atılıb dağılmış ilxıları bir yerə toplama­ğa başladı. Am­ma az­ğınlaşmış atlar ayğırların dalınca dü­şə­rək ora-bu­ra qa­çır­dı­lar. Heyvanlar ya­nan yurtala­rın üstünə hücum çə­kir, oddan qor­xub geri çəkilir, dü­zən­liyin qaranlığına üz tu­tur­du. «Bircə xa­nın bədov sə­məndini göz­dən itirməyim! İl­xı­nın ən nə­ca­bət­li, ən qız­ğın, ən qiymətli atını!» Tengerinin be­y­nində ancaq bir fikir dolanırdı. Oğlan sakitcə mad­yan­la­rını başına yı­ğıb dü­zən­lik boyu yorğalayan bə­dov ayğırın ar­­xa­sın­ca düşdü. Qə­fil­dən küləyin dalğası qopub Ten­ge­ri­ni ye­nidən otun üstünə çırp­dı. Lakin qorxu onu ayağa qalx­ma­ğa məcbur etdi. Ağ köh­lən gözdən itmişdi.

Tengeri gücü gəldikcə bağırdı: «Bədov köhlən qa­­çıb ge­dir, qa­çıb gedir! Aman, boran, rəhmin gəl­sin!», – deyə oğ­lan yal­varsa da, ruzi­garın mərhəməti yox idi. Əksinə, gənc ço­ba­nın hayqırtılarını elə boğa­zın­daca boğurdu. Ten­ge­ri atını qam­çı­layıb özünü ilxının içinə vurdu: «Xan məni edam etdirəcək!» Hökm­da­rın əmri belə idi ki, bir cins atı­nın əvəzinə üç ço­ban hə­­yatını qurban verməlidir.

Tengeri Ononun sahilinə çatıb sağa-sola burula-bu­­ru­la çay­ yu­xa­­rı qalxdı. Edam qorxusu onu bədov sə­mən­din ar­xa­sın­ca qovur­du. Qəflətən oğlana elə gəldi ki, at arxa­sın­da pey­da oldu. Amma çi­fayda, bu, yalnız üs­tünə bir anlığa ay işığı düş­müş qaya parçası idi. Zül­məti yara-yara ya­ğışın altında itir­diyini axtaran Ten­­gerinin göz­ləri qar­şı­sın­da yalnız bir mən­zə­rə can­la­­nırdı: xan onu yanına ça­ğırt­dı­rır. Səhər açılmışdır. Gü­­nəş şəfəq saçır. Günəş o qədər gö­­zəl­­dir ki, Tengeri əv­vəl­lər bu gözəlliyə fikir vermədiyi üçün özünü dan­la­yır. O bilir ki, bu günəşi sonuncu dəfə gö­rür. Çünki onu xan ça­­ğırt­dırmışdır.

Hökmdar sarayın qarşısındakı ipək döşəyin üs­tün­­də əy­ləş­miş­dir. Qaşqabağı yerlə gedir. Böyür-ba­şın­­da gözləri qurd gö­zünə bən­­zəyən, ildləri3 bərq vu­ran turqaudlar da­yan­mışdır. Sal qaya tə­ki boylu-buxunlu Ten­­geri Çingiz xan­dan hündür olsa da, özünü yur­ta­nın həndəvərində ora-bura vur­nuxan sün­bül­qı­ran kimi hiss edir.

Xan dillənir: «Hanı mənim atlarımın ən nə­ca­bət­li­si, köh­lən sə­­məndim?»

Tengeri bir-birinə pərçimlənmiş dodaqlarını ara­la­ya bil­mir. Hökm­darın artıq bildiyi xəbəri dilinə gətir­mə­yə uta­nır.

«Hanı mənim istəkli atım?»

«Ey xan, madyanlarını başına yığaraq qaçıb gedib. Tu­fan mə­ni ot­ların üstünə çırpmışdı, dolu gözlərimə dol­muş­du. Elə bil göylər qo­­pub üstümüzə düşə­cək­di. Allah­la­rın əbədi lə­nə­ti­nə keçmişdik sanki».

«Mən burda, günəşin altında əyləşmişəm, de­mə­li,­­ al­lah­la­rın nüs­­­rəti mənimlədir. Amma sən sıs­qa­lar­­dan­­ bi­ri­sən. Çayda bi­tən qa­­mış­lardan da zəifsən. Kü­lək­­ onları əyir, sındıra bil­mir». Çingiz fər­raşlara işarə ve­­rib deyir: «Qo­tur qoyun bütün sü­rünü korlayır. Bu­­nun­­la elə qotur qo­yun kimi rəftar edin: bo­ğun onu!»

Hər dəfə sonuncu sözlər Tengerinin beynində il­dı­­­rım ki­mi ça­­xa­n­da, günəş qapqara bir kürə şəklində göy­­­dən qo­pub dü­şür­dü.

Ancaq bu qırmızı nəhəng günəş çayın arxasın­dan boy­la­nıb do­ğanda ona elə gəldi ki, yuxu görür.

Tengeri gecənin necə keçdiyini, tufanın necə yat­dı­ğı­nı gör­mə­miş­di. Qaranəfəs atını sahilə səyirtdi. Bə­dov sə­mən­di ma­d­yanları ilə bir yerdə görəndə göz­lə­ri­nə inan­ma­dı. Sübh ala­toranlığının boz rən­gə boyadığı bə­dov asta-as­ta çaydan su içir­di. Bədəni ilə odlu kü­rə­nin qabağını kəs­miş­di.

Tengeri tələsik öz kəhərinin belindən birbaşa xa­nın cins atı­nın belinə sıçradı. Həm ağlayır, həm gülür­dü. Əlini üzü­nə çə­kərək yağış suyunu, tərlə birlikdə qor­xunu da sı­yı­rıb atdı. Sa­mur dərisindən ti­ki­lmiş pa­pa­ğını başından çə­kib çıxararaq gö­yə tolazladı. Suya dü­­şən papağı dalğalar öz­ləri ilə apardı. Ten­geriyə elə gəl­di ki, öz əlləri ilə ölü­mü­nü qovdu. Çünki fər­raş­lar onu boğmazdan əvvəl, qaydaya gö­­rə, papağını və qur­­­şa­ğını əlindən alacaqdılar.

Tengeri köhləni addım-addım çay yuxarı səyirt­mə­­­­­yə baş­la­dı. Ge­cəki boranın qırıb parçaladığı qa­ra­ğac­ların ara­sı ilə yol ge­dirdi. Kə­hər və madyanlar baş­la­­­rını aşağı salıb onun ar­xa­sın­ca yorğala­yırdılar. Sübh gü­nəşi Ononu al rən­gə boyamışdı. İlk qağayılar çığı­rı­şır, təzə oyanmış durnalar qü­rurla nəm ot­la­rın ara­sın­da ayaqla­rını ata-ata gəzişirdilər.

Bugünkü səhər onun həyatında ən gözəli idi.

Tengeri gülümsünərək səməndin boynunu şap­pıl­dat­dı: «Nə qə­dər gözlərim səni görür, hələ sağam».

Baş köçəbədə artıq onu gözləyirdilər.

Çoban Oşab onu görəndə dilləndi: «Tengeri, ar­tıq sə­nin üçün xey­rat duamızı oxumuşduq. Harada ki il­xı­çı həya­tı­nın bir hey­van qə­dər qiyməti yoxdur, orada il­xıçı öz əcəli ilə ölməz».

Oşabın arvadı Gərel əlavə etdi: «Hiyləgər Çingiz xan öz işi­ni yaxşı bilir. Nahaqdan ən nəcib atını məhz sə­nə tap­şır­ma­yıb ki!»

Tengeri ürəyindən keçirtdi: «Allahlara and olsun, elə xan da mən bilən qədər bilir».

«Gərel, bunu dostumuzun yadına tez-tez salma», – de­yə Oşab qadını danlayıb Tengeriyə bir parça qo­yun əti və ağ­zı­na­can südlə ləbələb piyalə uzatdı. «Ya­ra­nın közünü qo­pa­ran­da heç vaxt sağalmaz».

Tengeri astadan xəbər aldı: «Bəlkə xan o vaxt əda­lət­lə iş gör­­məyib?»

«O-o-o!» Oşab əllərini yuxarı qaldırıb qorxa-qor­xa dö­yük­dü. Bir az aralıda dəmirçi közərmiş ox uc­la­rı­nı döyəc­lə­yir­di. Qı­ğılcım­lar ətrafa sıçrayır, kürə iri ağız­lı bədheybət canlı kimi fı­sıldayırdı. Oşab dəmir­çi­nin onu eşitmə­yə­cə­yi­nə arxayın olan­dan sonra cavab ver­di: «O-o-o, Tengeri, tək­­cə bu sualına gö­rə sən iki də­fə edam oluna bilərdin. Çün­ki xan bəyan edir ki, al­lah­lardan rüsxət al­ma­mış heç bir iş görmür. Deməli, o, al­­lahların adından hərəkət edir. On­lar bu hökmdardan ədalət­siz­lik tələb edə bilərlərmi?» Oşab əl­lə­ri­ni aşağı salıb gü­lüm­sə­di: «Allahların əleyhinə ge­dən xan onla­rın üzünə asi ol­mur­­mu? Yox, yox, Tengeri, al­lahların nüs­rəti bizim xanladır və onun ulusuna yardır. Yal­nız on­ların köməyi ilə cahangir bütün yü­­rüşlərdən mü­zəf­­fər çıxaraq keçə yurtalarda ya­şa­yan tay­fa­lar­dan nə­həng məm­ləkət qurmuşdur».

Gərel piyaləni südlə doldurub dilləndi: «Ağrı-acını unut get­sin».

Oşabla Gərel susub dayanmışdılar. Çünki bilirdi­lər ki, Ten­­geri dər­dini südlə udub ötürə bilməyəcək. Ten­­geri də da­yan­mışdı, uşaq­lıq illərinə qayıtmışdı. Onun atası Qara Co­no (Qa­ra Canavar) xa­nın qo­şu-nun­da Hsi-Hsia məm­lə­kə­tinə qar­şı vuruşurdu. Bu ölkə ba­­rəsində belə söy­lə­yir­di­lər ki, onun daş şəhərləri, qı­zıl sütunlu və qı­zıl günbəzli sa­ray­ları var imiş. An­caq onun atası qəflətən, savaş ba­şa çat­mamış, gecə ikən tək-tənha geri qayıdır. Gizlicə yur­ta­ya girib Altunçiçək ananı və Tengerini yuxudan oyadır. On­lar tələsik lazı­mi əşyaları yı­ğır, yurtanı elə yerində quru­lu qoyaraq at­lanıb şimala sarı üz tu­turlar. Gecəni gündüzə qa­­ta­raq yağışda, günəşdə at belində yol gedirlər. Nəhayət, əl­­dən-dildən düşmüş yolçular dinclə­rini al­maq üçün da­yan­ma­lı olurlar. Bu, üç sidr ağacı bitmiş İr­ma­ğın ba­şın­da vaqe ol­muşdu.

Tengeri astadan Oşabla Gərelə dedi: «Sizə de­yim ki, atam sidr ağaclarını çox sevirdi. O bu ağaclar haq­qında be­lə de­yərdi: «Sidr ağacları quruyub ölmür, keç­mişdən gə­lə­cəyə doğ­ru yol atır. Bu nitq­siz nə­həng­lər zamanın dilsiz şa­hid­lə­ri­dir. Onlara qulaq asıb din­lə­yəndə müdrik­lə­şir­sən. Hə, atam be­lə deyirdi».

Oşabla Gərel məyus halda başlarını tərpətdilər. Qa­­­dın sü­mük kü­rəklə qoyun əti qaynayan qazanı qa­rış­dırdı. Da­ha heç qa­rışdır­maq lazım deyildi, amma o elə hey əlini hər­ləyirdi. Ki­şi də qutularını gözdən ke­çi­rir­­di. Çox yaxşı bi­lirdi ki, onlarda ba­xılası heç nə yox­­dur, çəkmələri təp­tə­zə­dir. Ancaq kişi ilə qa­dın he­ka­­yə­­tin mə­şum sonluğunu bi­lir­dilər. Xanın gön­dər­di­yi on sü­­vari fərariləri haqlamış, Qa­ra Cono ilə Al­tun­çi­çə­yi elə çeş­mə başındaca öldür­müş, Ten­­gerini isə öz­ləri ilə bərabər baş köçəbəyə gətirmişdi.

«Heç kəs mənə deyə bilmədi ki, nəyə görə atam­la anam hə­min ge­cə qaçmışdılar!»

Oşab cidd-cəhdlə ocağı qurdalayırdı: «Mən bu­nun sə­­bə­bi­ni bi­lən­­ləri eşitmək belə istəməzdim. Həm də kim axı qar­şı­sı­na çıxana xəbər verər ki, ordudan qaç­maq is­tə­yir? Lap elə de­sə də, bunun niyə­sini izah edərmi? Xan cid­didir, on min eşi­dən qulağı var, on min gö­rən gözü. De­yir­lər, belə çu­ğul­Lu­ğun müqa­bi­lin­də pis ənam vermir».

Yurtanın yaxınlığında atlar otlayırdı, bədov ara­sın­­da idi. Hökm­­darın çaparları ilxıları birər-birər gə­zə­rək sa­yır­dı­lar. Sə­mən­­din yanında ləngiyib diqqətlə yox­­­ladılar, diş­lə­ri­nə bax­dı­lar, bir ne­çə addım gəz­dir­dilər.

Gərel dilləndi: «Atan hələ üstəlik bir vaxtlar tur­qaud­la­rın bö­­yüyü də olub».

Oşab donquldandı: «Sakit ol, siz arvadların hülqumu yox­dur da, söz saxlamırsınız. Birini tanıyırdım. Bir­cə sözün üs­tün­də bada getdi, bircə. Xanın hü­zu­run­da «bəli» əvə­zi­nə «xeyr» demişdi».

Gərel dərhal sümük kürəyi qapıb qazanı qarış­dır­ma­­ğa baş­ladı. Oşab ayağa qalxaraq atlara tərəf yü­yürdü.

Atasının haçansa hətta cangüdənlərin üstündə dəs­­tə­ba­şı ol­ma­sından Tengerinin xəbəri var idi. Bunu da eşit­miş­di ki, Qa­ra Cono sonra­dan o vəzifədən uzaq­­­­laş­dı­rı­lıb­mış. Yalnız bu kə­narlaşdırma­nın sə­bə­bi­ni­ bilmirdi. Ürə­yin­dən keçirtdi: «Bü­tün bunların haq­qın­­da fikirləşməyim bə­do­vun ucbatındandır». Ten­­ge­ri qan­rılıb xanın sevimli atına bax­dı. Bir atlı ya­xın­la­şa­raq Oşa­bın önündə atının ba­şını çək­di, onlarla nəsə da­nış­dı. Bir qədər keçmiş Oşab əlini uza­­daraq Ten­ge­ri­ni ni­şan verdi.

Tengeri dilləndi: «Məni istəyirlər. Əsilzadə geyi­min­­dən bi­li­nir ki, xanın göndərdiyi çapardır».

Qorxmuş Gərel ayağa sıçradı: «Səni? Bəlkə mə­ni? Ay aman, in­dicə nələr danışdım? Yəqin dəmir­çi­nin qulağı nə­sə alıb və…»

«Eh, ay Gərel, çapar gülümsəyir!»

Qadın daha da təşvişə düşdü: «Gülümsəyir, gülüm­­­sə­yir… Gə­­tir­­diyi pis xəbərini üzünə yapış­dı­racaq?»

Süvari yaxınlaşaraq elə atın belindəcə xəbər aldı: «Ten­­­ge­ri Siz­sinizmi?»

«Elədir, cənab!»

«Qara Cono adlı birisinin ögey oğlu?»

«Bəli, cənab».

Çaparın atı altında oynaqlayırdı. «Həşəmətli xan Si­­zi ça­ğırt­­dı­rır!» Şallaq göydə vıyıldadı, qəmər at ye­rin­­dən sıç­ra­ya­raq süvarisi ilə birlikdə alaçıqların ara­sın­da gözdən itdi.

Tengeri yalnız indi gördü ki, yurtanın qarşısında tək­cə da­ya­­nıb. Gərel, yəqin ki, qorxudan qaçıb get­miş­­­di. Oşab bir xey­li aralıda geriyə baxmadan da­ğıl­mış­ bir çə­pə­rin üstündə əl­ləşirdi. Tengeri fik­rindən keçirt­di: «Xanın köl­gə­si bu Adam­la­rın üstündən ke­çən­­də on­­lar necə də cı­lız­la­şır­lar. Keçən ge­cə, qaçıb get­miş köh­­lə­nin dalın­ca düşəndə mən də belə cı­lız­laş­­mış­dım. İri bir yurtanın bö­yür-ba­şın­da fır­lanan sün­bül­qı­ran ki­mi».

Aramla yəhərə minib güldü. Hə, üzün gülsün, Ten­­­ge­ri, nə boy­­dasansa, elə öz boy-buxununda da qal. Ürəyin tə­miz, pis niy­yətin yox. Güclüsən, yıxı­lan­da­ yerdə bələşib qa­lanlardan de­yilsən.

«Ey, dəmirçi! Oxların ucluqlarını daha becid dö­yəc­lə­yə­sən gə­rək! Xanın düşmənlərinin sayı oxların­dan çox­dur».

«Deyəsən, xandan xoş xəbər gətiriblər?»

«Haradan bilirsiniz?»

«Mənimlə zarafatlaşırsınız axı…»

«Zarafat? Qoy bir ox artıq olsun. Azdansa çox yax­­şı­dır. Bu­na za­rafat deyirsiniz?»

«Yox, yox», – deyə qışqıran dəmirçi adamlarını tə­ləs­dir­di.

Dəmirçixanadakılar özlərinə əl qatdılar. Körüyü elə­ tez-tez bas­dılar ki, o, istinin cırhacırında susamış, di­­­­li ağ­zın­dan bir qa­rış çı­xıb ləhləyən köpəyə bənzədi.

Dəmirçini qorxutmaqdan həzz alan Tengeri atını kö­­­çə­bə­nin en­li yolu ilə səyirdirdi. Asta-asta gedən Ten­­ge­ri­nin üzü gü­lürdü. Heç xan çağırtdıran adama ox­­şamırdı. Yol­da ür­ca­hı­na ağır yük al­tın­da ləngər vu­ran dəvələr, əli cür­dəkli qadınlar, su çəlləkləri ilə do­lu, güc­lü kəllərin çəkib apar­dığı arabalar çı­xır­dı. Adda-bud­da qo­yun, keçi, it toz-tor­pağın içində uzan­mış­dı, bə­ziləri özlərini yurtaların köl­gə­lərinə vermişdi. Kö­çə­bə yo­lu­nun kənarında bir kor qo­ca is­ti daşa söy­kə­nərək oturmuşdu. Ölü­yə oxşayırdı. Əyin-ba­şı­­nın cır-cındı­rını külək oynadırdı. Ar­xa­sındakı uşaqlar aşıq-aşıq şaq­­­qıldadırdılar.

Tengeri xəbər aldı: «Gözünüzün nurunu harada itir­mi­si­niz, qoca?» Kişi başını bir az qaldırdı: «Mer­kit­lər­lə vu­ruş­mA­da, yuxarıda, Kilxo çayının sahilində».

Tengerinin təbəssümü söndü: «Heç nə gör­mə­mək çox pis­dir». «Pis? Bu yaxşıdır, çox yaxşıdır. O vaxtdan bə­ri bax­ma­ğa məcbur ol­duğum heç nəyi gör­mü­rəm. Pisi an­caq odur ki, allahlar məni öz yan­larına çə­kib aparmaq üçün çox göz­lə­dir­lər».

«Xan da sizi unudub?»

Kor qoca diksinib titrədi: «Belə sözlər danışmağa cə­­sa­rə­tin var­sa, kimsən axı?»

«Mən o vaxtlar yaşamış Qara Cononun oğ­luyam».

«Qara Cono dedin?»

«Bəli».

Kor qoca böyrü üstə yıxıldı, tozun içində sürünə-sü­rü­nə uşaq­­la­ra tərəf qışqırdı: «Xain balası, istəyirsən sə­nin uc­­ba­tın­dan güdaza gedim, xanın fərraşları mə­nim əhədimi kəs­sinlər? Bur­da qayğısız quş kimi cik­kil­­dəyirsən, amma uça bilmirsən. Yox, yox, yaxşısı bu­­­­dur, gözləyim görüm, al­lahlar haçan özləri apa­rarlar mə­­ni». Uşaq­lar qocanı qal­dı­­rıb yurtasına apardılar.

Tengeri fikirləşdi: «Bir ayağı gordadır, amma ye­nə də ölüm qor­xusu onu qaçmağa məcbur eləyir. Ata­mı da ta­nı­yır­mış. Belə ağ­ciyər olmasaydı, bəlkə elə atam­dan mə­nə nə­sə da­nışa bilərdi».

Bu əsnada Tengeri köçəbənin mərkəzinə açılan baş dar­va­zaya çat­dı. Bu andan etibarən onu iki nəfər təm­kinli, qa­Ra­qa­baq fərraş müşayiət etməyə başladı. Sa­­ray-yurta gö­rü­nən­də onlar Tengerini özgə bir cüt ağır, qaradinməz tur­qauda təh­vil verdilər. Ancaq bun­lar da Tengerini bir­başa cahangirin ya­nına ötür­mə­di­lər. Kiçik bir yurtanın önündə onları mavi ça­pa­n­­­lı nö­kər qarşıladı:

«Atdan düşün!»

Başqa bir nökər atın başından çəkərək apardı.

Nökər sual verdi: «Üst-başınızda xəncər, sancaq, bu­­na bən­zər əşyalar gizlətmisiniz?»

«Xeyr».

«Onda içəri keçib soyunun ki, dediklərinizi yox­la­yım».

«O-o-o, mənə inanmırsız?»

«Mən xanın əmrini yerinə yetirirəm».

«Mənə qarşı bu inamsızlıq ögey atamın…»

«Xan əmri inanıb-inanmamağa görə yox, təhlü­­­­­­­­­­­­­­­­­­­­­­­­­­kə­siz­­li­yə ria­yət et­məkdən ötrü verir».

«Bu hamıya şamil edilir?»

«Çoxlarına».

«Deməli, o, çoxlarına etibar etmir».

Nökər məzəmmətlə Tengeriyə baxıb sakit-sakit dil­­­lən­di: «Əgər qarşısındakı min toyuq yumurtasından üç də­nə lax çıx­mı­şını tapma­lısansa, neçəsini yox­la­ma­­lısan?»

«Təbii ki, hamısını», – fikirləşən Tengeri susaraq gü­­lüm­sə­di, tabe olub soyunmağa başladı.

Nökər dilləndi: «Susmağınıza görə minnətdaram. Çün­­­­ki sü­ku­tu­nuzla nitqinizdən daha çox şeylər bil­di­rir­si­­niz». Ehmal hə­rəkət­lər­lə paltarları aldı. Öyrəncəli bar­­­­­­­maq­la­rı tikişlər boyu sür­tündü, büküş yerlərindən sü­­rüşdü, cib­lər­də yox oldu.

«Mən tapmadığımı yalnız allahlar görür. Geyinə bi­­lər­si­niz».

«Balıq kimi sürüşkəndir», – deyə fikrindən ke­çi­rən Ten­ge­ri yur­tadan çıxdı.

Başqa bir nökər «Gəlin» deyərək onu xanın sa­ray-ça­dı­rı­na ötürdü. Həqiqətən də hər şey Tengerinin ötən gecə göz önü­nə gətir­di­yi kimi idi. Çingiz sarayın qar­şısında, ipək döşə­yin üstündə əyləş­miş­di. Düzdür, qa­ragöz, si­yir­mə ildləri parıl­da­yan turqaudlar onun lap bö­yür-başında da­yanmamışdılar, bir az kənarda idilər.

Hökmdarın arvadı Borte yanında əyləşərək ikiəlli ona qı­mız dolu iri, qızıl piyalə uzadırdı. Xan piyaləni alıb hövl­nak ba­şına çək­di. Hərisliklə, acgözlüklə. Ge­niş alnındakı tər dam­la­ları gün işığın­da bərq vururdu. Fı­­sıldaya-fısıldaya pi­yaləni aşa­ğı endirdi, səma rəngli ça­­panının qolu ilə mad­yan sü­dü­nün köpüyünü kürən saq­qa­lın­dan sildi. Bu an Ten­gerini gör­dü: «Aha, az qala haqqında unut­duğum bən­də burada imiş». Bo­­şal­mış piyaləni arvadı o, Borteyə qay­tar­dı.

«Məni çağırtdırmışdınız, xan sağ olsun!»

«Elə durmadan da dərhal gəldiniz».

«Xan çağırtdıranda belə etmək lazım deyil?»

«Hər halda iki dəfədən artıq çağırtdıqlarım artıq hə­­­yat­da de­yil. Yalnız bir dəfə bu qanunu pozmuşam. Bu ada­ma rəhm et­diyimə görə allahlar məni cəza­lan­dır­­dılar. Onlar bu adamı yol­dan çıxarıb mənim or­dum­dan fərariliyə sü­rük­lə­dilər. Bu­nun­la belə, o, ən yaxın dos­tum idi. Ca­van­lı­ğı­mız­da, hələ doq­quz atdan, altı qo­yundan, qəm­gin ana­mız­dan başqa heç nə­yi­miz ol­mayanda qiymətli behbud­ları­mızı də­yişdirmişdik. And iç­­mişdik ki, ikimizdən biri o birinə na­xə­ləf çıxsa, hə­min adam elə yoldaşı tərəfindən öl­dü­rü­lə­cək­dir».

«Xan sağ olsun, atam barəsində danışırsınız?»

Çingiz ayağa qalxaraq Tengeriyə tərəf bir neçə ad­­dım at­dı: «Sən ona görə sağ qalıb yaşayırsan ki, da­­mar­la­rın­da ata­nın qanı axmır. Bu adam səni yuxarı Onon çayı üzə­rindəki dö­yüşdən sonra tapıb yurtasına gə­­tirmişdi. Va­li­deynlərini itir­mişdin, ölənlərin və can ve­­rənlərin arasında qal­mışdın. Da­mar­larında axan qan atanın qanından ol­say­dı, əbədi mavi asi­ma­nın qa­­­nununa və qüdrətinə görə, onun­la və ana ad­lan­dır­dı­­ğın o qadınla bir yerdə öl­mə­liy­din». Xan arvadı ilə nə­­­sə pıçıl­daş­dı. Borte ayağa qalxaraq sa­ray-alaçıqda gö­­rünməz oldu.

Hökmdarın arxa tərəfində sərkərdələr şərab tək­nə­si­nin ət­ra­fın­da çöməlib dövrə vurmuşdular. Cuci on­la­rın ara­sın­dan qış­qırdı: «Atam sağ olsun, nəyə görə siz özündən son­ra qara lə­kədən savayı heç nə qoy­ma­­yan birisi barədə da­nışırsınız? O ləkəni də yağış su­­yu artıq yuyub aparıb».

Xan yenə ipək döşəyin üstünə çöküb əyləşdi.

Tengeri ağzını açıb nəsə demək istədi.

Hökmdar tələb etdi: «Danışın! Açıq sözü xoş­la­yı­ram. Yal­nız eşidib görmədiklərim mənimçün təhlükə tö­­­­rədə bi­lər».

Tengeri ucadan dilləndi: «Ögey atamla anam mə­­­nə qar­şı yax­şı olublar. Çörək verib yedizdiriblər, xan sağ ol­sun!»

Hökmdarın cavabı yumşaq oldu: «Əcəba, sa­rı­qu­laq çaq­qal öz balalarını yemləmir? Bəsləyib böyüdür ki, qüv­və­tə-tə­pə­rə gəlsinlər və onunla bir yerdə çap­qın­çılığa get­sin­lər».

Tengeri ildırım sürəti ilə götür-qoy etdi: «Xan sağ ol­­­sun, sa­rı­qulaq çaqqal qanı qanından olmayanı sax­la­­yıb bəs­­lə­yər­mi?»

Cuci səsləndi: «O-o-o, atam sağ olsun, bunun əlin­dən ağıl­lı da­nışmaq da gəlirmiş. Zığı-çirkabı qoyun qal­­sın, onu ça­ğırt­­dırma­ğı­mızın səbəbini söyləyin. Oğ­la­­nın sevin­mə­yə haqqı ça­tır».

Sərkərdə əlində şərab dolu badə ayağa qalxıb Ten­­ge­riyə ya­xın­laşdı: «İçin! Atamın sözlərinin qaba­ğı­na ondan da kə­sər­li söz gəti­rəndə könlümə yatır!»

Tengeri qaydaya müvafiq təzim edib dilləndi: «Əda­lət­iniz şə­rə­finə içirəm!»

Xan sözünə başladı: «Çağırtdırmışdım ki, sənə söy­lə­yim. Çox illər bundan əvvəl əmr vermişdim ki, mə­nim se­vim­li köh­lə­nimi sən ota­ran ilxıya qatsınlar. Bu fəndim mə­nim sualıma ca­vab vermə­li idi. Haçansa bir xainin pi­ya­lə­sin­dən dadmış adam nə yuvanın qu­şu­dur? Bəlkə üzü­dö­nü­yün çörəyini ye­yən­də onun fi­kir-niyyətini də əxz edib? İşi­mi ehtiyatlı tutum, yox­sa yox? Bəlkə satqın ona su içir­dən­də qəlbinə zəhər də da­­mızdırıb? İndi mən bilirəm, sən sə­mənd ayğırı özü­mü qo­ru­yan kimi qorumusan. Ata sadiq qa­lan ki­mi, mənə də etibarlı çıx­dın. Minlərlə gecə atla bir­gə şax­ta­da don­muş, ayazda tit­rə­misən. Düşmənlərimi mən­dən uzaq saxla­dığınız kimi, hiy­lə­gər canavarı da bə­do­­vum­­­­dan kənara qovmusan. Ötən gecə qar­lı boran üs­tü­­mü­zü haqlayıb hamımızı yerə çırpanda sə­mən­­di ta­pa­­na­dək at çapmısan. Deməli, sən cəsur və inad­kar­san».

Xan Cucini çağırıb badəni yenidən şərabla dol­dur­ma­ğı tə­ləb etdi.

Tengeri ürəyindən keçirtdi: «Məni cəsur adlan­dır­dı. Am­ma mə­ni mətin olmağa məcbur edən yalnız qor­xu idi. Də­mir­çi­ni özünə hə­şir qatmağa, kor qocanı to­zun içinə qı­sıl­mağa va­dar edən qorxu».

Cuci gülər üzlə şərab gətirdi.

Hökmdar sözə başladı: «Ordularıma başçılıq et­mə­yə müd­rikləri təyin edirəm. Rəşidləri döyüşçü qo­yu­­ram, hiy­lə­gər və fəndgirlərə yük­ləri tapşırıram. Qan­maz­lar elə çoban ba­ba qa­lır. Sən, Tengeri, illər­dən ke­çə­rək igidləşmisən, ye­niyetmə oğ­landan gəncə çevril­mi­­sən. Səni döyüşçü tə­yin edirəm. Ge­din bir onluğa da­xil olun».

«Təşəkkür edirəm, xan sağ olsun!»

Çingiz nökərə işarə etdi, o da başı ilə başqasını ça­ğır­dı. Or­talığa əla bir at çəkib gətirdilər.

Cuci dilləndi: «Mürəxxəs ola bilərsən!»

Tengeri bir anlığa tərəddüd edib qorxmuş halda dil­lən­di: «Bu mə­nim atım deyil. Yox, o mənə məxsus de­yil, atı­mı də­yi­şik sa­lıblar».

Cuci cavab verdi: «Bu, xanın bəxşişidir. Çox təəc­cüb­lən­m­iş gö­rü­nürsən. İllər boyu göstərdiyin sə­da­qətə gö­rə bu Əna­mı layiqincə qa­zanmamısanmı?»

Tengeri yan-yörəsinə baxdı. Amma hökmdar ar­tıq çoxdan çı­xıb getmişdi. İpək döşəyin üstündə indicə otur­du­ğu yerə isə ar­tıq kölgə düşürdü. Tengeri dil­lən­di: «Bura gələndə ürcahıma çı­xan bir kor ilə danış­mış­dım. Kədərli idi, bir isti daşa ölü kimi söy­kənmişdi. O söy­lədi ki, gö­zü­nün nurunu Kilxo çayının üzə­rin­dəki dö­yüşdə itirib. Onun xid­mətinin müqabilində mənim elə­diklərim mükafatlan­dırıl­ma­­ğım üçün çox azdır. Mə­nə elə gə­lir ki, xan gərək ona peş­kəş verəydi».

Cuci cavab verdi: «Bu, ölülərə qarşı ədalətsizlik ola­r­dı. Min­lərlə döyüşçü xan uğrunda həyatını qurban ve­rib. Xan on­la­rın hamısına ərməğan paylaya bilərdi? Həm də ki, ço­ban da­ha çapa bilməyən üçayaqlı ata qul­luq eləyərmi? Ha­çansa onu belində gəzdirdiyinə gö­rə çoban bu atı yem­lə­məlidir, yox­sa hal-hazırda mi­nib səyirt­diyini?»

Cuci son sözlərini gedə-gedə ucadan söylədi və bir da­ha çev­rilib geri baxmadı. Tengeri ata minib mey­­­danı tərk etdi. Ma­vi çapanlı nökər bayaq oğlanın so­­­yunmağa məc­bur olduğu yur­tanın önündə dayan­mış­­­­dı: «Görürəm hə­şəmətli xan ərmə­ğan edib».

Tengerinin üzü güldü: «Elədir, göstərdiyim xid­mət­­­lə­rin mü­qa­bilində».

Tengerinin «xidmətlər» sözündən tutulub alınmış nö­kər ca­vab verdi: «Bu yaxınlarda mənə də xid­mət­lə­ri­mə gö­rə töhfə ve­rib. Ayın bədirlənməsi bayramında yağ­lı bir keçi ba­ğ­ış­la­mış­dı ki, bayra­mı­mızı qeyd edək».­­

Tengerinin dili dinc dayanmadı: «Keçi? Çox qə­ri­bə­dir, bə­do­vu otardığıma görə mənə əntiqə bir at ba­ğış­ladı. Si­zə isə çe­vik bar­maq­larınızla yad adamların pal-pal­ta­rın­da eşələn­mək­lə xanın qızıl­dan qiymətli hə­ya­tını qo­ru­ma­ğı­nız mü­qa­bi­lin­də yağlı bir keçi verir».

Nökər özünü təmizə çıxarmağa çalışdı: «Xan nə edir­sə, nə iş görürsə, əməllərinin hamısı ədalət mü­cəs­sə­mə­si­dir».

Tengeri istehza ilə cavab qaytardı: «Şübhəsiz, söh­bə­ti yox». Sö­zünü deyib atını darvazaya tərəf səyirtdi.

Köçəbə yolu boyu nəcabətli atının belində yor­ğa­la­dı, öz kə­həri də yedəyində çapırdı. Kor qocanın otur­du­ğu da­şa ça­tan­da atdan siyirilib qocanın yurtasına tə­rəf yollandı: «Ey, yat­mı­sınız, yoxsa sözlərimin qorxu­sun­dan hələ sü­rü­nür­sünüz?»

«Yenə sənsən?»

«Elədir, xanın hüzuruna bir atla getdim, ikisi ilə qa­yıt­dım».

«Yalandır! Çərənçiliyinlə başımı cəncələ salmaq is­tə­yir­sən!» – deyə qoca qorxa-qorxa pıçıldadı.

«Əksinə, atacan, öz kəhərimi sənə verirəm. Bir ne­çə qo­yu­na də­yişdir, bir il dərd-sər çəkmədən başını do­lan­dır».

Qoca yurtadan sürünüb çıxdı: «Deməli, xan məni unut­­mA­yıb! Mənə bir at göndərib! Onunla mənim ba­rəm­də da­nış­mı­san, düzdür, qardaşım?»

«Yox, mən sənə öz atımı bağışlayıram! Xan mə­nə on­dan da yax­şısını verib. Sənin barəndə hökm­dar­la yox, onun oğlu Cu­ci ilə kəl­mə kəsdim, başına gə­lən­­ləri söy­lə­dim».

«Cuci nə cavab verdi?»

«Çoban daha çapa bilməyən üçayaqlı ata qulluq elə­yir­mi? Ha­­çan­sa onu gəzdirdiyinə görə çoban bu atı ye­m­lə­mə­lidir, yox­sa hal-hazırda belinə minib sə­yirt­diyini?»

Kor kişi cavab vermədən qaranlığa çəkildi: «Hələ Ye­su­ge­yin qul­luğunda olarkən atam mənə tez-tez o vaxtlar qo­calara qo­yulan hörmət, adət-ənənələrə necə ria­yət olun­ma­sı barədə söy­ləyirdi. Ye­su­geyin oğlu Çin­­­giz isə əski əy­yam­ların qa­nu­nu­nu unudub, özün­dən­ yenilərini toq­quş­du­rub çıxarıb».

Tengeri xəbər aldı: «Mənə heç nə danışmaq is­tə­mir­sən? Ata­mı tanıyırdın?»

«Ata görə minnətdaram. Onun müqabilində da­nış­ma­ğı­mı is­tə­yirsənsə, onda bəxşişini geri götürə bi­lərsən».

Bu əsnada günəş tülu etmişdi. Onon çayının önünə xə­fif du­man zolağı çökmüşdü. Arasından isə sahilin hün­dür ağac­la­rı boylanırdı. Qoyun-quzu ala­çıq­la­rın ya­nında sıx topa­laş­mış­dı. Qara qoyun it­ləri sü­rü­lə­rin ba­şına hər­lə­nir­di.

Oşabla Gərel ocağın qarşısında oturmuşdular. Ten­­ge­rini qə­­şəng bir atın belində qayıdıb gələn gö­rən­­də Gərel qış­qırdı: «Da­ha qorx­mayaq ki?»

«Bəxşeyişə görə deyirsiniz?»

«Qiymətli atdır», – deyə Oşab heyvanı hərtərəfli əl­lə­yib bax­dı, diş­lərini yoxladı, üzü gülə-gülə atın quy­ru­ğunu tumarladı.

«Keç yurtaya, bizimlə loxma kəs».

Tengeri zarafatla dilləndi: «O biri çapar gələndə ye­nə qa­çıb ge­dəsiniz?»

«Biri də gəlir?» Gərel qapının ağzını kəsdi. Sanki Ten­­ge­ri­ni da­ha içəri buraxmaq istəmirdi.

«Haradan bilim? Kim bilir, bu gələn axırıncıdırmı? Peş­­kəş ve­rən bir gün geri də alar».

Bellərini əyib bir-birinin dalınca yurtaya girdilər. Ten­ge­rini hər sözünə diqqətlə qulaq asdılar. Tengeri ha­mısını mü­fəssəl söy­lədi, kor qoca ilə görüşünü də, nö­kərlə söh­bə­ti­ni də.

Gərel maraqlandı: «Deməli, əsil xan şərabından dad­mı­san?»

«Elədir. Cucinin başına yığışmış sərkərdələrin qar­şı­sın­da bir do­lu təknə idi».

Oşab danışdı ki, bu şərab madyan südündən dad­­­lıdır və ada­mın kefini duruldur. Hər halda nökərlər be­­­l­­ə söy­lə­yir­dilər. Ten­geri ca­va­bında dilləndi: «Onon ça­­­­­­yının suyuna ox­şayır. Am­ma dadı onun təmini ver­­­mir».

Oşabla Gərel gülüşdülər. Qadın dilləndi: «Yox əşi, biz öy­rəş­mə­mişik, ona görə. O çinli tacirlərin həmi­şə pay­la­dıqları şir­niyyat kimidir də… Birinci dəfə şir­nini ağzıma atan­da hə­mən tüpürdüm. O qədər çimçişdim ki… Amma in­di? Bir ipək tor­ba olsaydı, sümü­rər­dim!»

Qəflətən yurtanın qapısı açıldı. Açılmış yarıqdan də­mir­çi­nin başı zühur oldu: «Cavan oğlan, gördüm ali­cə­nab bir atın be­lində ge­ri qayıtmısan və mən…»

«Dəmirçi, bizimlə əyləşin».

«Həvəslə, həvəslə, Oşab. Cavan oğlan hökm­da­rın sa­ra­yı­na ge­di­şindən danışır?»

Tengeri başını tərpədərək fikirləşdi ki, onu bu­ra­ya qo­vub gə­ti­rən qorxudur. Dilləndi: «Yəqin ki, dü­nən­kin­­­dən da­ha çox uc­luq döy­müsünüz, elədir?»

«Çox, lap çox». Dəmirçi cavab verib öz körüyü ki­mi töv­şü­dü: «Bəlkə hökmdar mənim barəmdə so­ruşub?»

Tengeri yalan danışdı: «Bəli, elə-belə sözarası so­­­ruş­du. Mən də çatdırdım ki, çox çalışqansınız».

«Çox sağ ol, allahlar sənə yar olsun!»

Gərel xəbər aldı: «Gedirsiniz?»

«Arvadım gözləyir, xoş xəbəri ona yetirim, se­vin­di­rim. Ge­cəni rahat yatarıq». Dəmirçi beli bükülmüş halda eşi­yə çıx­dı. Qapıdan ay işığı süzüldü, içə­ri­də­ki­lə­rin si­ma­la­rını solğun rən­gə boyadı.

Kiməsə ürək-dirək verib sakitləşdirmək onun ca­nı­na qor­xu salıb dəhşətə gətirmək qədər asandır. Ten­ge­ri be­lə­cə fi­Kir­lə­şə-fikir­ləşə bir az keçmiş yurtadan çıx­dı. Otlar ar­tıq nəm­lən­miş, axşam sərini düşmüşdü. Ço­banlar dərilərə bü­rünərək sü­rü­lərin yanında otur­muş­dular. İllərdən bəri bu, Ten­gerinin ilk ge­cəsi idi ki, hey­van­larla bərabər çöldə-ba­yır­da keçirmirdi.

Ayın kölgəsindən bir kişi çıxıb onun üstünə gəldi: «Qorx­ma, bilir­dim ki, burdan keçəcəksən, ona görə də sə­ni göz­lə­yir­dim».

«Dəmirçi? Sizsiniz?»

«Elədir, utandım ilk dəfə soruşmağa. İstəmirəm öz­­gə­lər elə fi­kir­ləşsinlər ki, sənə inanmıram. Ancaq dü­­­zünü de­yin – hə­qiqətən xa­na çalışqanlığım barədə xə­­­bər ver­mi­sən?»

«Həqiqətən!»

«Elə bilirdim, sənin kimi gənc oğlan qoca ilə za­ra­fat edir».

Qoca çıxıb gedəndə Tengeri düşündü ki, yalanı ona zə­rər ver­­mədi, əksinə, rahatlıq və xoşbəxtlik gə­tir­di. Də­mir­çi heç vaxt bil­mə­yəcək ki, ona yalan danış­mı­şam. Baş kö­çəbədə o qə­dər dəmirçi var ki, xan heç on­lara fikir ver­mir.

SƏMA OĞLU

Onon çayının sahilində hündür bir qaya var idi. Baş kö­çə­bədən ora yarım gün at çapmaq lazım gə­lir­di. Qaya ça­yın bu­rulan yerinə qədər uzanıb çölə maili ya­macla enir­di. Orada, göy­lərə yalnız özləri hakim kə­si­lən qartallar şiş zir­vələrin ba­şı­na dövrə vururdu, nə­həng qara damlalar ki­mi yuvalarına dü­şür­dülər.

Çaparlar Çin məmləkətindən çox vacib ismarış gə­ti­rən nü­ma­yəndə heyətinin yolda olması barədə xə­bə­ri çat­dı­randa Çin­giz xan bu əcaib daş divarı xa­tır­la­dı.­ O, sə­nət­kar­lara uzun hü­cum nərdi­van­ları dü­zəlt­mək əmrini verdi. Əmr yerinə ye­ti­ri­lən­dən sonra min­lik­­lər günlər uzunu qa­ya­ya tərəf çapıb geri qa­yıtmağa baş­ladılar.

Tezliklə ilxıçılıqdan döyüşçüyə qədər yüksəlmiş Ten­ge­ri­nin də Onona çapmaq növbəsi çatdı. Nə qüs­sə­li idi, nə se­vin­cək. Daha çox maraq onu üstələyirdi ki, əcəba, on­lu­ğun sı­Ra­la­rındakı həyat xoşuna gə­lə­cək­mi?

Bəziləri altındakı qiymətli atına görə ona sataşır­dı­lar: «On­­­luq­da qulluq eləməyinə eləyir, amma onun qə­məri qa­lan di­gər doqquz atdan bahalıdır».

Onbaşı Bat isə əksinə, öz manqasına ikitirəlik düşməməyinə çox fikir verirdi. Mehribancasına de­yir­di: «Xana qul­luq edib – müka­fat­landırılıb. Yaxşı xid­mət göstərib ki, əna­mı da yax­şı olub. Sizin əli­nizdən kim tutub?»

Onbaşı Tengeriyə yaxınlaşıb fikirli-fikirli soruş­du: «Yax­şı, adın nə oldu?»

«Tengeri!»

«Tengeri! – deyə Bat təkrar etdi. – Sən mənə ta­nış gə­lir­sən. Bir az gözlə, qoca Bat yadına salar indi, – Bat mı­zıl­dan­dı: – Atı gerçək­dən xanın özündən hə­diy­yə al­mı­san?»

«Əlbəttə, Bat!»

«Yaxşı, əgər həqiqətən xandan almısansa, fi­kir­ləş­di­yim adam deyilsən. Xan ona at-zad verməzdi».

«Bat, mənim adıma az-az rast gəlinir».

«Elə ona görə də yadıma düşdü».

«Nə?»

«Heç nə, heç nə. Adamın yadına xatirələr düşər, de­yil­mi?» On­başı üzünü o yana çevirdi.

Çayın qərb sahilini gur tikanlı kol-kos basmışdı. At­dan dü­şüb əmrə müvafiq olaraq çayı keçdilər. Çay bu­rada enə ver­miş­di, amma dayaz idi. Döyüşçülər hü­cum nər­di­va­nını qa­ya­ya söykəyərək dır­maş­mağa baş­la­dılar. So­nun­cu pillədən bir­ba­şa şiş uclu daş-kəsəyin üs­tünə atılıb nərə çə­kə-çəkə zir­və­lər­də olmayan xəyali düş­mənin üzərinə hü­cu­ma keçdilər. Yal­nız ürküdülmüş qartallar qanadlarını ge­niş açaraq bo­yun­la­rı­nı uza­­­dıb qeyzlə havaya qalxırdılar. Xa­nın dö­yüş­çü­lə­ri­nin­ başı üzə­rində dövrə vurur, qəflətən daş kimi aşağı dü­­­şür, geri çə­ki­lib yenidən hücuma ke­çir­di­lər. Quşlara ox­­­la yaxın­laş­maq çox çətin idi. Hələ nər­di­van­la dır­ma­şar­­kən qartalların hü­cu­mu­na məruz qalmış dö­yüş­çü­lər üçün lap çətin idi. Hərdən dö­yüş­­çülərdən kimsə qış­qı­­ra-qışqıra qayadan uçub çaya düşür­dü. Ono­nun suları isə sakit-sakit axıb gedirdi. Ölülərin üs­tün­dən. Göz­ləri oyul­­­muş ölülərin üstündən. Bütün bunların ha­mı­sı xa­nın bir oyu­nu idi. Yalnız ölülər gerçəkdən idi. Qartallar da möv­cud idi, aşağıdakı çay da əski əyyamlardakı ki­mi uzun sal di­­va­rın yanından axıb gedirdi.

Bat güldü. Onbaşı Batın gülüşü yuxarıdan, qa­ya­nın zir­və­si­nin arxasından gəlirdi: «Uçan çinlilər! Xan gö­zəl oyun ta­pıb!»

Tengeri soruşdu: «Çinli?»

Bat bir daşın üstünə qalxaraq üzünü doqquz dö­yüş­çü­sünə tut­­du: «Monqolların məmləkəti ilə Çin məm­­­­ləkəti ara­sında hün­dür bir daş sədd ucalır. Onu çin­lilər müdafiə məq­sədilə tik­mişlər. İş çinli­lərlə mü­ha­­­ribəyə gəlib çatsa, bu divarı aşmalı ola­cağıq. Ha­zır­lı­q­lı olmaq üçün xan bizi bu­rada divar savaşı üsu­lu ilə tə­lim etdirir. Düşmən rolunda isə bizim üçün uçan çin­­li­lər, yəni qartallar xidmət edir. Çün­ki orada bircə şe­yin bö­yük əhəmiyyəti olacaq. Yalnız son pilləyə çatan dö­yüşçü di­va­rın üstündə və arxasında düş­mənlə vu­ruş­­mağa qadir olacaq».

Bat daşın üstündən düşüb əsgərlərinə Ononun o ta­yı­na keç­mək əmrini verdi. Qalan doxsan doqquz on­luq da qa­yıdıb min­başının əmrini gözləməyə başladı. Min­başı əmr verdi, tə­bil­lərin gurultusu eşi­dildi. Dö­yüş­çü­lər yenə ça­yı keçib nər­di­van­lara dırmaşdılar, qə­zəb­li qartallarla vuruş­ma­ğa başladılar. Bu dəfə zirvəyə da­­ha sürətlə çatdılar.

Bat Tengerini göstərdi: «Bir baxın ona! İçimizdə ən ca­va­nı­dır, sıra­larımıza axırıncı qəbul olunub, so­nun­­­cu pil­lə­yə birin­ci çatır. Ara­­mızda ən zirək oğ­lan­dır!»

Bu tərifdən tutulub utanmış Tengeri dilləndi: «Qor­xu mə­nə qol-qanad verib».

Bat hədə ilə ona baxdı: «Qorxu? Canavarın üs­tü­nə həm­lə edən­­də onu qorxudan vurursan, yoxsa özü­nü əl-ayaq­dan da­ha iti hesab edib qorxudan dabanına tü­­­pü­rür­sən?»

«Mən ilxıçı olmuşam, əziz Bat! Heç qurddan qor­xub qa­çan ilxıçı haqqında eşitmisən? Lakin hücum nər­­divan­la­rı ay­rı­dır. Lap­dan yadıma tanış bir kor kişi düş­­dü. Aşağıda, çay­da üzən, gözləri ovulmuş əsgərlər haq­qında fikirləşdim. Onun sə­­bəbinə aranızda ən sü­rət­lisi mən çıxdım!»

Bat yenə güldü: «Yaxşı, Tengeri, çox yaxşı. Bu cür qor­xu çox faydalıdır, xana xidmət edir. Lakin baş­qa cürə də qorxu var. Ada­mı nərdivana dırmaşmaqda da­la qoyan qor­xu. Bu, ölüm­cüldür!»

«Mən ağciyər deyiləm, Bat! Hərdən qorxu mənə əzab ver­sə də, xanın qulluğundayam».

Döyüşçülər dəfələrlə o taya keçib hücum nər­di­van­ları ilə sal divarları dəf etdilər. Günəş çöldə qüruba en­di. Az sonra də­rənin ağzında, külək tutan yerdə bit­miş qa­ra­şam­lıq­dan gir­də, bədirlənmiş ay doğdu. Zir­və­də yüzlərlə tonqal şö­lələnirdi. On­başılar öz döyüş­çü­­ləri ilə ocaqların başında otur­muşdular. Ye­yir, içir, laq­qırtı vu­rur, mahnı oxuyurdular.

Tengerinin dəstəsində Bat ən yaşlısı idi. Bütün dö­yüş­lər­də işti­rak etmiş, hərəsindən bir çapıq qa­zan­mış­dı. Oca­ğın ba­şın­da üryan oturub fəxrlə çapıqlarını gös­tərirdi. Qa­lan doqquz nə­fər döyüşçü bu cəsarətli əh­­valatlara ağ­zıaçıq qulaq asırdı. Bə­ziləri acıyaraq, bə­zi­ləri həsədlə. Çün­ki hələ heç biri qovğa gör­­mə­miş­di. Batın hekayə­tinin son­luğu həmişə bir cümlə ilə bi­­tər­di: «Bəli, bəli, bu gün on doq­­­quzuncu at belində ça­pı­ram. Qa­lan on səkkiz at xanın hə­lak olmuş dö­yüş­çü­lə­ri kimi göy­lə­rə çəkilib getmişdir. Ge­cələr səma boyu ça­pır, düşüncə­lə­ri­mi­zi müşayiət edir­lər». Bundan son­ra adə­tən, əllərini irəli tutub xə­bər aldı: «Nə gö­rür­sünüz?»

Amma heç kim heç nə görmürdü. Hamı başını yel­lə­dir­di. Bə­zi­ləri Batın əllərini diqqətlə nəzərdən ke­çi­rirdilər. On­da Bat ləz­zətlə bir müddət susurdu. Am­ma axtaranlar ye­nə heç nə tap­mırdılar. Bat gülürdü: «Orada heç nə gö­rün­mür! Amma mer­kitlər məni bir də­fə əsir götürmüşdülər. Əl­lərimin arasına qo­yun qığlısı töküb möhkəm bağladılar, qoy­dular günün al­tı­na. La­kin…» Bat belini dikəldib sinə­si­ni qabartdı: «Qurd­lar əl­lə­rimi sümüyəcən gəmirməyə çat­dır­­ma­mış xanın adam­ları mə­ni xilas etdilər».

Tengeri soruşdu: «Heç qorxmadınız, Bat?»

Bat qışqırdı: «Heç vaxt qorxmamışam! Heç vaxt!»

«Heç vaxt?»

«Heç vaxt!» Bat ayağa sıçradı: «Mənim sözlə­ri­mə şüb­hə edir­­sən? Demək istəyirsən ki, yalan danı­şı­ram?» On­başı qə­zəb­lə xəncə­rinin qəbzəsinə əl atıb qı­­­­nından sı­yır­dı. «Sən bu­nu iddia etməyə cü­rət edən ilk adamsan!»

«Soruşdum ki, qorxmursunuzmu. İkinci dəfə də xə­bər al­dım ki, qorxmursunuzmu, Bat, amma demədim  ya­­­lan danışır­sı­nız. Məət­tələm, əcəba, bu həqi­qət­dir­sə, ni­­yə belə sə­siniz gəl­dikcə qış­qı­rırsınız?»

«Şübhələrinizi görəndə qanım başıma vurdu». Bat­ ye­rinə əy­­ləşib ətrafdakıları süzdü. Amma üzlərdə Ten­ge­ri­nin şüb­hə­lə­rini oxu­madı. Olsa-olsa, biganəlik sez­di. Bə­zi­lə­ri isə bu öcəş­məyə təəc­cüb­lənmişdilər.

Tengeri fikirləşdi: «Hər halda, o yalan danışır. Sə­­­sin­dən bi­linir. Amma mənim susmağım yaxşıdır. Be­lə anlarda da­nış­ma­mağın özü ittiham edir». Ten­ge­ri ocağı qurdaladı, vəh­şi qo­yunun qığlısından közlərin üstünə atdı. Gündə cız­dağı çıx­mış kol-kosun qurumuş bu­­­daq­larını sındırdı. O bi­rilər də sus­muş­dular. Quru çır-çırpının çır­tıltısı eşidilirdi. Qon­şuluqdan dö­­yüş­çü­lə­rin mahnıları, gülüş səsi gə­lirdi. Bə­ziləri yuxu­la­mış­dılar.

Bu məzəmmətli sükut Batı nəsə deməyə vadar et­di. O, qu­lağı şəkdə sözə başladı: «Bu gün artıq bir də­fə qor­xu­dan da­nış­mısan. Son­ra­dan yenə bu barədə söz açdın. Rə­şa­dəti tə­rif­ləmək əvəzinə qorxu­dan çox da­­­nışmırsan ki, oğ­lan?»

«Bat, mənim qorxum hələ heç kimə zərər ye­tir­mə­yib. Da­ya­nın bir, bəlkə elə bilirsiniz, ağciyər ol­say­dım, xan mə­nə at ba­ğışla­yardı?»

Xan bəxşişinin xatırlanması Batı bir qədər yerinə oturt­du. Ya­vaşca donquldandı: «Yaxşı, yaxşı, Tengeri. Od­lu sözlərim lap qo­yunun başına gələnlərə oxşadı. Qo­yun nə­dənsə dik­si­nib qorxur, çatısını qırıb qaçır, son­­ra da­ya­nır, özü də bilmir nə­dən ürküb». Bat uza­nıb­ rahatlandı, üzü­nü şiş papağı ilə ört­dü.

Qayanın zirvəsinə gecə sərini çökdü. Ay hün­dür­də idi, bər­ri-biyaban onun sönük işığından solğun nu­ra bo­yan­mışdı. Ten­geri yal­nız çayın şırıltısını eşidirdi. Fik­rindən ke­çirtdi ki, su, səthində üzən ölülər kimi so­yuq­dur. Həmin dö­yüşçülər hü­cum nərdivan­larında çox ləng tər­pən­miş­di­lər, qartalların sürəti və xanın hiyləsi ilə he­sab­laş­ma­mış­dı­lar. Bat isə yalan danışır. Ten­geri bu minvalla gecəni ke­çirt­di, yatmadı, gözlərini səma­ya zil­lədi. Ağlına gələn bir fik­rə gülməyi tutdu.

Bir az keçmiş Batın yuxuda qışqırtısı eşidildi: «Çin­li­lər gə­lib­lər! Çinlilər!»

Döyüşçülərdən kimsə dilləndi: «Yuxu görür­sü­nüz, on­ba­şı!»

Tengeri özünü yuxuluğa vurmuşdu.

«Yanıram! Çinlilər!»

Bat daşların üstündə atılıb-düşərək pal-paltarında alı­şan alov dilimlərini döyəcləməyə başladı.

«O doğrudan da yanır!» Döyüşçülər ayağa sıçra­dı­lar. Ten­ge­ri çığırdı: «Yəqin həqiqətən çinlilərdir. De­yir­lər, onlar düş­mə­nin üstü­nə od atırlar».

Bat bağırdı: «Çinlilər gəldilər! Hay vurub o biriləri durğuzun! Çin­lilər!»

Tezliklə minliklər dağılışıb dərələri, təpələri qarış-qa­rış ax­tar­­mağa başladılar. Tapdıqları daş-kəsək, ot-ən­­­cər, kol-kos ol­du, çin­li­ləri gördüm deyən olmadı. Əs­­gərlər gülə-gü­lə geri qa­yıt­dılar. Çoxu Batı dolayırdı: «Qor­xusunu özü ilə yuxusuna apa­rıb, vəssalam!»

«Belə. Bəs paltarlarım, onlar da qorxudan alov­lan­­mış­dı­lar? Ha­rada görmüsünüz ki, qorxu nəyisə alış­­dırsın?»

Ətrafda dayanan döyüşçülər bunun səbəbini yal­nız qa­ya­nın ba­şında əsən küləkdə gördülər. Çox gü­man ki, Ba­tın üst-ba­şına qığıl­cım sovrulubmuş.

Tengeri təbəssümünü gizlədib ciddi sifət aldı: «Am­ma eşit­diyi­mə görə, çinlilər düşmənlərinin üzəri­nə alov atır­lar. Çin­lilər yoxdur­larsa, deməli, bu, külək imiş. Onun yu­xusuna gəl­dikdə isə… Kim neyləyə bilər ki?!»

Bat özündənrazı bir sifət aldı. Döyüşçülər da­ğı­lı­şıb hə­rəsi öz ton­qalının başına getdi. Hərdənbir ki­na­yə­li gülüş eşi­dilirdi. Hər dəfə qəhqəhə eşidiləndə Bat dik­sinib pərt hal­da Ten­ge­ri­yə baxırdı.

Tengeri asta-asta dilləndi: «Boşlayın zarafatlarını et­sin­lər. On­­lar yalnız sizi yuxudan oyadan qorxunuza is­teh­­za edirlər».

Bat hirslə soruşdu: «Qorxu?»

Tengeri lap astadan soruşdu: «Onbaşı, demək is­tə­yir­siniz ki, bən­dələr öz yuxularından qorxunu qovmaq iq­ti­da­rın­da­dır­lar?»

«Əlbəttə, yox! Haqlısan. Burda heç nə etmək ol­maz, heç nə!»

«Görürsünüz?!» Tengeri uzanıb rahatlandı. Bat da uzan­dı. Amma onların düşüncələri fərqli idi. Bat fi­kir­ləşdi: «Bu Ten­geri mənə kələk gəldi, sözü o qədər fır­­latdı ki, əv­vəl­cədən de­diyinin üstünə gəlib çıxdı». Ten­­gerinin isə bey­nindən ke­çirt­di: «Bu Bat ömründə xə­­bər tutmayacaq ki, kö­zərən ocaq­dan kösövü xən­cər­lə götürüb onun üst-ba­şı­na atan mən idim».

Ertəsi gün geri qayıdan minliyin ürcahına xanın ça­pa­rı çıx­dı. Çinlilərin elçiləri tezliklə köçəbəyə çata­caq­dılar. Xan əmr edibmiş, hücum nərdivanları tez giz­lədilsin ki, Çin məm­lə­kətindən gəlmiş adamlar heç nə­dən şüb­hə­lən­mə­sinlər.

Bu əsnada Çingiz öz əshabələri ilə alaçıq şə­hə­ri­ni tərk edib qərb tərəfə, çöllüyə çıxmışdı. Adda-budda bit­miş ot-ələfli, hər tərəfinə eybəcər daş-kəsək sə­pə­lən­miş bir yer idi. Yüksək rüt­bəli elçiləri qar­şılamağa la­yiqli məkan de­yil­di. Lakin xan gü­lümsədi: «Ağız açıb kəl­mə kəsməzdən ön­cə onları qor­xut­maq, alçaltmaq is­­­təyirəm».

Cuci soruşdu: «Heç olmasa bir yurta qur­durma­yaq, ata?»

«Hə, bir yurta. Sadə, darısqal. His çəkib qa­ral­mış, ke­çə da­mını külək didib dağıtmış birisini. Çinlilər bi­­zi vəhşi ad­lan­dır­mırlarmı? Alaçıqda yaşadığımıza, kö­çəri ol­du­ğu­mu­za görə yu­xarıdan aşağı bax­mır­lar­mı? Elə mən də on­la­rı qızıl sarayda yox, bu bəzək-düzək­siz yerdə qarşı­la­ya­ca­ğam. Qoyun qığlısının, at pe­­yininin arasında».

Sərkərdələr razılıqla başlarını tərpətdilər. Cuci xə­­bər al­dı: «Ata, altına qırmızı rəngdə ipək döşək sə­rək, yoxsa ma­vi?»

«İpək? Məni Çin məmləkətində gizlicə necə ad­lan­dı­rır­lar? Vəh­şi tayfabaşı nədir, ipək nimdərin4 üs­tün­də əy­ləş­mək nə­dir! Ayaz tor­pağı daş kimi don­du­ran­da çobanın al­tı­na saldığı adi öküz dəri­sindən verin. Çin­lilər üçün tükü tö­kül­müş miskin ke­çi dəriləri hazır­la­yın. Qoy Yenpinqə5 geri qa­yıdanda im­pe­ra­tor gör­sün ki, onları nəyin üstündə oturt­mu­şam».

Çin məmləkətindən gəlmiş elçilər xanın pişvaz üçün ha­zır­ladığı yerə cənub-şərqdən yaxınlaşdılar. On­­­­lar dəvə, at be­lin­də gəlirdilər. Səhra və bərri-bi­ya­ban­dan keçən yol­da məğ­rur­luqlarını itirmiş­dilər. Be­lə­cə əldən-dildən düş­müş halda gə­lib xanın qarşısında da­yan­mışdılar. Xan qa­li­ba­nə gülüm­sü­nə­rək onların toz­­­lu üzlərinə, qan sağılıb qı­zar­mış gözlərinə, duz qay­­sağı bağlamış dodaqlarına ba­xır­dı.

Çingiz oğlu Cuciyə işarə verdi. Oğlan üzünü çin­li­lərə tu­tub dilləndi: «Danışmağa izn verilir!»

Nümayəndələrin böyüyü, qızıl saplarla işlənmiş qır­mı­zı li­bas­lı adam irəli çıxdı. Bunu elə təntənə ilə et­di ki, san­ki bəd­bəxt­likdə də şərəfini qoruyub sax­la­ma­ğa kifayət qə­dər gücü var idi. Ahəstə sözünə başladı: «Bö­yük Çin məm­ləkətinin şi­ma­lında yeni imperator tax­­ta çıxmışdır. O SƏMA OĞLU siz­dən, çöllərdə ya­şa­yan müx­təlif tayfaların baş­çısından tələb edir ki…»

Çingiz hədə ilə nərə çəkdi: «Tayfabaşı?»

Monqol əshabələrindən kimsə çığırdı: «Bəli, o, tay­­fa­ba­şı dedi!»

Çinli elçi susdu. Ona imperatorun tapşırdığından sa­va­yı nə­sə demək qadağan olunmuşdu.

Cuci dilləndi: «Atam xaqandır. Çöllərdə yaşayan tay­fa­ların bö­yüyü. Onları böyük bir ulus şəklində bir­ləş­­dir­miş­dir, monqol ulu­su!»

Çinli elçi mərasimə tabe olaraq susduğuna görə Çin­giz qu­lağını şəkləyib xəbər aldı: «Sizin tayfabaşı mən­­dən nə tə­ləb edir?»

Elçi alçaldılıb heysiyyətinə toxunulduğunu çox yax­­şı an­la­dı. Bu təhqiri heç vaxt unutmayacaqdı. Am­ma sözü qu­laqar­dı­na vurdu. Sakit-sakit dilləndi: «De­mə­li, o SƏMA OĞ­LU siz­dən (imperator mənə tap­şır­dı­ğı­nı çatdırıram) tələb edir ki, si­ma­nızı cənuba tərəf çe­vi­­rib ona – SƏMA OĞ­LUNA diz çökə­rək xoş mə­ra­mı­nı­zı bil­dirəsiniz!»

Xanın noyonlarının6 arasından qəzəbli bir pıçıltı keç­di.

Kimsə dilləndi: «Diz çökərək!»

Bir ayrısı «SƏMA OĞLU» çəmkirərək ildin qəb­zə­­si­nə əl at­dı.

Amma xan sakitliyi bərqərar etdi. Çinlilərə təklif et­di: «Əy­­lə­şin!» Sözləri hətta mehriban səsləndi. İm­pe­ratorun el­çiləri be­lə qəbula heç təəccüblənməyərək ucuz keçi də­ri­lə­rinin üs­tün­də otur­dular. Ayaq üstə qa­lan xan soruşdu: «Ümu­miyyətlə, in­di Çin məm­lə­kə­tin­də imperator kimdir?» Ar­tıq bir neçə gün əv­vəl taxt-tac­da vaqe olan dəyişiklik və ye­ni imperatorun adı ba­­rə­də çaparlar tərə­fin­dən mə­lu­mat­lan­dırılmış hökm­dar bu sualı qəsdən vermişdi.

Nümayəndə heyətinin başçısı cavab verdi: «İm­pe­ra­tor Vai-Vanq! Keçmiş canişin Yün-xi».

«Belə!» Xan bir addım irəli gəlib papağını çı­xa­ra­raq cə­nu­ba baxdı.

Çinli elçilər vəziyyətin mehribanlığa doğru dəyiş­mə­sin­dən hey­­rətə gələrək hörmətlə ensiz keçi də­ri­lə­ri­nin üs­tün­dən aya­ğa qalx­dılar. Qayda-qanuna tabe ola­­raq xanın ar­xasında da­yan­dılar.

Çingiz bir də xəbər aldı: «Canişin Yün-xi?»

Elçilərin böyüyü cavab verdi: «Elədir! O, SƏMA OĞ­LU­DUR!»

«Belə başdanxarab necə imperator ola bilər? O özü­nü nə tövr «SƏMA OĞLU» adlandıra bilər ki, heç adam cil­din­də de­yil?»

Çingiz əsəbiliklə üç dəfə cənuba tərəf tüpürdü, atı­nı tə­ləb et­di. Köh­lənini minib qışqırdı: «Özünü «SƏ­MA OĞ­LU» kimi qə­ləmə verən bu Vai-Vanqa çat­dı­rın. Asi­­mandan və al­lah­Lar­dan xəbər alacağam, əcə­ba, mən­ onun qar­şı­sın­da diz çök­mə­li­yəm, yoxsa o mə­­­nim!»

Elçilərin böyüyü dilləndi: «Burada baş verən va­qiələr və ona çat­dıracağım xəbərin müqabilində im­pe­ra­­tor məni cə­za­lan­dırıb zin­dana saldıracaq».

Qocanın şikayətindən kefi durulmuş xan bildirdi: «Ba­­şı­xa­rab sərsəridən yaxşı nə gözləyirsiniz? Mən bu xə­bə­rə görə si­zə ənam ve­rərdim. Çünki bu, bir hə­qi­qət­dir və hökmdar kimi mə­nə vəziy­yət­dən nəticələr çı­xar­mağa ibrət olardı. Bəlkə si­zin SƏMA OĞLU elə bi­lir ki… – Çingiz atın üs­tündən lap Aşa­ğı əyilib pı­çıl­da­dı: – …göylərin sər­hədləri var?»

İndiyədək başçının arxasında sakit dayanmış ikin­­­­ci el­çi qış­qır­dı: «Müharibə istəyir o!» Bunu deyib ahıl kişini kə­nara itə­lədi, onun yerinə keçib dayandı: «Siz şi­ka­yət­lə­nir­siniz və im­perato­ru­muzu təhqir edən bi­risinin qar­şı­sın­da zarıyırsınız. Bu rüsvayçılığı yuyun ki, SƏMA OĞLU ye­ni­dən gülümsəyə bil­sin».

İkinci elçi başının güclə sezilən işarəsi ilə adam­la­rına baş­­çını öldürmək əmrini verdi. Qısa xəncər ti­yə­si ildırım sü­rə­ti ilə qırmızı libasın üstündən elçinin qo­ca ürəyinə sap­landı.

«Siz mənim daha çox xoşuma gəlirsiniz», – deyə Çin­­giz ay­ğırı qamçılayıb əshabələri ilə baş köçəbəyə tə­rəf çap­dı. Mən­zil başına çatmamış yağış tökdü. So­yuq leysan ya­ğışı. Ca­hangir geri qanrılıb cənub-şərq is­­­­tiqamətinə səmt alan çin­li­lərin karvanına baxdı: «Ba­­xın bir! İlan kimi ya­ğışın altında qıv­rılır. Bir az əv­vəl məni diz çökməyə məc­bur edəndə üzünə tü­­pür­düm, başından basıb əzdim. O isə zəhərini çöl ot­la­rı­nın ara­sında ölüb qalmış o kişinin üs­tünə tökdü. Zəif dü­­şərək ge­ri, yuvasına sürünür ki, SƏMA OĞ­LU tərə­fin­­­dən yeni od-öfkə ilə qüvvətləndirilsin».

Cuci dilləndi: «Amma ondan əvvəl isti səhradan keç­mə­li­dir, atam sağ olsun!»

Sərkərdələrdən kimsə bağırdı: «Bəli. Qobidən ke­­­­çib get­mə­lidir, böyük xan. İsti onu əldən salıb canını ala­caq. Cız­da­ğı­nı çıxaracaq!»

Baş şaman dilləndi: «Ya da allahlar onları cılız şo­­­­ran otu­na döndərəcəklər». Kişi qollarını geniş aça­raq boz sə­ma­ya bax­dı. Ya­ğış suyu onun qaraşın üzün­dən axıb tö­kü­lür­dü. San­ki cadugər ağla­yırdı.

Bu əsnada karvan gedir, gedirdi. Nəhayət, üfüq­də göz­dən it­di. Yer­də yalnız otların üstündə qıvrılıb qalmış qır­mızı libaslı nəş qal­mışdı. Közərən qırmızı lə­kə çölün or­ta­sında yağışın sön­dürə bilmə­diyi alova bən­­­zəyirdi.

Bütün tutulan niyyətlərə, tökülən qarğış-nifrinə rəğ­mən çin­lilər Yen­pinqə çatdılar. Pis xəbər gə­ti­rən­lə­rin aqi­bə­tini bilə-bi­lə baş ve­rən­lərin hamısını SƏMA OĞ­LUNA çat­dırdılar.

İmperator ayağa sıçradı: «Siz hələ yaşayırsınız?» Tə­­laş­la ye­rin­dən qoparaq səthinə ipək parça çəkilmiş ara­kəs­məyə tə­rəf yüyürdü. İpək parçanın üstündə açıl­mış gül və kol şəkilləri iş­lənmişdi. İmpe­rator sanki qeyz­­­lə gülləri di­vardan qopartmaq is­təyirdi. İpək ara­kəs­mə də, im­pe­ra­to­run günəş rəngli sarı li­ba­sı da, li­ba­sın üzərindəki saplarla ti­kilmiş əjdaha da titrə­yir­di. İm­perator ayağa duranda əj­daha da qəzəblə dikəlir, əyi­­­lən­də onun da beli bükülür, ad­dım atanda o da il­dı­rım sürəti ilə irəli atılırdı. İmperator sualı­nı ikinci dəfə tək­­­rar edib qəf­lə­tən yerə mıxlanaraq ba­şı­nı elçiyə tə­rəf çevirdi. Elçi baxışlarını san­ki imperatora ba­xırmış ki­mi əjdahanın gözünün içinə ZİL­lə­mişdi.

Elçi özünü təmizə çıxarmağa çalışdı: «Şərəfimizi qo­ru­maq üçün içimizdən bir nəfərimizi öldürdük».

İmperator acı-acı güldü. Çevik bir hərəkətlə mavi rəng­li nef­rit piyalədən şəkərli qozu ağzına atdı. Çey­nə­yə-çey­nəyə dil­ləndi: «Bu­nunla pis xəbər yaxşılaşdı? Ağıl­lı nitq­lərlə həmən vəh­şi tayfabaş­çı­sını qabağında diz çök­dür­məyi bacarmayan el­çi nəyə gərəkdir?»

«O özünü xaqan adlandırır!»

«Hə, o adlandırır! O, bir canavardır, bərri-biyaban ca­na­va­rı! İnstinktlərə tabe olaraq çapıb-talayır, qarət edir, am­ma heç vaxt, ömründə qürurlu ola bilməz».

SƏMA OĞLU gümüş zəngi götürərək cingildətdi. Sa­­ray fər­raşları içəri daxil oldular: «Atın zindana bun­ları!»

Yenə əlini uzadıb mavi nefrit piyalədən şəkərli qoz ye­mə­yə baş­ladı. İkinci dəfə zəngin cingiltisinə içə­­­­ri bir man­darin7 da­xil oldu. Yumşaq xalının üstü ilə be­­lini əyə-əyə imperatora ya­xınlaşdı.

«Axşam Böyük Şuranı bayram ziyafətinə dəvət edin!»

Günəş gül kollarının arxasında batır, sonuncu qa­ran­quş­lar gö­­lün qıpqırmızı, sayrışan səthinə izlər sa­lır­dı­lar. Yük­sək mən­səb sa­hibləri, mandarinlər, ge­ne­ral­lar pion çi­çək­ləri bit­miş, xoş rayihəli artırmanın pil­lə­lə­ri­ni qalxırdılar. Yu­xarıda bir gö­zətçi oğlan uşağı sa­ra­yın qarşısında da­ya­na­raq nəğmə oxu­yurdu:

 

Quşların cəh-cəhi kəsilib budaqlarında,

Son bulud əriyib yox olub asimanda.

Yalnız usanmadan əsla bir-birimizdən,

Dağlarla mən hey baxırıq bir-birimizə.8

 

SƏMA OĞLU lotos gülləri bitmiş hovuzun qar­şı­sın­da tax­ta əyləş­mişdi. Bütün fikir-zikrini asta-asta yu­mu­­­lan in­cə, çəh­ra­yı güllərə ver­mişdi. Solğun axşam işı­­ğı məxmər çi­­çəklərin rən­gini boğurdu.

Böyük Şuranın üzvləri əyləşib rahatlanandan sonra im­pe­ra­tor əl çaldı.

İpək pərdə aralandı. Musiqi səsləndi. Rəqqasə qız rəqs edə-edə xalis qızıldan olan qurama dö­­şəmə­nin üs­tü­nə atıldı. Qız on dörd ge­cəlik ay kimi gözəl idi, in­cə ən­da­mı sərv ağa­cı­na bənzəyirdi.

Səma oğlu səsləndi: «O, ismi əfsanələrə bü­rün­­­müş Pan xanım kimi rəqs edir. Sanki onun incə ayaq­­­ları lo­tos çi­çə­yinə toxunanda açı­lır, elə deyilmi?»

Mənsəb sahibləri qızıl qurama döşəmədə mə­ha­rət­­­­lə çə­ki­lib iş­lən­miş lotos çiçəklərinə tamaşa edir, ağ­saç­­­­lı baş­la­rını də­rin ehti­ramla tərpədir, aşağı di­­kir­di­­­lər.­ Am­ma im­pe­rator ikin­ci dəfə əl çalan­da dər­­­hal­ ha­mı­ di­kəl­di. Qız ən­da­mını tor ki­mi qucmuş mirvarili ör­pə­­­­­yini kə­nara atdı. Gü­lə-gülə qızıl­la­rın, lotos çiçəklərinin, ləl­-ca­va­­hira­tın üstünə atıl­dı.

Nəhayət, ziyafətdən və rəqsdən sonra SƏMA OĞ­LU Bö­­yük Şura­nın üzvlərindən vəhşi monqol tay­fa­baş­­çı­sı­nı ne­cə cə­za­landırmağı xəbər aldı. Bu vəhşi sə­­daqət an­di iç­mək əvə­zi­nə onu təhqir etmişdi.

Ən əvvəl Böyük Çin səddinin generalı söz aldı. O, mü­ha­ri­bə və intiqam tələb edirdi.

İkinci general əksinə, vəhşiləri gözdən qoy­ma­maq, son­ra­kı hərə­kətlərini izləmək tələbi ilə çıxış edir­di. Bundan əla­və, Bö­yük Çin səddinin ən yaxınlığında yer­­ləşən dar­va­za­sının ya­nın­da yeni bir qala tikmək mə­sə­ləsini də ortalığa at­dı.

Ali mandarinsə başqa təklif irəli sürdü: «Bütün ke­­çə ala­çıq­da yaşayan ulusların üzərində ağalıq et­mək istəyən, özünü Çin­giz xan adlandıran vəhşi tay­fa­baş­­çısını sa­ra­yı­mı­za dəvət et­məliyik. Qoy gəlib dizləri üs­­tünə düşərək im­pe­Ra­to­ru­muz­dan mərhəmət di­lə­sin».

SƏMA OĞLU lotos gülləri bitmiş hovuzun qar­şı­sın­­­­da­kı taxt­da əylə­şərək laqeydliklə qulaq asırdı. Ve­­ri­lən­ məs­lə­hət kön­lünə yatma­yan­da heç eşitməyib qu­laq­­­­ardına vu­rur­du. Otaq­dakılar hətta mü­ca­diləyə çıx­­dı­lar, öz sözlərinin mə­nasına var­madan səslərini get-ge­­­­də ucaldırdılar. İm­pe­ra­tor çevrilib hün­dür pən­cə­­rə­lər­­dən birinə ya­xınlaşdı. Pən­cə­rəyə çəkilmiş dü­yü ka­ğı­zı9 səs-küyün təsirindən tit­rə­yir­di. Hökmdar xid­mə­t­çi­­­­lərin birinin üzünə baxdı. Xidmətçi tə­lə­sik irəli gə­­lə­rək­ pən­cə­rəni taybatay açdı. Pion gülləri bit­miş pil­lə­kə­­nin qurta­ra­ca­ğın­­dan güzgü səthli göl baş­la­yır­dı. İçə­ri­ şirintəhər çiçək rayi­hə­si doldu. Dəbdəbəli giriş dar­­­va­­zasının ağzında qarovul çə­kən gözətçi daşdan ya­­pıl­­mış sütun kimi hərəkətsiz dayan­mış­dı. Uzaqdakı dağ­­­­ların ba­şı üzərində yay yağışı guruldadı. İm­pe­rator qəf­­­lətən pən­cərənin ağzından çəkilib çarhovuza tərəf gəl­­­­­di, sanki bu boşboğazlığa son qoymaq istəyirdi: «Ül­ə­ma Yunq Lu da­nışsın! Qoy müdrikliyindən biz də pay­ götürək!»

İxtiyar qoca Yunq Lu ayağa qalxaraq əvvəl taxta, son­ra açıq pəncərəyə baxdı: «Deyəcəyim sözlər pil­lə­lə­rin ya­nın­da bit­miş pion güllərinin kökləri təki qə­dim­dir. Güllər hə­lə də açı­lır, sözlər nəyə görə par­daq­lan­ma­sın?! Dinləyin, Han zə­mA­nə­sindən bizə necə kə­lam­lar gəlib çatmışdır.

Əgər imperator başqa ölkələrin etibarından ar­xa­yın ol­maq is­tə­yirsə, onların hökmdarlarını inan­dır­ma­lı­dır ki, hökmrana xas olan üç əsas məziyyətə və beş tov­lama üsu­luna malikdir.

Hökmranın üç əsas məziyyəti bunlardır: göz az­dır­maq üçün kəca­vələr və libaslar hədiyyə etmək, dil-dil­çəyi az­dır­maq üçün bay­ram şənlikləri və ziyafətlər, qu­lağı az­dır­maq üçün musiqiçi qızlar, dəbdəbəli hə­ya­tı göstərmək üçün bər-bə­zəkli evlər, gözəl qadınlar, pər­də asmaq üçün im­peratorun on­larla bir masa ar­xa­sın­da əyləş­məyi. Qoy bu hökmdarlar ya­lan­dan fəxr et­sinlər».

Taxt-tacında oturan imperatorun qəhqəhəsi ucal­dı: «Yunq Lu, qocalırsınız! Biz vəhşi tayfabaşçısından da­nı­şı­rıq, za­də­gan ölkə hökmdarından yox. Yurtası ilə ot­laqdan-ot­lağa köçən bir vəhşinin mənim üçün otur­ma­ğa layiq bir ma­sası tapılarmı? İs­təyirsiniz keçi də­ri­si­nin üstünə çöküm əy­ləşim? Yal­qu­zaq­lar­la bir yerdə bö­yüyüb onların vər­diş­lə­ri­ni götürmüş birisi ilə söh­bət edim? Halbuki mən üləmalar tə­rəfindən tərbiyə olun­mu­­­şam, alimlərdən mənəviyyat və müd­riklik əxz etmi­şəm! O-o-o, qocalırsınız, Yunq Lu! Gül­lə­ri qopar­dın, am­­­ma sözlərinizi elə boğazınızda saxlayın qal­sın! Ən bö­­­yük səhvlər ağıllı adam­ların buraxdıqları səhv­­lər­dir!»

Qoca alim yerinə əyləşdi. İmperatoru Çingiz xa­nın əley­hi­nə qı­zışdıran generalların istehzalı gülüşləri qu­laq­la­rın­da cin­gil­dədi.

«Dinləyin və itaət edin!»

SƏMA OĞLUNUN bu sözünə bənd imişlər kimi, Bö­­yük Şu­ranın üzv­ləri səslərini xırp kəsdilər. Hamı aya­­ğa qal­xaraq hök­mdarın qəti hök­münü gözləməyə baş­­­ladı.

«Böyük Çin səddini qoruyan generalım vəhşinin əley­hi­nə mü­ha­ribə təklif edir ki, bizi təhqir etdiyinə gö­­­rə onu cə­za­lan­dı­rıb intiqam alaq. Mən vəhşi monqol baş­­­çısına qar­şı müha­ri­bə­yə başlamağı əmr edirəm! Bu vəhşi bir yır­tı­cı qurd kimi ömür sürür, gəzib dolaşır, qa­­rət edir, çiy ət ye­yir, qanmazlar ki­mi hərəkət edir. Bu vəhşi mur­dar-təmiz bil­mədiyinə görə biz­dən qat-qat­ aşağıdır».

İmperator əl çaldı. Yenə bayaqkı qız peyda oldu. Am­ma bu də­fə rəqs etmək üçün yox, hökmranın əm­ri­nə tabe olub sua­lına cavab ver­məkdən ötrü.

SƏMA OĞLU xəbər aldı: «Söylə mənə, gözəl, vəh­­­­­şi tay­­fa­ba­ş­­çısının üs­tünə müharibə ilə gedib onu cə­­­za­lan­dı­rım­mı? Yox­sa onunla hökmdarlar nəslindən olan soy­lu-kök­lü, özümə tay adam kimi dav­ranım?»

Qız abı yelpazə ilə üzünü gizlədərək pıçıldadı: «Mü­­­ha­ribə! Mü­­haribə! Müharibə!»

«Eşidirsən, Yunq Lu? Müharibə! Yadında saxla, ülə­ma! Köl­gə ancaq ağac yıxılandan sonra yox olar!»

İmperator qızı işarə ilə yanına çağırdı, çar­ho­vu­zun kə­na­rın­da yer göstərdi. Lotos gülləri artıq büs­bü­tün bü­kül­müş­dü. Bö­yük Şura­nın üzvləri sarayı tərk et­mə­yə baş­la­dı­lar.

Kişilər pillələrlə düşərək rayihə yayan pion gül­lə­ri­­­nin ara­sın­dan keçirdilər. Hilal işıq saçırdı. İlıq meh ağac­ların in­cə bu­daq­larını və kağızdan düzəldilmiş əl­van fənərləri oy­nadırdı. Ki­şilərin ayaqları güzgü səthli lal gölün sa­hi­lin­də­ki qumları xır­çıldadırdı. Nə danışan var idi, nə mahnı oxu­yan. Hamı düb­bə­düz irəli baxırdı. Qay­­da-qa­nunu po­za­raq geri qanrılıb bax­maq heç kə­sin ağlına belə gəlməzdi. Yük­sək rütbə sahibləri – man­­darinlər, generallar beləcə, uzun zən­cir kimi sı­ra­ya düzü­lə­rək lal sükutla irəliləyirdilər.

Gecənin zülməti onları bir-birinə bənzədirdi: əlli iki baş, əl­li iki küt uclu papaq, əlli iki hərəkətsiz sal­lan­mış hö­rük, gecə qa­ranlığı ki­mi əlli iki tünd rəngli libas, sün­gər al­t­lıq­lı, keçi də­ri­sin­dən olan səs salmayan yüz dörd çəkmə.

Hərçənd… Günəş sıra dağların arxasından boy­la­na­raq hə­mi­şəki kimi yaraşıqlı pilləkənləri nura bo­ya­yan­da çi­çək­lən­miş pion arasında bir nəş də göründü. İx­tiyar qoca, ülə­ma Yunq Lunun cə­nazəsi… Günəşin şüası onun böyür-ba­şında sə­pələnmiş bir neçə mir­va­ri dənəsində bərq vu­rur­du. Qırılmış mir­vari dənələri ilə bə­zə­dilmiş bürüncəyin özü isə həmin də­qi­qə im­pe­ra­to­run yataq otağın­da yerə sə­ril­mişdi. Bu otaq «Ger­­çək­­ləşmiş arzular beşiyi» adlanırdı. Rəq­qasə qızın qı­rı­lıb sə­pələnmiş dürr dənələrinə heyfi gəl­mir­di. SƏMA OĞLU hə­vəs­lə əfsanəvi Pan xanımın söz­lə­ri­ni misal gə­­ti­rərək şer söy­lə­yirdi:

 

Evdə də, küçədə də mənə həmdəmsən.

Həsrətində olduğum sərinliyi sən

Cilvələnən anda bəxş edirsən.

Hərçənd çoxdan qəlbimə duyğu dammış ki,

Lüzumsuz bir rəfdə atılıb qalıban,

Keçmiş günlərimin bir parçası təki –

Yayın qızmar od-alovunu söndürübən

Payız fəslinin bir gur nisanı təki.10

 

İmperator sözünü qurtaracaq qıza bir top qırmızı par­­ça, üs­tə­lik, köhnəsindən də bahalı bürüncək ba­ğış­la­dı. Bü­rün­cək  su­quzğunu qu­şunun sinəsinin xırda lə­lək­ləri və əlvan kə­pə­nək­lərin şəffaf qa­nad­ları ilə bə­zə­dil­mişdi.

Qız xəbər aldı: «Müsaidənizlə bir sual vermək olar­mı?»

«Həvəslə, gözəl! Şuranın üzvləri qarşısında siz­dən söz so­ruşan­da çox cəsarətlə cavab verdiyinizə gö­rə hamı da­ğı­lı­şıb gedəndən sonra indi istədiyinizi xə­bər ala bi­lər­si­niz!»

«O şerdə kimi nəzərdə tutursunuz?»

«Kimi? «Kimi» soruşursunuz?» İmperator elə qəh­­­qə­hə çək­di ki, bü­tün bədəni titrədi.

«Bəlkə məni?» Qız pıçıldayaraq üzünü abı yel­pa­zə­­si­nin ar­xa­sında gizlətdi ki, hökmdar qəfildən onun çöh­­­rəsinə çök­müş kədər buludunu görməsin.

«Bu sizin ağlınıza haradan gəldi? Bir daha din­lə­­yin:

«Evdə də, küçədə də mənə həmdəmsən».

«Bəli».

«Həsrətində olduğum sərinliyi sən,

Cilvələnən anda mənə bəxş edirsən». Məhbubə, siz sə­rin­lik gəti­rir­sinizmi? Arxası gəlir:

«Yayın qızmar od-alovunu söndürən,

Payız fəslinin bir gur nisanı təki…»

«Elədir».

«…Lüzumsuz bir rəfdə atılıb qalıban…» Məh­bu­bə, siz gə­rək­siz bir əşya kimi boğanaq siyirtmədə qal­maq­­mı is­tə­yir­si­niz?»

İmperator yenə şaqqanaq çəkdi.

«Siz mənə gülürsünüz!»

«O-o-o, xeyr, bir az düşünün, görün nə demək is­tə­­yi­rəm!» Ürə­yindənsə keçirtdi: «Gözəl olduğun qədər də sə­feh­sən!» Qı­zın bu qədər səfeh olması im­pe­ra­to­ru son də­rə­cə əy­lən­dir­di.

«Mən bilmirəm, nəyi nəzərdə tutursunuz», – de­yə­ tu­tu­­lub alın­­mış qız geri çəkildi.

«Sizin elə təkcə gözəlliyiniz kifayətdir».

İmperator pəncərəni taybatay açaraq səhəri içəri bu­­­rax­dı, sir­li-sirli pıçıldadı: «Ağıllılar bəzən çox tez ölür­­­lər, elə deyilmi, gö­­zəlim?»

Qız başını tamamilə yelpazənin arxasında giz­lət­di.­­

İmperator qəflətən kəskin bir surətdə əmr etdi: «İn­­­­di get! Hə… Şerdə ipək nəzərdə tutulurdu».

 

1 Turqaud – cangüdən, şəxsi mühafizəçi, (tərcüməçinin qeydi).

2 Otxan-xatun – kiçik hərəm, (tərcüməçinin qeydi).

3 İld – monqol qılıncı, (tərcüməçinin qeydi).

4 Nimdər – balaca döşəkcə (tərcüməçinin qeydi).

5 Yenpinq – Pekin şəhərinin əvvəlki adı, (müəllifin qeydi).

6 Noyon – monqol əsilzadəsi, Monqolustanda dünyəvi feodal (tərcüməçinin qey­di).

7 Mandarin – qədim Çində yüksək rütbəli şəxs (müəllifin qeydi).

8 Şeirin tərcüməsi Təbəssüm Muxtarovanındır.

9 Düyü kağızı – Çində və Yaponiyada bitən yerli bir bitkinin köklərindən hazırlanan qiymətli kağız növü, (tərcüməçinin qeydi).

10 Şeirin tərcüməsi Təbəssüm Muxtarovanındır.

FROM EDITOR-IN-CHIEF

CONTESTIMG_20160426_113449

The //tanisolaq.wordpress.com magazine announces the contest of scientific articles. The main goal of this competition is development of interest in scientific creativity as well as detection of new talents among the youth who study in the fields such as history, geopolitics, art, computer knowledge.

There are 3 nominations for the contest:

  1. Specific subject. Processes of multiculturalism in the conditions of failure of migration policy of the European Union.
  2. Virtual world and computer graphics.
  3. World of art.

Terms and conditions of the contest:

The electronic version of an article (in the format A4, Times New Roman, 12, an interval 1, in amount of 3-6 pages) should be sent to e-mail etrtmm@mail.ru of the website //tanisolaq.wordpress.com The application deadline is 30 November 2016.

It is necessary to include full name, place of employment or educational institution, position, academic degree, scientific rank, contact telephone number, e-mail, article keywords and the list of the used literature. Besides this, summaries must be written in Azerbaijani and Russian.

Winners of the contest will be awarded with diplomas of I, II, III degrees;

Their scientific articles will be published in the rubric «Science and education» of the website; //tanisolaq.wordpress.com

Surnames will be included in the list of authors of the //tanisolaq.wordpress.com magazine.

 

MÜSABİQƏ

“Tanış olaq” jurnalı //tanisolaq.wordpress.com elmi məqalələr müsabiqəsi elan edir. Müsabiqənin başlıca məqsədi tarix, geosiyasət, kompüter bilikləri, incəsənət sahəsində təhsil alan, təhsilini artıran gənclərin elmi yaradıcılığa marağını inkişaf etdirmək, yeni istedadları üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə 3 nominasiyada keçirilir:

  1. Konkret mövzu. Avropa İttifaqının miqrasiya siyasətinin iflası şəraitində multikulturalizm prosesləri.
  2. Virtual aləm və kompüter qrafikası.
  3. İncəsənət aləmi.

Müsabiqənin şərtləri

Məqalələrin (A4 formatda, Times New Roman, 12, sətirarası interval 1, 3-6 səhifə həcmində) elektron variantı noyabrın 31-ə qədər //tanisolaq.wordpress.com saytının e-mail etrtmm@mail.ru ünvanına göndərilir.

Müsabiqə iştirakçısı adı, atasının adı, soyadı, iş yeri (və ya təhsil aldığı tədris müəssisəsinin adı), vəzifəsi, elmi dərəcəsi və elmi adı, əlaqə telefonu və e-mail kimi məlumatları göstərir, məqaləyə açar sözlər, ingilis və rus dillərində xülasə, istifadə olunmuş ədəbiyyatın siyahısını daxil edir.

Müsabiqənin qalibləri “Tanış olaq” jurnalının I, II, III dərəcəli diplomları ilə mükafatlandırılır, elmi məqalələri //tanisolaq.wordpress.com saytının “Elm və təhsil” rubrikasında dərc edilir, adları jurnalın müəllifləri rubrikasına daxil edilir.

 

КОНКУРС

Журнал //tanisolaq.wordpress.com объявляет конкурс научных статей. Главной целью конкурса является развитие интереса к научному творчеству у молодежи, обучающейся и повышающей образование в таких областях гуманитарных наук, как история, геополитика, искусство, компьютерные знания, а также выявление новых талантов.

Конкурс проводится по 3 номинациям:

  1. Конкретная тема. Процессы мультикультурализма в условиях краха миграционной политики Европейского Союза.
  2. Виртуальный мир и компьютерная графика.
  3. Мир искусства.

Условия конкурса:

Электронную версию статьи (в формате A4, Times New Roman, 12, интервал 1, в обьеме 3-6 страниц) следует послать на e-mail etrtmm@mail.ru сайта //tanisolaq.wordpress.com  до 30 ноября 2016 года включительно.

Участник конкурса указывает фамилию, имя, отчество, место работы (или место учебы), должность, ученую степень, научное звание, контактный телефон и e-mail.

В статью следует включить ключевые слова, резюме на азербайджанском и английском языках, список использованной литературы.

Победители конкурса награждаются дипломами I, II, III степени, их научные статьи публикуются в рубрике «Наука и образование» сайта //tanisolaq.wordpress.com , фамилии включаются в список авторов журнала //tanisolaq.wordpress.com