GÖRKƏMLİ İXTİRAÇI MƏCİD NAMAZOVUN "TANIŞ OLAQ" JURNALINA MÜSAHİBƏSİ

MƏCİD NAMAZOV

Məcid Əlif oğlu Namazov 1954-cü il may ayının 22-də Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. 1972-1974-cü illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub. 1976-1980-ci illərdə Rostov Dəmir yolları institutunda oxuyub. 1991-ci ildə SSRİ jurnalistlər ittifaqının nəzdində Jurnalist sənətkarlığı institutuIMAG0179nda təhsil alıb. 1990-cı ildə Azərbaycan Tibb İnstitutunun elmi-tədqiqat laboratoriyasına laborant vəzifəsinə qəbul olunub. Müxtəlif illərdə bir sıra təşkilatlarda ştatdankənar və ictimai əsasda kinooperator, fotoqraf, müxbir işləyib. 2007-ci ildən Azərbaycan Tibb Universitetində vivarium müdiri vəzifəsində çalışır. Məcid Namazov həyatını ixtira və kəşflərə həsr etmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət komitəsinin onun bir sıra ixtiralarının sənaye nümunələrinə verdiyi patentlər müvafiq qaydada Dövlət reyestrində qeydiyyata alınmışdır.

 

 

NƏVƏMİ VERİN MƏNƏ

002NƏVƏMİ VERİN MƏNƏ

 

Nənə, nənə, ay nənə

Bir nağıl söyləsənə

Yaxşı mənim gül balam

Saçları sünbül balam

Körpəcə bülbül balam

Körpəcə bülbül balam

Yanağı alma balam

Dodağı xurma balam

Açılan çiçək balam

Nənəyə kömək balam.

Sən keçib otağına

Uzan öz yatağına

Nağıl desin nənən də

Söz yığılıb sinəmdə.

Biri vardı biri yox

Doğulan çox, ölən çox.

Bir qoca nənə vardı

Nəvəsiylə qalardı.

Nənə gecələr ona

Şirin layla çalardı.

Gün dolanır, ay keçir

Neçə-neçə yay keçir.

Nəvə həddinə dolur

Böyük bir oğlan olur.

Məktəbi də bitirir

Hərbi xidmətə gedir.

Öz borcunu ödəyib

Sonra yurduna dönür.

Nənə toy həvəsində

Ona tədarük edir.

Ancaq çox uzun çəkmir

Bu sevincin davamı

Müharibə başlayır

Fikir çəkir el hamı.

Nəvə dözə bilməyir

Vətənin tapdağına

Qisas həvəsi düşür

Onun cavan canına.

Nənə and-aman edir

Getmə oğul, ay Əziz.

Axı dözə bilmərəm

Bu dünyada mən sənsiz.

Əziz öpüb nənənin

Qızarmış üz-gözündən.

Çox böyük cəsarətlə

Danışır o özündən.

Ağlama xanım nənə

Ürəyim canım nənə.

Vətənimin yolunda

Qurbandı canım nənə.

Qorxma mənim mərd nənəm

Axı mən sənin əziz

Qorxmaz əziz nəvənəm

Mən səndən öyrənmişəm

Məğrurluğu mərdliyi

Vətənə məhəbbəti

Kişidə qeyrətliyi.

Həmişə laylanda sən

Mənə öyüd vermisən

Sev vətəni sev eli

Qoyma yurda uzansın

Düşmənin murdar əli.

Çox uzun sürə bilməz

Yağının bu əməli.

Vətən bizim vətəndi

Gülü daim bitəndi

Yaşamağa qadirdi

Oğlu keşik çəkəndi.

Artıq vədə tamamdı

Sən söyləyən zamandı.

Kəsmə yolumu nənə

Qurban olum mən sənə.

Yoluma uğur dilə

Dalımca dua eylə.

Nənə susub dinmədi

O əziz Əzizinə

Çoxlu dilək dilədi.

Qayıdıb gəlməyinə

Dalınca qurban dedi.

Əziz döyüşə getdi

Nənə xəyal içində

Gecə-gündüz nəvəyə

Xeyir-dualar etdi.

Bağım gülüm çiçəyim.

Çiçəklərdən göyçəyim

Vətənin xilas günü

Sənin toyun eyləyim

Oturub radionun

Qarşısında hər səhər

Dinlərdi xəbərləri

Nəvəsindən bixəbər.

Ağır döyüş zamanı

İgid qəhrəmanlıqla

Həlak olmuşdu Əziz

Ətirli çiçək kimi

Qəfil solmuşdu Əziz.

Ona xəbər çatdı ki,

Artıq yoxdu nəvəniz.

Fəryad qopardı nənə

Yalvardı insanlara

Nəvəmi verin mənə.

Caladı laylasına

O, acı ağıları.

İnləyə, sızıldaya

Qarğıdı yağıları.

Yağı gözün tökülsün

Bəndin bərən sökülsün.

Ölsün sənin balanda

Dərddən belin bükülsün.

Fələkdi çaldı neylim

Qələmin çaldı neynim.

Əziz kimi nəvəmi

Əlimdən aldı neynim.

Qaş olum gözün üstə

Xal olum üzün üstə.

Mən öləydim ay bala

Baş qoyub dizin üstə.

Qönçə ikən solanım

Yatağı boş qalanım.

Aç gözünü mənə bax

Nənən olsun qurbanın.

Nənənin ağıları

Bitmədi tükənmədi.

Nə qədər çağırdısa

Nəvə durub gəlmədi.

Nağılım sona yetdi

Əziz kimi oğullar

Dünyadan nakam getdi.

Bu gecə söylədiyim

Nağıl deyil, ay bala

Həqiqət parçasıdı

İnanıram tezliklə

Millətimiz xalqımız

Qələbə çalasıdı.

Bütün ölən şəhidlər

Tarixin yaddaşında

Əbədi qalasıdı.

 

 

 

 

 

 

 

SEVDA RƏSULOVA

001SEVDA RƏSULOVA

Sevda  Asif qızı Rəsulova 1966-cı ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində anadan olub. 1972-1982-ci illərdə Bakı ş. 26 saylı orta ümumtəhsil məktəbində orta təhsil alıb. 1991-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) filologiya fakültəsinin axşam şöbəsini bitirib. Sevda Rəsulova uzun müddət Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində baş məsləhətçi işləmişdir. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri vəzifəsində çalışır.