PİYADA TURİZM

 

SAMİR MƏMMƏDBƏYOV 

PİYADA TURİZM

 

sam5Müasir dövrdə turizmin idman növlərindən biri kimi böyük nüfuz qazanmış piyada turizm sürətlə inkişaf edir. Piyada turizm insanın psixoemosional və fiziki aləminə ahəngdar şəkildə təsir göstərir, onda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi müsbət keyfiyyətlər yaradır. Piyada turizm həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Piyada turizmlə məşğul olan insan ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərər çəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir.

Azərbaycan Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun əzəmətli təbiəti, nadir landşaft tipləri, ayrı-ayrı guşələrinin təkrarolunmaz gözəlliyi turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.

Respublikamızın ərazisinə yürüşlərə çıxan uşaqlar müxtəlif rayonlarda tarixi-mədəni dəyərlər kimi qorunub saxlanan abidələrin, xatirə yerlərinin, sərdabələrin tarixi ilə tanış olur, təbiətin özünü, onun fauna və florasının sirlərini öyrənməyə çalışırlar. Piyada turizm gənc nəslin hərtərəfli, sağlam inkişafı üçün geniş imkanlar açır.

 

Azərbaycan Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun təbiətinin əzəməti, landşaftının nadir tipləri, ayrı-ayrı guşələrinin təkrarolunmaz gözəlliyi turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.

Quba-Xaçmaz rayonunun həm düzən (mənzərəli meşələri, gözəl çimərlikləri olan sahil zonası), həm də dağlıq hissəsində turizmin su turizmi, təbiətdə ov, dağ-piyada turizm, rekreasiya, mədəni-etnik turizm növlərini inkişaf etdirmək olar.

Şəki-Zaqatala rayonunda coğrafi şəraitin müxtəlifliyi turizmin müxtəlif, o cümlədən ekoloji (dağ-payada, macəra, rekreasiya, dərketmə) növlərini inkişaf etdirməyə imkan verir. Rayonun iqlim şəraiti maydan oktyabradək olan müddətdə dağətəyi zonada avtomobil, piyada və su turizm marşrutları üçün əlverişli dövrdür. Təbii landşaftlar, mənzərəli meşələr, subalp və alp çəmənləri, zəngin heyvanat aləmi, çaylar və mineral bulaqlar, şəlalələr rayonun toxunulmamış ərazilərinə turistləri cəlb edir. Zaqatala qoruğunda flora və fauna ilə tanış olmaq imkanı var. Bu ərazilərə təbiət turlarının mütəşəkkil təşkili məqsədəuyğun olardı.

Gəncə-Qazax iqtisadi rayonunun təbii coğrafi şəraiti, inkişaf etmiş sənayesi və kənd təsərrüfatı, eləcə də görməli yerləri və ekskursiya obyektləri burada turizm fəaliyyətinin bütün növlərini inkişaf etdirməyə imkan verir. Rayonun dağlıq hissəsi zəngin təbii landşaftlara, mənzərəli dağ meşələri və çəmənlərə, dağ çayları və göllərinə, mineral bulaqlara malikdir. Göygöl, Maralgöl və s. dağ gölləri fıstıq və şam ağacı meşələrində yerləşir. Kəpəzin ətəyində olan bu ərazi yerli və əcnəbi turistlər arasında da məşhurdur. Landşaftların müxtəlifliyi və gözəlliyinə görə bu rayon Azərbaycanda təkrarsızdır. Bütün bu imkanlardan istifadə edərək təbiət turizmini inkişaf etdirmək olar.

Lənkəran-Astara rayonunda Lənkəran ovalığı və onu əhatə edən orta dağlıq ərazi çox mənzərəlidir. Buranı Azərbaycanın Rivyerası da adlandırırlar. Burada kənd turizmini, rayonun Xəzər dənizi sahillərində su turizmini, Hirkan və Qızılağac qoruqlarında foto-ovçuluq turizmini inkişaf etdirmək olar. Talış dağları çətin keçilən, bəzi yerlərdə isə sıldırım yamaclıdır. Lakin Talış dağlarının sarmaşıqlarla sarılmış meşələrinə ekoloji turlar təşkil etməklə, həmin yerlərin landşaftının gözəlliyinə şahid olmaq mümkündür.

Şirvan rayonunda, Pirqulu, Çuxuryurd, Lahıc, Baskal və digər yerlərdə turizm fəaliyyəti üçün əlverişli təbii imkanlar vardır. Mənzərəli təbii landşaftları, dağ meşələri, mineral sular və digər rekreasiya ehtiyatları ilə zəngin olan bu rayon turizmin bəzi növləri (təbiət, kənd, biliklənmə turizmi) üçün perspektivli sayılır. Rayonda maraqlı turlar təşkil etmək imkanı var. Şamaxı, Lahıc, İsmayıllı, Şirvan milli parkı belə ərazilərdəndir.

Turizmin təşkili prosesində nəzərdə tutulan mədəni-maarifləndirici proqramlarda insanın ekoloji mədəniyyətinin formalaşmasına təsir göstərə biləcək müxtəlif vasitələr də nəzərdə tutulur. Meşə əraziləri, çay və göl ətrafları təbiəti çirkləndirə biləcək zərərli tullantılardan təmizlənir. Bu iş əsasən təhsil məktəblərinin şagird və tələbələri ilə həyata keçirilir. Belə ekoloji təmizlik tədbirinin həyata keçirilməsində də əyləncəli oyun növlərindən istifadə olunur. Əyləncəli oyun növlərindən istifadə etməklə uşaq və yeniyetmələri təbiətin mühafizəsinə cəlb etmək daha çox effekt verir.

Ölkəmizə səyahət etmiş görkəmli alimlər, sənət adamları, turistlərin torpağımız, onun sərvətləri haqqında  söylədikləri real həqiqətlərə əsaslanır. Əlbəttə, belə bir diyarda boya-başa çatan insan doğma yurdun qayalardan süzülən şəlalələrini, laləli düzlərini, ecazkar meşələrini, yay-qış nəğmə oxuyan quşlarını, ürkək ceyranlarını, dəniz kimi dalğalanan zəmilərini sevməyə bilməz. İnsan qıjıltılı çayları görmək, gülşən bağları, al-əlvan geyinmiş düzləri, yarpızlı dərələri qarış-qarış gəzmək istəyir. Vətən övladı dənizin şıltaqlığına, qışın sazağına sinə gərib Xəzərin dərinliklərindən qara qızıl, mavi qaz çıxaran vətən oğlunun əmək möcüzəsindən fərəhlənir, onların zəhmətinin qüdrətindən danışır, müstəqillik dövründə öz sərvətinin sahibi olmuş insanların nailiyyətlərinə sevinir, onların əmək xariqələri ilə fəxr edir.

Vətənin seyrinə, turizm səyahətlərinə, ekskursiyalara çıxan uşaq və yeniyetmələr doğma torpağın təbii, maddi, mədəni, mənəvi sərvətlərini, müxtəlif tarixi yerlərini öyrənir, xalqımızın qəhrəmanlıq nişanələrini qoruyub saxlayan abidələri, müqəddəs yerləri ilə tanış olurlar.

Turizm fəaliyyətində xalqın zəngin maddi-mənəvi dəyəri ilə tanış olan uşaq və yeniyetmələr keçmişimizi daha yaxşı dərk edir, müasir həyat hadisələrini daha düzgün başa düşürlər. Onlar keçmişin mənasının dərinliklərinə bələd olduqca sabahkı günü də daha yaxşı görürlər.

Uşaq və yeniyetmələr  ekskursiyalarda respublikamızın ərazisində, müxtəlif rayonlarda mövcud olan dini etiqadlarla bağlı bəzi abidələrin, sərdabələrin tarixini öyrənirlər.

Uşaqlar vətənimizi qarış-qarış gəzməklə yorulmur, maddi-mədəniyyət abidələrinin tarixini öyrənməklə kifayətlənmirlər. Eyni zamanda uşaqlar təbiətin özünü, onun fauna və florasının sirlərini öyrənməyə çalışırlar. Azərbaycanın əsrarəngiz gözəlliklərlə zəngin təbiəti canlı bir kitabdır. Hər bir çiçək, hər bir gül, dağlar, dərələr, çaylar, göllər, meşələr, geniş düzənliklər bu nəhəng təbiət kitabının ayrı-ayrı səhifələrini təşkil edir. Uşaqlar belə bir kitabın hər səhifəsini səylə oxuyur, onun sirlərinə bələd olmağa çalışırlar.

Müəllimlərin, valideynlərin, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin başlıca vəzifələrindən biri də uşaq və yeniyetmələrdə doğma yurda, onun flora və faunasına məhəbbət tərbiyə etməkdən ibarətdir.

Turizm fəaliyyəti, ekskursiyalar zamanı uşaq və yeniyetmələr hər çiçəyin öz adını öyrənməkdən, öz ətrini duymaqdan başlayırlar. Uşaqlar yaxşı bilirlər ki, təbiətin öz hüsnü, öz gözəlliyi vardır. Bu gözəlliyi duymaq, qiymətləndirmək üçün təbiətin özünü öyrənmək lazımdır. Təcrübələr əsasında onlar öyrənilər ki, bizi əhatə edən əsrarəngiz maddi aləm təbiət adlanır. Bu maddi aləmdə yaşayan canlı və cansızlar müəyyən zaman və məkan daxilində hərəkət edir, dəyişir. Təbiətdəki canlı və cansız varlıqlar öz gözəlliyi ilə insanı məftun edir, nəticədə təbiət gözəllik yaradan, onun vasitəsi ilə tərbiyə edən qüdrətli bir amilə çevrilir.

I FƏSİL

BİRİNCİ TƏDRİS İLİ

Müasir dövrdə turizmin idman növlərindən biri kimi böyük nüfuz qazanmış idman-sağlamlıq təyinatlı piyada turizm sürətlə inkişaf edir. İdman-sağlamlıq turizmi insanın psixoemosional və fiziki aləminə ahəngdar şəkildə təsir göstərir, onda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi müsbət keyfiyyətlər yaradır. Piyada turizm idman növü kimi, həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Uzun müddət xas olan bədən tərbiyəsi, sağlamlıq komponentləri inkişaf təlimatçısı, İnsan piyada turizm yürüşü prosesində ətraf mühitlə birgə yaşayış qaydalarına, texnika turizm vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərər çəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir.[8]

Piyada turizm turizmin ən kütləvi və ucuz növüdür. Hər il dünyada milyonlarla insan planlı və ya kortəbii qaydada piyada turizm marşrutlarına qədəm qoyur.

Fərdi turist yürüşü təbiətlə ünsiyyət, fəal sağlam istirahət kimi elementləri özündə birləşdirir və ətraf aləmin dərk edilməsi vasitəsi kimi çıxış edir.

Piyada turizm dərnəyi şagirdlərin dünyanı, təbiəti, doğma diyarı dərk etmək kimi təbii ehtiyaclarını ödəmək, onlara doğma yerlərin gözəlliklərini yaxından göstərmək, xalqa, torpağa sevgi aşılamaq, fəal vətəndaş tərbiyə etmək kimi əsas vəzifələri yerinə yetirir. Dərnək üzvlərinin konkret məqsədi birinci məşğələ ilindən sonra yekun yay yürüşünə, ikinci tədris ilinin yekununa görə sınaq yürüşünə çıxmaqdan ibarətdir. Uşaqlara əməyə məhəbbətin aşılanması, uşaqların fiziki tərbiyəsi, onların bilik və bacarıqlarının əyani tətbiqi, zəruri vərdişləri əldə etməsi dərnəyin əsas məqsədləri sırasına daxildir.

Uşaqların piyada turizm sahəsində bilik və bacarıqlara yiyələnməsi onlara gələcəkdə böyük turizm aləminə asanlıqla qədəm qoymaq imkanı yaradır, onlarda ömrü boyu səyahət etmək, biliklənmək, daim özünü təkmilləşdirmək tələbatı yaradır.

samDərnəyin tərkibi. Birinci tədris ilində piyada turizm dərnəyinin tərkibinin 11-13 yaşlı uşaqlardan (V-VII sinif şagirdləri), ikinci tədris ilində 12-15 yaşlı uşaqlardan (VI-VIII sinif şagirdləri) komplektləşdirilməsi məqsədəuyğundur.

Dərnəyin tərkibi ən azı 15 nəfərdən ibarət olmalıdır. Məşğələlərə, mümkün çıxdaş ehtimalı nəzərə alınmaqla, bir qədər artıq uşaq cəlb edilə bilər. Piyada turizm dərnəyinin məşğələlərinə yalnız fiziki cəhətdən yaxşı inkişaf etmiş, tibbi göstəriciləri turizmlə məşğul olmağa uyğun gələn oğlanlar və qızlar buraxılır. Odur ki, piyada turizmlə məşğul olmaq istəyən şagirdlərin qeydiyyatında həkimlə məsləhətləşmək lazımdır, uşaqların yürüşlərə və səfərlərə buraxılması məsələsində isə hər bir dərnək üzvünə görə tibbi arayış və valideynlərin yazılı razılığı alınmalıdır.

Dərnək üzvlüyünə qəbulda dəcəl, nizam-intizamı pozan, dərslərində geri qalan uşaqlara rədd cavabı vermək düzgün deyil. Məlumdur ki, idman və turizm kimi maraqlı, cəlbedici fəaliyyət növü uşaqların xasiyyətində köklü dəyişikliklər yaradır, nizam-intizama riayət etməyi öyrədir.

Uşaqların hazırlıq səviyyəsi də nəzərə alınmalıdır. Əgər birinci dərs ilində piyada turizm dərnəyinin tərkibinə qəbul olunmuş uşaqların əksəriyyəti IV-V siniflərdə “Gənc turistlər” proqramı çərçivəsində artıq turizmlə məşğul olmuşlarsa, bu halda tədris planının tərtibində nəzəri kursun həcmi azaldıla, praktik məşğələlər və yürüşlərə ayrılan saatların sayı artırıla bilər.

Məşğələlərin məzmunu və metodikası. Birinci tədris ilinin tədris planı və proqramı uşaqlara piyada turizmə dair elementar anlayışların öyrədilməsini, yürüşlərin hazırlanması və keçirilməsi ilə bağlı təşkilati məsələlər üzrə ilkin məlumatların verilməsini nəzərdə tutur. Doğma diyarın topoqrafiyası haqqında əsas məlumatlar verilir, ərazidə səmtlərin müəyyənləşdirilməsi, yürüş marşrutlarının tərtib edilməsi mövzusunda məşğələlər keçirilir. Dərnək üzvləri zərərçəkmiş turistə ilk yardım göstərməyi öyrənir, gigiyena biliklərinin əsaslarına yiyələnirlər.

Birinci tədris ilində piyada turizmlə məşğul olan uşaqlar artıq dərk edirlər ki, hər yürüşə, hər səfərə hamılıqla, birlikdə diqqətlə hazırlaşmaq lazımdır. Onlar öz təcrübələrindən elə nəticəyə gəlməlidirlər ki, maraqlı və faydalı yürüş yalnız bacarıqlı və zəhmətkeş, yaxşı hazırlığı olan turistə nəsib ola bilər. Odur ki, dərnək rəhbəri hər bir təlim-məşq yürüşünün hazırlanmasında dərnək üzvlərinin kollektiv əməyinə xüsusi diqqət yetirməlidir.

sam2Yürüşlərin hazırlanmasına marşrutun öyrənilməsi və işlənməsi, vəzifə bölgüsü, təşkilati və təsərrüfat hazırlığı məsələləri daxildir. Yürüş marşrutları elə qurulmalıdır ki, gənc turistlər qrupu doğma diyarın inqilabi, döyüş və əmək şöhrəti yerləri ilə tanış olsunlar, ərazinin ən tipik relyef formaları, dəniz, çay, göl hövzələrinə bələd olsunlar. Dərnək üzvləri yürüşlərdə faydalı qazıntıların hasilatı yerlərini, su-elektrik stansiyalarını, daş karxanalarını, dəniz neft mədənlərini, müasir sənaye obyektlərini ziyarət edə bilərlər. Marşrutlara dövlət qoruqlarını, ovçuluq-balıqçılıq təsərrüfatlarını, dendropark və təcrübə sahələrini, meşə zolaqlarını, gözəl təbiət guşələrini daxil etmək zəruridir. Uşaqlar piyada yürüşlər nəticəsində təbiətin mühafizəsi üzrə biliklər qazanır, tarix və mədəniyyət abidələri ilə tanış olurlar. Dərnək rəhbəri marşrutların keçdiyi yerlərlə bağlı maraqlı faktları nümunə gətirməyə, yerli əfsanələrdən bəhs etməyə hazır olmalıdır. Dərnək üzvləri yürüşün keçdiyi ərazinin görməli yerləri haqqında məlumatlar toplayır, əraziyə dair uyğun ədəbiyyat və kartoqrafiya materialları ilə tanış olur, kiçik təqdimatlar və məruzələr hazırlayırlar.

Yürüşdə yürüş iştirakçılarının öhdəsinə düşən vəzifələr elə bölünməlidir ki, piyada turizm dərnəyinin hər bir üzvü şəxsi imkanları daxilində maraqlı, qadir olduğu işlə məşğul ola bilsin. “Yürüşü hamı hazırlayır! Yürüşdə hamı çalışır!” şüarı gənc turistlərin başlıca şüarı olmalıdır.

Dərnək üzvləri 50-75 km uzunluğunda məsafəyə hesablanmış məşq məqsədli yay yürüşünə il boyu hazırlaşırlar. Yürüş vaxtı dərnək üzvləri ölkəşünaslıq mövzusunda tapşırıqları yerinə yetirir, doğma diyarın müxtəlif obyektlərinə ekskursiyalara gedir, yol qeydləri edir, görməli yerlərin fotoşəkilini çəkirlər. Sınaq məqsədli yürüş uşaqların turizm texnikasının əsas elementlərinə, səyyar məişət şəraitinə uyğunlaşması mərhələsinə yekun vurur. Dərnək üzvlərinin turizm texnikasına yiyələnməsinə, onlarda uyğun vərdişlərin yaranmasına də xüsusi diqqət yetirmək lazımdır. Bu halda uşaqların müxtəlif şəraitdə turist çadırı quraşdırmaq, ocaq qalamaq, çayın dayaz yerini tapıb qarşı sahilə keçmək, xəritə, kompas və ulduzlar vasitəsi ilə istiqaməti müəyyən etmək, enişlər, yoxuşlar, meşəlik kolluq və bataqlıq ərazilər, dağ cığırları və yamaclarda hərəkət etmək bacarığı, günəşin zenitdə vəziyyətinə və yerli əlamətlərə görə üfüqün tərəflərinin müəyyənləşdirilməsi qabiliyyəti, yəni piyada turizm sahəsində bilik, bacarıq və vərdişləri sınaqdan keçir. Yürüş zamanı dərnək üzvləri marşrut üzrə hərəkətin təşkili elementlərinə yiyələnir, düşərgə məişətinə alışır, turist çantasını düzgün qablaşdırmaq, yanacaq tədarük etmək, xörək bişirmək, qab-qacaq yumaq vərdişləri əldə edir, yürüş şəraitində şəxsi gigiyenanı düzgün təşkil etməyi öyrənirlər.

İkinci tədris ilinin proqramı və planı uşaqların birinci tədris ilində əldə etdikləri biliklərin dərinləşməsini və genişləndirilməsini, hər bir savadlı və mədəni səyyah üçün zəruri olan səriştə, bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutur, yeni təcrübə toplamasına şərait yaradır. Tədris prosesi əldə olunmuş biliklərin möhkəmləndirilməsi istiqamətində gedir: keçilmiş mövzular təkrarlanır, uşaqlar respublikada turizmin inkişaf tarixinə daha dərindən yiyələnir, Azərbaycan Respublikası Milli Məclisinin turizmin inkişafına dair qəbul etdiyi qanunvericilik aktları, Azərbaycan Respublikası prezidentinin fərmanları ilə tanış olur, piyada yürüşlərin təşkili qaydaları ilə bağlı biliklərini dərinləşdirir, topoqrafiya və səmtin müəyyənləşdirilməsi məsələlərini müfəssəl öyrənir, səyyar şəraitdə turist təsərrüfatı, texnikası və piyada turizm taktikası, gigiyena və tibbi yardım məsələləri ilə bağlı biliklərini təkmilləşdirirlər. Uşaqlara turist bacarıqlarının aşılanması ilə yanaşı onları mənəvi cəhətdən hazırlamaq məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Hər bir dərnək üzvü piyada yürüşdə işlərin böyük hissəsini öz üzərinə götürməyə, hər an yoldaşa köməyə gəlməyə, istənilən əzab-əziyyətlərə sinə gərməyə, qarşıya çıxan maneələri aradan qaldırmağa hazır olmalıdır.

sam3İkinci tədris ilinin proqramında əsas diqqət yürüş texnikası və taktikasına, turist təsərrüfatı sahəsinə verilir. Ölkəşünaslığa dair mövzuları öyrənən uşaqlar doğma diyarın görməli yerləri, təbiəti, iqtisadiyyat və mədəniyyəti ilə yaxından tanış olurlar. Onların bu sahədə bilikləri xeyli möhkəmlənir.

Praktik məşğələ və təlim yürüşlərini elə qurmaq lazımdır ki, uşaqlar özləri müstəqil işləməyi, hərəkət etməyi öyrənsinlər. Dərnək üzvləri qısa müddətdə düşərgə salmağı, üzə çıxan çətinliklərin öhdəsindən gəlməyi öyrənməli, təsərrüfat işlərində səriştə və təcrübə qazanmalıdırlar.

Proqramın ölkəşünaslıq bölməsi üzrə ayrı-ayrı mövzular ətrafında məşğələlərini dərnək üzvlərinin müstəqil şəkildə hazırladığı məruzələr, referatlar formasında təşkil etmək səmərəli olur. Dərnək rəhbəri bu çıxışların hazırlanmasında kömək etməli, məşğələnin sonunda məruzələri tamamlamalı, mövzuya yekun vurmalıdır. Ayrı-ayrı mövzular və bölmələr üzrə məşğələlərə ölkəşünasların, topoqrafların, tibb işçilərinin cəlb edilməsi də yaxşı nəticələr verə bilər.

İkinci tədris ili kursunda piyada turizmdə təhlükəsizlik texnikası məsələləri proqramın hər bölməsində — yürüşün təhlükəsizliyi ilə bağlı mövzularda araşdırılır. Yürüşlərdə, məşqlərdə, praktik məşğələlərdə təhlükəsizlik məsələləri ilə bağlı qısa söhbətlərə yer ayrılır, gənc turistlərin düzgün və düzgün olmayan hərəkətləri araşdırılır, konkret hallar nəzərdən keçirilir. Təlim-məşq yürüşünün təhlili hər bir savadlı və mədəni turistin tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Yürüşün gedişində, axşam tonqal başında və ya yürüş başa çatandan dərhal sonra, növbəti məşğələdə onun nəticələrinin müzakirəsi, yekunlarının təhlili dərnək üzvlərinin biliklərinin təkmilləşməsinə xidmət edir. Yürüşün müzakirəsi uğurla nəticələndikdə uşaqlar müstəqil düşünməyi, özünə və yoldaşlarına tənqidi yanaşmağı, yürüşdə aldıqları informasiyanı təhlil etməyi öyrənirlər. Yürüşün müzakirəsi dərnək rəhbərinə uşaqların xasiyyətlərini, düşüncə tərzini arzu-istəklərini dərindən öyrənmək imkanı verir, təlim-tərbiyə prosesində onun hər uşağa fərdi yanaşması üçün şərait yaradır.

Hər bir dərnək üzvü yürüşün yekunları, yürüşdə baş vermiş müxtəlif hadisələr, yoldaşları haqqında fikirlərini şifahi və ya yazılı formada bildirə bilər.

Yürüşün araşdırılmasına dair sorğu vərəqini aşağıdakı kimi tərtib etmək olar:

Yürüşdə nə xoşuna gəldi?

Yürüşdə nə xoşuna gəlmədi?

Yürüşdə hansı çətinliklərlə üzləşdin?

Marşrutun hansı sahəsi xüsusilə yadda qalıb? Niyə?

Səncə, qrup komandiri, baş bələdçi, aşpaz, təsərrüfat müdiri və digər məsul şəxslər öz vəzifələrinin öhdəsindən gələ biliblərmi?

Sən təchizatda hansı nöqsanların olduğunu aşkar etdin?

Uşaqlardan hansı özünü əsl turist kimi göstərdi?

Əgər sən yeni bir çətin yürüşün rəhbəri olsaydın, yürüşə özünlə kimi götürərdin, qrupda vəzifələri necə bölüşdürərdin?

Valideynlərin sənin yürüşdə iştirakına necə yanaşdılar?

Dərnək rəhbəri yürüşün müzakirəsinə özü başlaya bilər. O, yürüşün əsas yekunları, faktiki marşrut, keçilmiş kilometrlər barədə məlumat verir, baş vermiş hadisələri yada salır, yerinə yetirilmiş normativləri qeyd edir, səfərin məqsədlərinə çatıb-çatmadığını araşdırır. Uşaqlar da müzakirədə fəal iştirak edirlər.

Proqramın bir çox mövzularının keçildiyi məşğələləri oyun, yarış formasında qurmaq böyük fayda verə bilər. Bu, uşaqlara ölkəşünaslığa dair müsabiqələrdə, topoqrafiya üzrə məsələlərin həllində, ərazidə piyada turizm növü texnikası üzrə yarışlarda öz bilik və bacarıqlarını göstərmək imkanı verir, viktorinalarda hazırcavablıq məharətini nümayiş etdirmələri üçün şərait yaradır.

İkinci tədris ilinin sonunda proqramının, demək olar ki, bütün fəsillərində müxtəlif növ turizm yarışlarının keçirilmə qaydalarına və məzmununa diqqət yetirilir. Bu, dərnək üzvlərini belə yarışlara hazırlamaq imkanı verir.

sam4Dərnəyin iş rejimi və piyada turizm məşğələlərin təşkili. Hər tədris ilinin proqramı 216 dərs saatına hesablanır. Buraya diyarşünaslıq üzrə nəzəri mövzular, binada və açıq havada praktik məşğələlər, tematik söhbətlər, təlim-məşq yürüşləri, yay sınaq yürüşlərinə hazırlıq və onların nəticələrinin yekunu məşğələləri daxil edilir. Dərs saatları yay sınaq yürüşlərinə ayrılan vaxtı əhatə etmir.

Tədris ili ərzində və onun müxtəlif dövrlərində turist dərnəyinin iş rejimi, adətən, eyni olmaya bilər. Orta hesabla ayda bir dəfə ekskursiyalar təşkil olunur, həftədə bir dəfə ərazidə praktik məşğələlər, 1-2 günlük təlim-məşq yürüşləri keçirilir. Yay tətili dövründə bir neçə gün davam edən yürüşlər keçirilir. Dərnək üzvləri yarış və yığıncaqlarda iştirak edirlər. Məşğələlər eyni zamanda yürüşü hazırlayan qruplar üzrə (qərargah qrupu, təsərrüfat qrupu, hesabat hazırlayan redaksiya heyəti, foto-video çəkilişi qrupu) keçirilə bilər. Bundan əlavə, məruzəçilər, bələdçilər, xəzinədar, fotoqraf ilə fərdi məşğələlər də keçirilə bilər.

Tədris-təqvim planının tərtibində ayrı-ayrı dərslərdə proqramın müxtəlif bölmələrinə dair nəzəri biliklərin tədrisini uyğun mövzulara aid praktik məşğələlərlə növbələşdirmək məqsədəuyğundur. Eyni zamanda hər bir məşğələnin ikinci yarısına dərnək üzvlərinin qarşıdakı yürüşlərə hazırlıq üzrə təşkilati işlər, təlim məşqləri kimi əyani işlər planlaşdırmaq lazımdır. Nail olmaq lazımdır ki, proqramın hər bir bölməsinin nəzəri hissəsi keçirilən praktik məşğələlər ilə daim sıx uyğunluq təşkil etsin. Bu halda dərnək rəhbərinin verdiyi məlumatlar uşaqların əməli təcrübəsini təkmilləşdirir və tamamlayır.

Piyada turizm dərnəyində hər bir dərnək üzvünün idmançı-turizm və diyarşünaslıq nailiyyətlərinin müntəzəm qeydiyyatının aparılması müsbət nəticələr verir. Hər bir dərnək üzvünə “Turist pasportu” və ya qeydiyyat vərəqi açmaq olar. Burada gənc turistin iştirak etdiyi yürüşlərin marşrutları, müddəti, məsafəsi, gecələmələrin sayı, gənc turistin yürüş zamanı yerinə yetirdiyi vəzifələrin xarakteri, yürüşün nəticələri barədə məlumatlar yazılı şəkildə qeyd edilir. Dərnək üzvünün yarışlarda, müsabiqələrdə, diyarşünaslıq məzmunlu viktorinalarda əldə etdiyi nailiyyətlər də turist pasportunda öz əksini tapır. Dərnək rəhbəri keçirilən yürüşlərin bütün marşrut sənədlərinin, habelə piyada turizm dərnəyinin işi haqqında hesabatların və digər sənədlərin qorunub saxlanılmasını təmin edir.

Dərnəyin məşğələ otağında “Turist qrupunun guşəsi” yaradılır. Onun özəyini “Turist qrupunun salnaməsi” fotoalbomu təşkil edir. Bundan başqa yürüşlərdə, yarışlarda, müsabiqələrdə, diyarşünaslıq viktorinalarında çəkilmiş videofilmləri sosial şəbəkələrdə və internet səhifələrində nümayiş etdirmək məqsədəuyğundur. Dərnək rəhbəri turizm qrupuna ən yaxşı ad tapmaq, turizm qrupunun emblemini hazırlamaq, onun nizamnaməsini tərtib etməklə bağlı müsabiqələr keçirə bilər. Bu, kollektivin daha sıx birləşməsinə müsbət təsir göstərir, uşaqların yaradıcı imkanlarının açılmasına kömək edir.

Hər bir dərnək üzvünün məşğələ dəftəri və səyahətçinin qeyd dəftəri olmalıdır. Dərnək rəhbəri dərnək üzvlərinin dəftər və qeyd dəftərlərində qeydlər aparmasına müntəzəm nəzarət edir.

Birinci tədris ili məşğələlərinin nümunəvi tematik planı:

Mövzunun adı Dərs saatı Nəzəri məşğələlər Praktik

məşğələlər

Sinifdə Ərazidə
1 Giriş 2 2
2 Doğma diyarın təbiəti və tarixi Yürüşdə ölkəşünaslıq fəaliyyəti 16 10 6
3 Yürüşün hazırlanması 24 8 16
4 Turist qrupu yürüşdə Təhlükəsizliyin təmin edilməsi 10 10
5 Yürüşlərin keçirilməsi: 74 74
3 birgünlük 24
2 iki günlük 28
1 üç günlük 22
6 Yürüşə yekun vurulması 20 2 18
7 Kompas üzrə istiqamətlənmə 14 6 8
8 Topoqrafik hazırlıq Xəritələr və kompas vasitəsilə istiqamətlənmə 16 4 12
9 Turistin idman hazırlığı 10 6 4
10 Turist ləvazimatı 8 6 2
11 Turist düşərgəsi 12 8 4
12 Turist gigiyenası Zərərçəkənə ilkin tibbi yardım 10 6 4
Cəmi 216 68 74 74

Birinci tədris ilinin PROQRAMI

Giriş. Turizm, piyada turizm dərnəyinin fəaliyyəti və turizmin əhəmiyyəti barədə söhbət. Turizmin növləri və piyada yürüşlərin xüsusiyyətləri. Turizm ibtidai hərbi-fiziki hazırlıqla vahid kompleksdə. Maraqlı turist səyahət və səfərləri haqqında söhbət.

Uyğun mövzuda kinofilmə və ya videofilmə baxış. Dərnək üzvlərinin turist pasportları və ya anketlərinin doldurulması.

Doğma diyarın tarixi, təbiəti. Yürüşlərdə ölkəşünaslıq və ekskursiya fəaliyyəti. Doğma diyarın iqlimi, bitki və heyvanat aləmi, relyefi, dəniz və çayları, gölləri, faydalı qazıntıları.

Doğma diyarın tarixi-mədəni xatirə yerləri. İri müəssisələr, neft mədənləri, milli qoruqlar. Ölkənin görkəmli şəxsiyyətləri. Ölkənin tarixi və mədəniyyət abidələrinin qorunmasında turistlərin rolu.

Təbiətin mühafizəsi. Təbiətin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu.

Yürüşlərdə ölkəşünaslıq və ekskursiya fəaliyyəti. Fərdi və qrup gündəliklərində yol qeydlərinin aparılması. Yürüşlərdə yol təəssüratlarının oçerk şəklində təsviri. Ekskursiya obyektlərinin təsviri. Diyarşünaslıq materiallarının və digər eksponatların toplanması. Yekun sərgiyə hazırlıq. Yürüşdə foto-video çəkilişi.

Turistlərin yürüşlərdə ictimai fəaliyyəti.

Praktik məşğələlər. Rayonun, bölgənin, ölkənin xəritələri ilə tanışlıq. İnternet resurslarında xəritələrlə tanışlıq. Xəritə üzrə virtual məşq-təlim səyahəti. Dərnək üzvləri tərəfindən bölgənin (ölkənin) təbiəti və görməli yerlərinə dair məruzələrin hazırlanması və dinlənilməsi. Diyarşünaslıq viktorinasının keçirilməsi.

Yürüşə hazırlıq işləri. Respublika ərazisində turist yürüşləri və ekskursiyaların təşkili və keçirilməsi qaydaları. Ümumtəhsil məktəblərinin şagirdləri ilə turist yürüşlərinin təşkili və keçirilməsinə dair təlimat.

Turist qrupunun tərkibinin komplektləşdirilməsi. Yürüşün istiqamətinin və məqsədinin müəyyənləşdirilməsi. Qrup komandirinin seçilməsi. Qrupda vəzifə bölgüsü. Qrup komandiri, təsərrüfat müdiri, ölkəşünas, baş bələdçi və digər məsul şəxslərin öhdəsinə düşən vəzifələr.

Yürüş rayonu haqqında məlumatların toplanması, bölgəyə dair ədəbiyyatın və xəritələrin öyrənilməsi, yerli diyarşünas və yürüşün planlaşdırıldığı marşrutu vaxtı ilə qət etmiş turistlərlə görüşlər, muzeylərin ziyarəti.

Yürüş marşrutunun, yürüşə hazırlıq planının və hərəkət cədvəli planının işlənib hazırlanması, xərclər smetasının tərtib edilməsi. Şəxsi və qrup ləvazimatlarının seçilməsi və hazırlanması. Turist qrupunun binalarda gecələməsinin təşkili. Turistlərin davranış mədəniyyəti, onların yerli sakinlərlə qarşılıqlı münasibətləri. Yürüşdə nizam-intizamın əhəmiyyəti.

Yürüşə çıxmaq üçün icazənin alınması. Yürüş sənədlərinin tərtibi. Qida normalarının hesablanması, Ərzaq məhsullarının siyahısının tutulması və alınması. Bel çantasının qablaşdırılması. Bel çantasının qablaşdırılmasında turistlərin səciyyəvi səhvləri. Kartoqrafiya materiallarının seçimi və saxlanılması.

Yay sınaq yürüşünün variantları barədə məlumat, məruzə mövzularının bölgüsü. Ölkəşünaslıq işləri, foto və video çəkilişləri, hava haqqında məlumatın qeydiyyatı, hərəkət cədvəli protokolunun tərtibi və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı vəzifə bölgüsü.

Praktik məşğələlər. Məşq-təlim yürüşlərinin marşrutlarının və hərəkət cədvəllərinin işlənib hazırlanması, yürüş rayonunun tarixi, mədəniyyəti, təbiəti, bitki və heyvanat aləmi, relyefi haqqında məruzələrin dinlənilməsi, marşrut sənədlərinin hazırlanması, xəritələrin surətinin çıxarılması. Şəxsi və qrup ləvazimatı və avadanlığının hazırlanması, ərzaq məhsullarının alınması və yerləşdirilməsi. Bel çantalarının qablaşdırılması. Növbətçilik cədvəlinin tərtibi. Sınaq toplantısı, şəxsi və qrup halında səfərə hazırlığın yoxlanması.

Turist qrupu yürüşdə. Təhlükəsizliyin təmin edilməsi. Yürüşün diyarşünaslıq və idman məzmunu. Yürüş marşrutunda fəal hərəkət və təbii maneələri aradan qaldırmaq üsulunun əhəmiyyəti. Yürüş və gəzinti. Piyada turizmdə təbii maneə növləri. Təbii maneələri keçid normaları. Turist cərgəsinin düzülüşü, hərəkət tempi, rejimi, ara intervalı, onların təbii maneələr şəraitindən asılı olaraq dəyişməsi.

Hamar və ya kələ-kötür yollarda hərəkət, meşədə kolluq və bataqlıq yerlərdə hərəkət, cığırlarda, yamaclar və uçqunlar boyu, dərə-təpə yollarda hərəkət, eniş-yoxuşda hərəkət.

Təbii maneələrin aradan qaldırılması zamanı ehtiyat tədbirləri. Nizam-intizamın əhəmiyyəti. Turistlərin dəniz, göl və çay sularında, bataqlıq ərazilərdə, dağ yamaclarında, şimşək çaxanda, yaşayış məntəqələrində davranış qaydaları. Turistlərin marşrutda öz qüvvələrini düzgün qiymətləndirmək bacarığı.

Cərgənin önündə istiqamətləndirici gedən bələdçinin və arxada gedən növbətçinin öhdəsinə düşən vəzifələr. Gündəlik hərəkət rejimi və marşrutda qidalanma-istirahət rejimi. Qrupun marşrut üzrə hərəkətinin xronometrajı. İstirahət yerlərində davranış qaydaları. Yolda xəritə ilə iş, marşrutda kəşfiyyat.

Yürüşlərin keçirilməsi. Tədris ili ərzində (sınaq yay yürüşü istisna olmaqla) tematik plan üzrə dərnək məşğələlərinə ayrılmış saatların sayına uyğun olaraq altı təlim-məşq yürüşü keçirmək tövsiyə olunur:

Üç 8 saatlıq birgünlük yürüş – 24 saat;

İki 14 saatlıq ikigünlük yürüş – 28 saat;

Bir 22 saatlıq üçgünlük yürüş – 66 saat.

Dərnək üzvləri bu yürüşlərin nəticəsində marşrut üzrə ongünlük hərəkət təcrübəsi əldə edir, doğma diyarın təbiəti və görməli yerləri ilə tanış olurlar. Məşq-təlim yürüşləri zamanı enişlər, yoxuşlar, bataqlıq ərazi, qalın kolluqlar, qumsal, daş-kəsəkli yamaclarda hərəkət etməyi, müxtəlif təbii maneələri keçməyi öyrənir, təsərrüfatı aparmaq vərdişlərinə yiyələnir, ictimai tapşırıqları yerinə yetirir, sırada hərəkət qaydalarına bələd olur, piyada hərəkət rejiminə alışır, təşkilati bacarıq əldə edirlər.

Şəxsi və qrup təhlükəsizliyinin təmin edilməsi. Düşərgənin salınması və yığılması. Xəritələrdən və kompasdan istifadə, xəritə ilə ərazinin müqayisəsi, qrupun təyin edilmiş azimuta hərəkəti. Gündüz və alaqaranlıqda göy cisimləri üzrə istiqamətin müəyyən edilməsi. Müşahidələrin aparılması, eksponatların toplanması, sxem və cədvəllərin tərtib edilməsi, foto-video çəkilişi, qeydlərin aparılması, xəritəyə əlavə və düzəlişlərin edilməsi, keçilən yolun və maraqlı obyektlərin təsvir edilməsi, ekskursiyaların təşkili və keçirilməsi, eksponatların toplanması.

Yürüşün nəticələrinin yekunlaşdırılması. Səfərin yekunlarının müzakirəsi. Turizmin təbliği. Foto-video materialların işlənməsi və nümayişi. Yürüş haqqında hesabatın və marşrutun pasportunun tərtibi. Ləvazimatın qaydaya salınması və təhvil verilməsi. Normativlərin yerinə yetirilməsinə dair sənədlərin tərtibi.

Praktik məşğələlər.

Ləvazimatın təmizlənməsi, təmiri və anbara təhvil verilməsi. Turist qrupu guşəsinin, turist dərnəyinin salnamə fotoalbomunun tərtibatı. Turist dərnəyinin işləri haqqında məktəb sərgisinin hazırlanması. Piyada turizm dərnəyinin üzvlərinin valideynləri ilə birgə toplantıda yürüşün müzakirəsi. Sənədləşmənin qaydaya salınması, uçot vərəqələrinin, turist pasportlarının doldurulması, iştirakçıların mükafatlandırılması.

Kompas üzrə istiqamətlənmə. Üfüqün tərəfləri. Yürüşdə kompasdan istifadə. Azimut. Xəritədə və məkanda azimutun müəyyən edilməsi. Azimut çevrəsi (cədvəli). Müəyyən səmt istiqamətində azimutun müəyyənləşdirilməsi, qrupun azimutla müəyyən edilmiş məsafəyə hərəkəti. Günəş, ulduzlar və yerli əlamətlərə görə üfüqün tərəflərinin müəyyənləşdirilməsi.

Praktik məşğələlər.

Üfüqün tərəflərinin kompas vasitəsilə, göy cisimləri və yerli əlamətlərə görə müəyyənləşdirilməsi. Verilmiş azimut üzrə (birbaşa işarələmə) istiqamətin müəyyənləşdirilməsi və verilmiş istiqamət üzrə (əks işarələmə) azimutun müəyyənləşdirilməsi. Xəritədə kompas vasitəsi ilə istiqamətlənmə. Qrupun verilmiş azimut üzrə verilmiş məsafəyə hərəkəti. Əşyalara qədər məsafələrin gözəyarı müəyyənləşdirilməsi.

Topoqrafik hazırlıq. Xəritə və kompas vasitəsi ilə istiqamətlənmə. Topoqrafik xəritə və topoqrafik işarələrlə tanışlıq. Miqyas, miqyas növləri, topoqrafik və coğrafi xəritələrin miqyası. Xətli və rəqəmli miqyaslardan istifadə.

Kurvimetr. Rəqəmli miqyasın əyani miqyasa çevrilməsi. Xəritədə düzxətli və əyrixətli məsafələrin ölçülməsi. İstiqamətlərin (azimutların) xəritədə ölçülməsi. Transportir. Marşrutda xəritə və kompas vasitəsi ilə istiqamətlənmə.

Praktik məşğələlər.

Topoqrafik işarələrin (40-50 işarə) çəkilməsi, topoqrafiya xəritələrinin kvadratlar və marşrutlar üzrə oxunması. Topoqrafik imla. Topoqrafik imlanın təhlili. Keçilmiş topoqrafik işarələrin təkrarı. Rəqəmli miqyasın əyani miqyasa çevrilməsinə dair məsələ və tapşırıqlar.

Sözlə təsvir edilmiş marşrutun xəritədə salınması. Verilmiş azimut marşrutunun millimetrlik işarəli kağızda cızılması. Xəritədə verilmiş xətlərinin (marşrutların) məsafələrinin hesablanması.

Turistin idman hazırlığı.

Sınaq səyahəti anlayışı.

Səyyaha zəruri olan fiziki-mənəvi hazırlıq. Turist və idmançıların müharibə illərində cəbhədə, arxa cəbhədə, sülh dövründə və yürüşlərdə göstərdiyi igidlik haqqında söhbətlər.

Turistin fiziki-mənəvi hazırlığı. Səhər bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və inkişafı. Boyun əzələləri və çiyinlər, gövdə, əllər və ayaqlar üçün məşqlər. Qaçış məşqləri. Sırada marş hazırlığı. Səyahət və səyyahlar haqqında kitablar. Turizm üzrə yeniyetmə normativləri, gənc təlimatçı dərəcəsini almaq üçün normativlər.

Praktik məşğələlər.

Səhər gimnastikası məşqləri. Gənc turistlərin fiziki inkişaf və dözümlülük səviyyəsini müəyyən etmək üçün idman tədbirlərinin keçirilməsi.

Turist ləvazimatı. Şəxsi, qrup və xüsusi turist ləvazimatı. Turist ləvazimatına irəli sürülən əsas tələblər: ləvazimatın yüngüllüyü, davamlılığı, daşıma rahatlığı. Piyada turistlərin şəxsi, qrup və xüsusi turist ləvazimatına aid əsas əşyaların siyahısı. Hər turist əşyasına irəli sürülən əsas tələblər.

Turist çadırının quruluşu üçün paya və dayaqlar. Çadır örtüyü. Çadıra qulluq və onun təmiri. Əşyaların bel çantasında qablaşdırılması qaydaları.

Praktik məşğələlər.

Əşyaların bel çantasında qablaşdırılması. “Yürüşə özünlə hansı şeyləri götürməlisən?” mövzusunda oyunun keçirilməsi.

Turist düşərgəsi. Yürüşdə düşərgə salmaq. Düşərgə salınmasına əsas tələblər. Düşərgənin planlaşdırılması. Düşərgələrdə təsərrüfat işləri növləri. Düşərgənin salınması və yığılması. Düşərgələrdə növbətçilik cədvəli.

Tonqal tipləri və onların təyinatı. Tonqal avadanlığı. Yanacaq tədarükü. Tonqal başında geyim və ayaqqabıların qurudulması. İstirahət dayanacaqlarında ictimai-faydalı iş. Təbiətin mühafizəsi. Düşərgənin yığılması. Yanğınsöndürmə tədbirləri.

Yürüşdə yemək çeşidi. Ərzaq məhsullarının kalorilik tutumu. Turist yürüşü üçün tövsiyə edilən qida çeşidi. Ərzaq məhsullarının qablaşdırılması və daşınması. Menyu barədə anlayış. Menyunun tərtib edilməsi. Yürüşdə su və ərzaq məhsullarının sərfinin uçotu. Yürüşdə su-duz balansı rejimi. Su ehtiyatı və yürüşdə içilən suyun dezinfeksiyası.

Praktik məşğələlər.

İkigünlük səfər üçün ərzaq məhsullarının qədərinin hesablanması. Düşərgənin düzgün planlaşdırmasına irəli sürülən tələblər nəzərə alınmaqla sxemlərinin çəkilməsi.

Turist gigiyenası. Zərərçəkənə ilkin tibbi yardım. Turistin şəxsi gigiyenası. Turistin ayaqqabıları, yürüşdə ayaqlara və ayaqqabılara qulluq. Turist geyimi, ayaqqabıları, turist yatağı və qab-qacağına irəli sürülən gigiyenik tələblər.

Yürüşdə çimmək. Qış yürüşlərində soyuqlama və buzlamanın, yay yürüşlərində soyuqdəymənin qarşısı alınması üçün profilaktik tədbirlər. Səyyar dərman qutusunun tərkibi, zərərçəkənə ilkin tibbi yardım. Zərərçəkəni daşımaq qaydaları. Turistin öz səhhətinə nəzarəti.

Praktik məşğələlər. Müxtəlif zədələnmə hallarında zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi.

 

II FƏSİL

İKİNCİ TƏDRİS İLİ

 

İkinci tədris ili məşğələlərinin nümunəvi tematik planı:

 

Mövzunun adı Dərs saatı Nəzəri məşğələlər Praktik

məşğələlər

Sinifdə Ərazidə
1 Yay sınaq yürüşünün yekunu 10 1 9
2 Azərbaycanda turizm 6 6
3 Ölkəşünaslıq hazırlığı 12 6 6
4 Topoqrafik hazırlıq 10 5 5
5 Tibbi hazırlıq 5 3 2
6 Turist təsərrüfatı 10 10
7 Piyada turizm taktikası və texnikası 15 12 3
8 Yürüşə hazırlıq 36 36
9 Yürüşün keçirilməsi 96 96
10 Yürüşə yekun vurulması 16 16
Cəmi 216 43 77 96

 

İkinci tədris ilinin PROQRAMI

Yay sınaq yürüşünün yekunları. Yay sınaq yürüşünün yekunlarının müzakirəsi, dərnək üzvlərinin fikir və təəssüratları ilə bölüşməsi. Səfərə yekun vurulmasına dair planın müzakirəsi, iş bölgüsü.

Praktik məşğələlər. Hesabatın hazırlanması, yürüş sənədlərinin və qeydlərin qaydaya salınması, marşrut haqqında hesabat, ekspedisiya tapşırığı üzrə hesabat, topoqrafik xəritələrin hazırlanması tapşırığı üzrə hesabat, ölkəşünaslıq müşahidələri tapşırığı üzrə hesabatların tərtibi. Qrup komandiri, təsərrüfat müdiri, baş bələdçi və digər məsul şəxslərin hesabatlarının tərtibi. Foto-videomaterialların, kolleksiyaların qaydaya salınması və qeydə alınması. Mahnıların məşq edilməsi, şifahi hekayələrin qeydə alınması. Sərginin, və fotoalbomun tərtibatı. Yürüş iştirakçıları üçün nişanların hazırlanması, normativlərin yerinə yetirilməsinə dair sertifikatların sənədləşdirilməsi.

Yürüş iştirakçılarının və onların valideynlərinin yay mövsümünün yekunlarına həsr edilmiş birgə yığıncağı. Yürüş iştirakçılarının məktəb turizm bayramında iştirakı, gənc turistlərin rayon (şəhər, respublika) toplantısında iştirakı.

Azərbaycanda turizmin inkişafı. Respublikada turizmin inkişafının tarixi. Ölkədə turizmin müasir dünya standartlarına uyğun təşkili. Planlı və müstəqil turizm anlayışı, nəqliyyat vasitələri ilə turizm və idman turizmi haqqında anlayış. Diyarşünaslıq haqqında anlayış.

İnsanların istirahət və asudə vaxtının təşkilində, uşaq və yeniyetmələrin əmək fəaliyyətinə hazırlığında turizmin əhəmiyyəti, gənclərin şüurlu vətəndaş kimi tərbiyəsi və formalaşmasında, vətəni müdafiə etməyə hazırlığında, peşə seçimində turizmin rolu.

Azərbaycan Respublikasında turizmin inkişafına dair qanunvericilik aktları.

Turizmin növləri, turizm tədbirləri formaları. Turist toplantıları, yarışları və müsabiqələri.

Turizm gənc nəslin fiziki və ibtidai hərbi hazırlığı ilə vahid kompleksdə. Turizm normativləri. İdman turizmi anlayışı. İdman səyahətlərinin çətinliyi, təhlükəsizliyinə irəli sürülən tələblər. İdman turizmi normativləri.

sam6Turist yürüşlərinin təşkili qaydaları. Turist qrupunun tərkibi, turist qrupunun üzvlərin hüquq və vəzifələri, yol sənədlərinin tərtibi qaydaları.

Yürüşdə turistlərin davranış qaydaları. Yerli sakinlərlə qarşılıqlı ünsiyyət mədəniyyəti; qrupun nəzarət məntəqələrindən keçid rejiminə riayəti qaydaları; qəzaya uğrayanlara kömək göstərilməsi; təhlükəsizliyin təmin olunması qaydaları; təbiətin, tarix və mədəniyyət abidələrinin qorunması; turistlərin marşrut yürüşlərində ictimai faydalı fəaliyyəti.

Ölkəşünaslıq hazırlığı. Turistlərin doğma diyar barədə coğrafi biliklərinin daha da dərinləşməsi. Ölkənin və bölgənin turizm imkanları, ərazinin relyefi, iqlimi, torpağı, faydalı qazıntıları, bitki və heyvanat aləmi, çayları, gölləri. Xəzər dənizi, Göygöl, Kür və Araz çayları. Ölkənin və bölgənin iri sənaye müəssisələri, neft mədənləri, kənd təsərrüfatı, nəqliyyatı, Olimpiya obyektləri, yeni tikintiləri. Doğma diyarın əhalisi və mədəniyyəti, görkəmli şəxsiyyətləri. Doğma diyarın tarixi, inqilabi, döyüş və xatirə yerləri, tarix və mədəniyyət abidələri, muzeyləri, maraqlı təbiət guşələri. Qobustan, İçərişəhər, Nizami məqbərəsi, Qız Qalası, Şirvanşahlar sarayı. Bakı metropoliteni. Planlaşdırılan sınaq yürüşü marşrutunda ən maraqlı obyektlər barədə materialların toplanması, məlumatların icmalı.

Turist qrupunun diyarşünaslıq məzmunlu tapşırıqları yerinə yetirməsi metodikası. Turist yürüşü haqqında nümunəvi hesabatın məzmunu. Respublika (rayon, şəhər) nümunəvi səyahət müsabiqəsi.

Praktik məşğələlər. Bölgənin xəritəsinin hazırlanması. Bölgənin kontur xəritəsinin hazırlanması, maraqlı obyektlərin kontur xəritəsində qeyd edilməsi və planlaşdırılan səyahətlərin marşrutlarının cızılması. Ölkəşünaslıq mövzularında məruzələrin dinlənilməsi. Foto-videomaterialların nümayiş etdirilməsi. Diyarşünaslıq, coğrafiya, topoqrafiya məzmunlu məsələlərin həlli. Diyarşünaslıq ekspedisiyası məzmunlu tapşırıqların yerinə yetirilməsinə dair məşğələlər. Diyarşünaslıq viktorinasının keçirilməsi.

Topoqrafiya hazırlığı və yürüşdə istiqamətin müəyyən edilməsi. Birinci tədris ilində keçilən materialın icmalı.

Ərazinin taktiki xüsusiyyətləri və növləri. Relyef haqqında anlayış. Relyefin xəritələrdə təsvir edilməsi. Horizontal, kəsik, eniş, berqştrix haqqında anlayış. Əsas relyef formaları və onların topoqrafiya xəritəsində təsvir edilməsi. Yamacların maillik dərəcəsinin müəyyənləşdirilməsi üsulları.

Plan və xəritə. Xəritələrin növləri və xassələri. Kilometrlik şəbəkə cədvəli, xəritələrin surətlərinin çıxarılması. Topoqrafik sxem, kroki, marşrut lenti, icmal xəritəsi. Turist qrupunun topoqrafının öhdəsinə düşən vəzifə. Marşrutda xəritə üzərində iş, onun dəqiqləşdirilməsi və ona əlavələrin edilməsi.

“Oriyentiri tapmaq” (istiqamətin müəyyənləşdirilməsi) terminin izahı. Açıq və qapalı yerlərdə görünüş sahəsindən məhrum olduqda, xəritənin varlığı və ya yoxluğu şəraitində, oriyentirlərin bol və kasad olduğu ərazidə istiqamətin müəyyənləşdirilməsi üsulları. Müxtəlif şəraitdə: yayda və qışda, dumanlı və çiskin havada istiqamətin müəyyənləşdirilməsi üsulları. Yürüşdə kəşfiyyat növləri və kəşfiyyatın aparılması qaydaları. Kəşfiyyatçı və bələdçilərin öhdəsinə düşən vəzifə. Yer kürəsinin maqnit xassələri. Yer kürəsinin həqiqi və maqnit qütbləri, maqnit meridianları, maqnit cazibəsi, maqnit anomaliyaları. Azimut üzrə hərəkətin dəqiqliyi şərtləri. Turist yarışlarında açıq, nişanəli, azimutu verilmiş, şifahi tapşırıq əsasında dayanma nöqtəsinin müəyyənləşdirilməsi və oxşar istiqamətlənmə növləri.

Praktik məşğələlər proqramı üzrə təkrar çalışmalar.

Yeni topoqrafik işarələrin və yerli relyef nişanələrinin xarakteristikasının xəritəyə köçürülməsi. Xəritədə tipik relyef formalarının aşkar edilməsi, yamaclarının mailliyi dərəcəsinin cədvəl üzrə müəyyənləşdirilməsi, xəritə əsasında ərazi sahələrinin xarakteristikasının tərtibi. Nəticələrin müqayisəsi və qiymətləndirilməsi. İlkin məlumatlar əsasında maqnit azimut xətlərinin hesablanması, xəritə məlumatları əsasında marşrutun müəyyənləşdirilməsi. Xəritədə çəkilmiş marşrutun nəqli təsviri. Nəticələrin müqayisəsi və qiymətləndirilməsi. Xəritə üzrə ərazinin müxtəlif sahələrində keçilmiş məsafəyə sərf edilmiş vaxtın və hərəkətin sürətinin hesablanmasına dair çalışmalar. Alınmış nəticələrin xəritədə qeyd edilməsi. Verilənlərin dəyişilməsi ilə əks çalışmalar. Nəticələrin müqayisəsi və qiymətləndirilməsi. Bələdçilərin marşrutlarda uğurlu və uğursuz fəaliyyətinin təhlili (dərnək üzvlərinin yürüşlərdə şəxsi təcrübəsi əsasında).

Tibbi hazırlıq. 1-ci tədris ilinin məşğələlərində keçilmiş “Turist gigiyenası qaydalarının” təkrarı.

Yürüşlərdə turistlərin su ilə təmin edilməsi rejimi. Suyu zərərsizləşdirilmək üsulları. Qaniçən həşəratdan kimyəvi müdafiə qaydaları. Turistin ilk tibbi yardım paketi. Zərərçəkən yürüşdə yaralandıqda, yanıq hallarında, donduqda, baş və mədə ağrılarında, soyuqdəymə xəstəliklərinə tutulduqda, yara-xoralı vəziyyətə düşdükdə, həşərat və sürünənlər tərəfindən dişləndikdə ilk tibbi yardım. Adları çəkilən xəstəlik və travmaların qarşısını almaq üçün profilaktik tədbirlər. Zərərçəkəni daşımaq üsulları. Yürüşə hazırlıq mərhələsində və yürüşdə turist qrupunun sanitarının öhdəsinə düşən vəzifə. Yürüş sanitariya jurnalının aparılması, şəxsi gigiyena qaydalarına, qab-qacağın təmizliyinə gündəlik sanitariya nəzarəti. Nəzarətin yoxluğu şəraitində göbələk, giləmeyvə, göyərtidən istifadənin təhlükəliliyi. Turist anlamalıdır ki, xəstəliyini gizlətməyə ixtiyarı yoxdur.

Praktik məşğələlər. Özünənəzarət üsullarına yiyələnmə. Yaraların təmizlənməsi, sarğı qoyulması, bağ qoyulması. Ən yaxşı qrup sanitarı müsabiqəsi.

Turist təsərrüfatı. Səfərin smeta xərcləri. Məxaricin növləri və onların ödənilməsi mənbələri. Turist səyahətlərinə sponsurluq. Qrupun xəzinədarının öhdəsinə düşən vəzifə. Turist qrupunun yürüş dövründə edilən xərclərə görə hesabatı.

Uzaq yürüşdə turistin şəxsi ləvazimatları, geyimi və ayaqqabıları. Bel çantası tipləri, bel çantasının yürüşə hazırlanması, geydirmə və boyun qayışlarının yoxlanması, sukeçirməyən içliyin hazırlanması, boyun qayışlarına yumşaq keçə tikilməsi. Qış yürüşləri üçün geyim və ayaqqabılar (xəz gödəkcə, başlıqlı köynək, qalın astarlı şalvar, maska, qalın astarlı əlcəklər, ehtiyat ayaqqabılar, isti alt paltar, yun corab). Alpenştok, onun quruluşu, hazırlanması, istifadə qaydaları.

Şəxsi ləvazimata aid digər əşyalar:

Bloknot, qələm, tualet ləvazimatı, qab-qacaq, gün eynəyi, saat, qələmlər, zərflər, kağız vərəqləri, repşnur, ləvazimatın qablaşdırılması üçün torbacıqlar, xəritə üçün planşet, həşəratdan qoruyan tor üzlük, ehtiyat ayaqqabı içlikləri, ip və kəndir parçaları, iynə-sap, cib bıçağı, fənər, kibrit və s. Şəxsi ləvazimatın yürüşə hazırlanması qaydaları.

Qrup ləvazimatı. Az əhalili yerlərə bir neçə gün davam edən yürüşlər üçün xüsusi avadanlıq və ləvazimat. Çadır tipləri. Çadırın yürüşə hazırlanması qaydaları. Çadıra aid ləvazimat: örtük, döşənəcək, günlüklər, yapışqan, kəndirlər, paya və dayaqlar. Çadırın qablaşdırılması və daşınması. Çadırın yolda qurudulması, havasının dəyişdirilməsi. Çadır üzrə növbətçinin vəzifələri. Mətbəx üzrə növbətçiyə aid təsərrüfat avadanlığı: asma qab-qacaq üçün qarmaqlar, qazanlar, tavalar, yanacaq, toxunulmaz quru kibrit ehtiyatı, əlcəklər, alışqan, müxtəlif bıçaqlar, qab-qacaq, qab-qacağın saxlanması və daşınması üçün torbacıqlar, çaydan, müşəmbə, çömçə, lif, sabun, soda, quru xardal, duz və müxtəlif ədviyyat. Baltalar, mişarlar. Təmir alətləri. Diyarşünaslıq işləri üçün xüsusi avadanlıq və ləvazimat. Əsas və yardımçı kəndirlər, alətlər, balıqçılıq ləvazimatı, fənərlər, fotoaparat, sənədlər. Təsərrüfat müdirinin əsas vəzifələri.

Turistlərin bir neçə gün davam edən çətin yürüşdə qidalanma rejiminin təşkilinin xüsusiyyətləri və əhəmiyyəti. Turistlərin qidalanmasının maliyyələşdirilməsi normaları. Turistlərin gündəlik rasionunun çəki və kalorilik normaları. Turist yürüşlərində turistlərin qidalanması üçün ən çox tətbiq edilən ərzaq və yeməklərin siyahısı. kalorilik tutumu, çəkisi və qiyməti. Turistlərin çöl şəraitində, yaşayış məntəqələrinin yeməkxanalarında və yolda qidalanma cədvəlinin tərtibi. Çöl şəraitində naharların qəlyanaltı ilə əvəz olunması variantı. Menyunun tərtibi və hər qida qəbuluna tələb olunan ərzağın miqdarının hesablanması. Quru meyvə, konserv, konsentrat, suxarı və ədviyyatlardan istifadə olunması. Ərzaq məhsullarının alınması, bölgüsü, qablaşdırılması və saxlanması. Ərzaq məhsullarının bel çantalarında yerləşdirilməsi qaydaları. Ərzaq məhsullarının sərfinin qənaət və uçotu. Yolda yeni ərzaq məhsullarının alınması, xörəklərin giləmeyvə, göbələk, müxtəlif meyvə və tərəvəz, təzə balıq hesabına zənginləşdirilməsi. Səyyar yeməklərin hazırlanma texnologiyası.

Turistlərin qidalanmasına cavabdeh olan təsərrüfat müdirinin öhdəsinə düşən vəzifələr. Mətbəx üzrə növbətçinin vəzifələri. Tonqalda yemək hazırlanmasında təhlükəsizlik tədbirləri və gigiyenik tələblər.

Düşərgə salınması. Düşərgə salınan yerə irəli sürülən tələblər: içməli suyun və tonqal üçün yanacağın olması, kənar şəxslərdən təcrid olması, hava şəraiti pisləşdikdə (çayda suyun səviyyəsi qalxdıqda, güclü küləkdən ağacların aşması təhlükəsi yarandıqda, duman ətrafı bürüdükdə) təhlükəsizliyin təmin olunması. Düşərgə salınan yerə estetik tələblər. Düşərgə salınan yerə gigiyenik tələblər.

Düşərgə salınan yerin planlaşdırılması və kəşfiyyatı. Gecələməyə qalmaq ehtiyacı yarandıqda, soyuq havada, dağlarda, içməli suyun olmadığı şəraitdə düşərgənin salınması.

Düşərgə salma işlərinin təşkili: işlərin növləri, ardıcıllığı, icraçıları, maddi təminatı. Qrup komandiri və düşərgə üzrə məsul növbətçinin normal və ekstremal vəziyyətlərdə vəzifələri. Düşərgə ərazisinin standartlara uyğun planlaşdırılması, turistlərin rahatlığının təmin edilməsi. Düşərgə salınan əraziyə günəş şüalarının düşməsi və küləyin əsməsinin təsiri, zərərli bitki və həşəratın varlığı, torpağın nəmişliyi kimi məlumatların toplanması və təhlili.

Çadırların quraşdırılması üçün yerlər. Çadırın müxtəlif şəraitlərdə quraşdırılması üsulları. Polietilen və porolon materiallardan istifadə edilməsi. Çadırların zərərli həşəratdan qorunması üsulları. Yürüş yatağının salınması. Turistlərin çadırda davranış qaydaları. Çadırda bel çantaları və ayaqqabılar saxlanan yerlərin quraşdırılması.

Tonqal üçün yer seçimi. Tonqalın qalanmasına qadağa qoyulan yerlər. Tonqal tipləri və onların təyinatı. Tonqalda xörək bişirmək üçün avadanlıq. Tonqal qalamaq üçün odun tədarükü. Odunun qalaqlanması, yağışdan qorunması və qurudulması. Odun doğranan yer. Balta və mişarla işləmək qaydaları. Tonqal qalanmasında təhlükəsizlik tədbirləri. Yağışda, dumanda, külək əsəndə qalanan ocağın alovunun tənzimlənməsi üsulları. Turistlərin ocaq başında davranış qaydaları, geyim və ayaqqabıların qurudulması üçün xüsusi qurğu. Geyim və ayaqqabıların qurudulması qaydaları. Avadanlıq və əşyaların qurudulması üçün ayrıca tonqalın qalanması. Ocaq üzərində xörək bişirilən asma qablar üçün konstruksiyanın qurulması. Balta, əlcək və başqa ləvazimat üçün yerin təchiz edilməsi, isti xörəyin bişirildiyi qazanlar, qaynar su vedrələri üçün yerin təchiz edilməsi. Yemək paylanması. Turistlərin nahar etməsi.

Zibil tullantıları üçün quyu qazılması. Yürüşdə (çöl şəraitində və binalarda) qab yumaq üsulları. Yuyunmaq və çimməyin təşkili. Çimmək zamanı təhlükəsizlik qaydaları. Zibilin yığılması, tonqalın söndürülməsi, düşərgənin yığılması.

Yaşayış məntəqələrində gecələmənin təşkili xüsusiyyətləri. Odunla qalanan sobadan istifadə qaydaları. Turist səyyar məişət vərdişləri üzrə yarışların keçirilməsi qaydaları.

Piyada turizm yürüşlərinin taktika və texnikası. Piyada turizm yürüşlərinin taktika və texnikası anlayışı. Piyada yürüşlərdə qəza vəziyyətlərinin yaranmasında obyektiv və subyektiv amillərin rolu. Piyada yürüşlərdə təhlükəli qəza vəziyyətlərinin yaranmasının səbəbləri və onların profilaktikası.

Dağlarda və düzənlikdə yay və qış piyada yürüşlərinin növləri və normaları. Turist qrupunun marşrut keçmək, sürəti saxlamaq, ağır çəki (bel çantaları, çadır və mətbəx avadanlığı və s.) daşımaq cəhətdən fiziki hazırlıq səviyyəsi. Yürüşdə nizam-intizamın əhəmiyyəti. Turist qrupunun hazırlıq və təchizolunma səviyyəsinin əhəmiyyəti. Birinci tədris ilində proqram üzrə keçilmiş “Turist yürüşlərinin təşkili və keçirilməsi qaydaları” mövzusunun təkrarı. Planlı və sərbəst turizm anlayışı.

Çətinliyinə görə 2-ci və 3-cü dərəcəli yürüş marşrutlarının əsas parametrləri və xarakteristikası.

2-ci və 3-cü dərəcəli yürüş marşrutlarının plan cədvəlinin hazırlanması. 2-ci və 3-cü dərəcəli yürüş marşrutlarının məzmunu. 2-ci və 3-cü dərəcəli yürüş marşrutlarının planlaşdırılması. Qarşıya çıxacaq gözlənilməz halların nəzərə alınması, ehtiyat marşrut variantlarının işlənməsi. Gediş günləri, ekskursiya günləri, sınaq günləri, qərargahla əlaqə, yürüşü yarımçıq tərk etmək kimi variantların nəzərə alınması. Yürüşün təsdiq edilməsi.

Turist qrupunun düzülüşü. Marşrutda turizm qrupunun sıra ilə hərəkətinin əhəmiyyəti. Yay və qış yürüşlərində bələdçinin, arxada gedənin və ayrı-ayrı iştirakçılarının üzərinə düşən vəzifələr. Qrupdan geri qalmaq təhlükəsi.

Çətinliyinə görə yüksək kateqoriyalı yürüşlərdə yürüş iştirakçılarına mənəvi, əzmkarlıq, fiziki, texniki və ölkəşünaslıq hazırlığı cəhətdən irəli sürülən tələblər. Yürüş iştirakçısının fiziki normativlər, psixoloji uyğunluq, iradi keyfiyyətlər cəhətdən hazırlığı. Turist dostluğu qanunları. Turistlərin qarşılıqlı yardımı barədə anlayış.

Yürüşlərdə bir gün ərzində,  bir neçə gün keçdikdən sonra hərəkətin sürəti və sürət tempinin dəyişməsi. Sürət tempinin relyefdən, hava şəraitindən asılı olaraq dəyişməsi.

Turistlərin daşıdığı yükün çəkisinin qızlar və oğlanlar üçün yol verilən və optimal normaları. Bel çantasının forması. Bel çantasının ağırlıq mərkəzi. Yükün yürüş iştirakçıları arasında bərabər bölüşdürülməsi. Xəstələnmiş yürüş iştirakçısının yük daşımaqdan azad edilməsi. Gün ərzində çiyinlərə istirahət verilməsi. Turistlərin bel çantasının qablaşdırılması və daşınmasında yol verdikləri tipik səhvlər. Bel çantasının deformasiyası.

Piyada yürüş günü rejimi və hərəkət rejimi. Gediş (hərəkət) saatı. Hərəkət saatlarının miqdarı. Hərəkət saatlarının günün əvvəli, ortası, sonu dövrləri üzrə paylanması. Hərəkət saatlarının isti və soyuq hava rejimində, yürüş marşrutunun əvvəli, ortası, sonunda, eniş və yoxuşda, habelə digər şərtlərindən asılı olaraq bölgüsü. İstirahət günü rejimi. Ərazidə istiqaməti müəyyən etmək üçün xronometrajın əhəmiyyəti. Qrupun müxtəlif şəraitdə hərəkətinin orta sürətini müəyyən etmək üsulları.

Turist qrupunun yol və cığırlarla hərəkəti. Turistin sırada davranış qaydaları, avtomagistrallarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti. Turistin yollarda və cığırlarda, təpələr və dağlarda, enişlərdə və yamaclarda addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti.

Yol və cığırsız düzənlikdə hərəkət. Qumsal, nəm torpaq, kolluq, daşlıq, bataqlıq ərazilərdə hərəkət zamanı tipik təbii maneələrin xüsusiyyətləri. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti. Alpenştokdan istifadə, yolun kəşfiyyatı və işarələnməsi.

Dağıntılı ərazilər, müxtəlif yoxuşlar və enişlər şəraitində, sıx cəngəlliklərdə hərəkət zamanı tipik təbii maneələrin xüsusiyyətləri. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti. Hərəkət rejimində dəyişikliklər.

Dağlıq ərazilərdə hərəkət zamanı tipik təbii maneələrin xüsusiyyətləri. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti. Dağlıq ərazilərdə daşqalaqdan qorunmaq üsulları və təhlükəsizlik tədbirləri. Dağ yolları və cığırların kəşfiyyatı və işarələnməsi.

Dəniz sahili və qayalıqlarda hərəkət zamanı tipik təbii maneələrin xüsusiyyətləri. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti.

Aran və dağ çaylarından keçid üsullarının növləri və xüsusiyyətləri. Dayazlıq keçidlərin müxtəlif sahələrinin kəşfiyyatı və qiymətləndirilməsi. Aran və dağ çaylarından piyada və bərələr vasitəsilə keçid zamanı ehtimal olunan təhlükələrin qiymətləndirilməsi.

Asma körpü barədə ümumi anlayış. Asma körpülərdən keçid qaydaları. Alpenştok və kəndirdən istifadə. Turistin addımı, tempi, intervalı, gövdəsinin vəziyyəti və əllərinin hərəkəti.

Gənc turistlərin turizm texnikası üzrə yarışlarının növləri, məzmunu və keçirilməsi qaydaları.

Praktik məşğələlər. Ümumi fiziki hazırlıq, düyün hörgüsü, alpenştokdan istifadə qaydaları.

Yürüşlərə hazırlıq. Piyada turizm dərnəyinin rəhbəri tədris planında nəzərdə tutulmuş yürüşlərə hazırlıq məşğələlərini dərnəyin bütün tərkibi ilə, ayrı-ayrı qruplarla və fərdi qaydada keçirilməsini təşkil edir, praktik məşğələlərdə keçilmiş materialın möhkəmləndirilməsinə nail olur.

Təlim-məşq yürüşləri üçün marşrutun seçilməsi. Marşrutun təsdiq edilməsi. Hər bir marşrutun, ölkəşünaslıq işlərinin, yolların, keçidlərin, düşərgə salınmasının müfəssəl işlənməsi və plan cədvəlinin tərtib edilməsi. Bələdçi və növbətçilərlə yürüşün vaxtının hesablanması, maneələrin aradan qaldırılması, marşrut istiqamətinin müəyyən edilməsi, topoqrafiya xəritələrinin hazırlanması ilə bağlı fərdi məşğələlər.

Yürüşlərin təsərrüfat və texniki hazırlığı. Təlim-məşq yürüşləri üçün marşrutlar ölkəşünaslıq və fiziki hazırlıq məzmununa görə qarşıdakı yay sınaq yürüşünün marşrutunun xarakterinə mümkün qədər yaxın olmalıdır. Tədris proqramının bu bölməsi üçün ayrılmış hissəsi dərnəyin yay sınaq yürüşünə hazırlıq işləri üçün istifadə edilməlidir.

Yürüşlərin keçirilməsi. Nümunəvi tematik planda dərnəyin təlim-məşq yürüşləri üçün nəzərdə 96 saatlıq təlim yürüşlərini aşağıdakı şəkildə bölmək olar:

Üç birgünlük yürüş (hər biri 8 dərs saatı) — 24 s.

İki ikigünlük yürüş (hər biri 14 dərs saatı) — 28 s.

İki üçgünlük yürüş (hər biri 22 dərs saatı) — 44 s.

Məşğələ saatlarının belə bölgüsündə dərnək üzvləri dərs ili ərzində 7 yürüşdə 13 gün, 6 gecə keçirəcəklər.

Lakin təlim-məşq saatlarının bu şəkildə bölgüsü heç də məcburi deyil, məsələn, yürüşü turistlərin məktəb ya rayon toplantısı və yarışlarda iştirakı ilə əvəz etmək mümkündür. Ərazidə marşrutu keçmədən praktik məşğələlər keçirmək olar. Hava şəraitinin pisləşdiyi halda yürüşü ekskursiya ilə əvəz etmək olar.

Əsas məqsəd dərnək üzvlərinin aldıqları nəzəri bilikləri praktik məşğələlər zamanı təcrübədə təsbit etməkdən ibarətdir. Bu, ilk növbədə proqramın materialı sadəcə dərk etmək və yadda saxlamağı tələb edən bölməsinə deyil, uşaqlarda praktik fəaliyyət bacarığı və vərdişlərin möhkəmlənməsi hissəsinə aiddir.

Yürüşə yekun vurulması. Qrupda yürüşün nəticələrinin təhlili. Foto-video materialların hazırlanması və nümayişi. Yürüş haqqında hesabatın və marşrutun pasportunun tərtibi. Ləvazimatın qaydaya salınması və təhvil verilməsi. Normativlərin yerinə yetirilməsinə dair sənədlərin tərtibi. Ləvazimatın təmizlənməsi, təmiri və anbara təhvil verilməsi. Turist qrupu guşəsinin, turist dərnəyinin salnamə fotoalbomunun tərtibi. Turist dərnəyinin işləri haqqında məktəb sərgisinin hazırlanması. Piyada turizm dərnəyinin üzvlərinin valideynləri ilə birgə toplantıda yürüşün müzakirəsi.

Dərnək rəhbəri sənədləşməni qaydaya salır. Qrup komandiri dərnək rəhbərinin nəzarəti altında hər bir dərnək üzvünün “turist pasportuna” və ya şəxsi uçot vərəqəsinə yürüşün marşrutu, yürüş iştirakçısının çalışma müddəti, turist qrupunda hansı təcrübəni əldə etdiyi barədə məlumatları qeyd edir.

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

 

  1. Hüseynov İ., Əfəvdiyeva N. Turizmin əsasları. Ali məktəblər üçün dərslik. “Mars-Print” NPF. Bakı, 2007.
  2. Бардин К.В. Азбука туризма (о технике пешеходных путешествий). Москва, Просвещение, 1981.
  3. Шувалов Е.В., Шувалова С.А. Туристское многоборье. Программа.
  4. http://www.km.ru/referats/DFB067FE99354BF69602CA47E67FAC72#
  5. https://lemanpirimova.wordpress.com/tag/azirbaycanda-turizmin-inkisafi/
  6. http://www.bolshoyvopros.ru/questions/42817-chto-takoe-kurvimetr.html
  7. http://dic.academic.ru/dic.nsf/ushakov/844662
  8. http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1568
  9. http://dic.academic.ru/dic.nsf/dic_synonims/153996/

 

Topqrafik terminlər:

Kurvimetr — xəritə üzrə məsafənin lazımlı ölçü cihazı. Səyahətlərin planlaşdırılması prosesində lazım olacaq və keçilmiş məsafəni göstərir. Onun köməyi ilə əyri-üyrü ərazinin ölçüsü və ya müəyyən miqyasda xəritədə göstərilən yolların ölçüsü müəyyən edilir. Kurvimetr bir kiçik çarxlı portativ mexaniki cihazdır. Onun siferblatında ərazidə marşrut üzrə keçilən real məsafə kilometrlərdə əks etdirilir. Siferblatı 1:5000, 1:20000 və 1:50000 miqyaslı xəritələrin miqyas cədvəllərinə hesablanmış kurvimetr metrik cədvəl üzrə işləyir. Hər bölməsinin qiyməti 1 santimetrə uyğundur. http://www.bolshoyvopros.ru/questions/42817-chto-takoe-kurvimetr.html

 

Berqştrix — horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xətlərə izobatlar deyilir. http://kayzen.az/blog/kartoqrafiya/

Kroki — topoqrafiyada ərazinin əlüstü, gözəyarı üsulla cızılmış planı. http://dic.academic.ru/dic.nsf/ushakov/844662

Alpenştok — uzunluğu 1,5 m, qalınlığı 3-4 sm-ə bərabər iti metal ucluqlu möhkəm əl ağacı. http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1568

Repşnur — diametrdə kəsiyi 4-8 millimetr olan, qoruyucu hörgüyə malik statik kəndir. Alpinizmdə, qayalara dırmaşmaqda istifadə olunur. Alpinist pilləkəninin hazırlanması və digər köməkçi funksiyaları yerinə yetirir. http://dic.academic.ru/dic.nsf/dic_synonims/153996/

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *